Tapmaca sayı : 107

Qabırğası var, qanı yox.
Nəfəsi var, canı yox.
Qahqah qalası var bunun,
Qan piyalası var bunun,
Nə doğur, nə törəyir,
Pərvaz balası var bunun.
Qalın qamış içində,
Ala bir quş oturmuş.
Qalın qamış içində,
Xoruz xuda çağırır.
Qalın qamış içində,
Yumru xoruz çağırır.
Qalxdım təpəyə,
Düşdüm küpəyə.
Qaməti düz
İçi əyri
Kərpici daş,
Başında tac.
Səhər-axşam
Oxur bülbül.
Qanadı var uça bilməz,
Quru yerdə qaça bilməz.
Qanadı var uçmağa,
İynəsi var sancmağa.
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
Qanadı var, quş deyil,
Buynuzu var, qoç deyil.
Qanadı var, quş deyil,
Dişləyir, ilan deyil.
Qapı dalında qaraca qul,
Əlini vurma, geridə dur.
Qapıbir qonşudurlar,
Bir-birini görmürlər.
Qapı-qapı,
Zəncir sapı.
Dörd budağı,
Bir yarpağı.
Qaq-qaq qalası var bunun,
Ağı, alası var bunun,
Yumurtlamaz, qaqqıldamaz.
Uçar balası var bunun.
Qar kimi ağdı,
Su kimi axdı.
Qara atı yağladım,
Qaya dibinə bağladım.
Qara atımı yağladım,
Qaya dibinə bağladım.
Qara bəy atdan endi,
Arvad-uşaq sevindi.
Qara dağ, əyri dağ,
İşıldar, fışıldar.
Qara dəvə çökdü yerə,
Bağırsağın tökdü yerə.
Qara eşşək, ağ palan.
Qara köpək qapıda yatar,
Qolu əyilər, belinə batar,
Nə hürər, nə də ki tutar.
Qara qatır, qapıda yatır,
Gəlib-gedənə şıllaq atır,
Yiyəsi gəlcək durub qaçır.
Qara qatır,
Bədlik satır,
Gecə gəzir,
Gündüz yatır.
Qara qatır,
Küncdə yatır.
Qara qayış dizdə qalır;
Açılmağı bizdən alır.
Qara qoçum yağlanar,
Meşələrdə buğlanar.
O necə qıfıldır ki,
Açarsızca bağlanar.
Qara qoyun ağ quzu doğar.
Qara qul qapıları gəzər.
Qara quş qanadın gərdi,
Başımın üstünə sərdi.
Qara quşu quyruğundan asarlar,
Ələ alıb düz qazana basarlar.
Qara sacın altı qara,
Dur üstündə ocaq qala.
Qara toyuğum
Qapıda yatar,
Yumurta tökər.
Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı.
Yerə düşən bir danədir,
Çıxdı on beş, o nədir?
Qara toyuq qapıda yatar.
Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi,
Dəmir salıb ürkütdüm,
Qapısını bərkitdim.
Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi.
Qara toyuq qaqqıldadı,
Qanadları şaqqıldadı.
Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar.
Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar.
Uçsa ildırım çaxar,
Dumanı dağa qalxar.
Qara toyuq qarnı yırtıq.
Qara toyuq yer eşər,
Ağ toyuq suda bişər.
Qara toyuq, göy cücələr.
Qara toyuq, qaq elədi,
Qanadları taqq elədi.
Qara toyuq,
Qamı yarıq.
Qara xanım qamı yarıq,
İçi dolu qızıl balıq.
Qaraca kişi,
Əlində şişi,
Şişini əyər,
Toxumu səpər.
Qaradı gözü,
Uzundu sözü.
Qaradır, qarğa deyil,
Qanadlıdı, quş deyil.
Qoxu bilir, it deyil,
Şirni yeyir, bit deyil.
Qaranlıq damda at kişnər.
Qaranlıq damdan qulun mələr.
Qaranlıq evdə, bir qucaq yarma.
Qaranlıq yerdə kösöy bulanar.
Qara-qara qarğalar,
Hər qapıya yorğalar.
Qarğı qamış,
Ağza yapış,
Üstü deşik,
Gerisi beşik.
Qaşqa inəyi,
Bu gün itirdim.
Üç aya tapdım.
Qatarlanıb gedirlər,
Bizə salam edirlər.
Qatar-qatar söyüdlər,
Başı bağlı igidlər.
