Tapmaca sayı : 72

A gedən kişi,
A gələn kişi,
Papağı yekə
Ayağı təkə.
Ağ qız çiməndə uzanar.
Ağac başında darı quyusu.
Ağac başında qarğa,
Ağzı dolu qovurğa.
Ağac başında qırmızı yaylıq.
Ağca fərə suda oynar,
Zəm-zəmnən belə oynar.
Ağca qız suda,
Fəni-fənnicə,
Burnu əyricə.
Ala, ha ala,
Örkən dolaşdı,
Ağaca, kola.
Alaca, ha bulaca,
Sərdirmişəm yamaca,
Düz dırmaşır ağaca.
Altı ayda bir qarış,
Bir ayda altı qarış.
Altı yaşıl lalalar,
Üstü yaşıl lalalar,
İldən-ilə əkilər,
Cütcə-cütcə balalar.
Aşıq ağladı, getdi,
Ciyər dağladı getdi,
Əlli dəvə, yüz qatır,
Bir mıxa bağladı getdi.
Aşıq aşı bişirir,
Yanlıb, naşı bişirir.
Bu gün bir hikmət gördüm,
Ayaq başı bişirir.
At baba, ha hut baba,
Dolan evi, yat, baba.
Bağrım başı zədəndi,
Zərdəndi, zəbərdəndi,
Yaşıl əkdim, al tökdü,
Görən əsli