Qatar-qatar uçarlar,
Şahin görüb qaçarlar,
Gündüzləri otlayıb,
Axşamları uçarlar.
Qatbaqat döşək,
Tapmayan köşək.
Qat-qat qalası var bunun,
Qan piyaləsi var bunun.
Nə çalxalar, nə çıxardar,
Pərvaz balası var bunun.
Qat-qat qalası,
Qan piyalası.
Uçdu anası,
Qaldı balası.
Qaya altdan qaz gedər,
Burnun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.
Qazdım, qazdım qum çıxdı,
Qumdan miranə çıxdı.
Bu gecə ölən oğlan
Sabah bazara çıxdı.
Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.
Qəribəm, beş iyirmi,
Saymışdım beş iyirmi.
Yeddi buğda, bir salxım,
Dənəsi var beş iyirmi.
Qəssabbaşı, yüzbaşı,
Sənən bir at istərəm,
Nə erkək olsun, nə dişi,
Nə yayı görsün, nə qışı.
Qiblədən ulduz doğdu,
Ulduz ulduzu qovdu,
Anası beşikdəykən
Balası oğlan doğdu.
Qıllı qovaq dibində,
Paslı dəmir cingildər.
Qır at qovar, boz at qaçar,
Boz at qovar, qır at qaçar.
Qıraqları su, ortasında od.
Qırmızı divar üstə ağ fərələr düzülüb.
Qırmızı Məmməd, dur get,
Yabılarım sür, get.
Otuz iki qapının,
Kilidini vur, get.
Qırmızı misə dağ basdım,
Apardım bazardan asdım.
Qırmızı nar,
Hər evdə var.
Qırmızı toyuq bağda,
Dimdiyi var torpaqda.
Qırmızı xəşən,
Atılıb-düşən,
Dəyirmanlardan
Təndirə düşən.
Qırx kişi var bir boyda, bir biçimdə,
Yatıb hamısı bir sandıq içində,
Sandıq da babamın şalvar cibində.
Qırxca dənə gözü var,
Qıllıcana üzü var.
Qıvrılmış ilan
Adam belində.
Quyruğu ilə
Başı bir yerdə.
Qızıl ağac yırğandı,
Sırğaları sallandı.
Qızıl ləyən, qızıl tas,
Birin götür, birin as.
Qızıl öküz yatdı, qalxmadı,
Boz öküz getdi, gəlmədi.
Qızıl tas, gümüş tas
İki siçan oyunbaz.
Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Yarpaqsız ağac gördüm,
Torpaqsız beçə verdi.
Qızılgül pardaxlandı,
Qol atıb çardaxlandı,
Torpaqsız yerdə bitdi,
Yarpaqsız budaqlandı.
Qoca babam allandı,
Qızıl toyuq sallandı.
Qoca kişi dağdan şələ endirir.
Qoyun dərisi,
Duzludu tərsi.
Yumru küpədi,
Başı təpədi.
Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
Qoz ağacı başında,
Lənkəranın tuşunda,
Əlli-altmış yaşında,
Deyər oğlanam, oğlan.
Qoz ağacın oyarlar,
Üstünə tel qoyarlar,
Vaxtsız durub ağlasa
Qulağını burarlar.
Qucağa alırsan ağlayır,
Yerə qoyursan kiriyir.
Qulaq üsdə quş yatar.
Qurd quyuda, qulaqları bayırda.
Quru qovaq içində qudurmuş ilan.
Quru yerin qurbağası,
Gamış balasından böyükdür.
Quş deyil, qanadı var,
Quşlardan yeyin uçar.
Quş yuvasındın çıxdı,
Geri dönə bilmədi.
Quşum nə yaxşı quşdu,
Üzü qibləyə tuşdu,
Ot otlar gomuş kimi,
Su içməz, necə quşdu?!
Qutu-qutu içində,
Nərgiz qutu içində,
Babamın bir quşu var,
O da qutu içində.
Qutu-qutu içində,
Qutunun lap içində,
Gözəl bir əl yaylığı (nənəmin əl yaylığı),
O da qutu içində.
Qutu-qutu içində,
Sandıq qutu içində
Fatmanın ağ yaylığı
O da qutu içində.
Quyruqlamasan, dama girməz,
Girsə də yemək yeməz.
Quyu dibində bir damla qan.
Quyu içində ilan,
Ağzında vardı mərcan.
Top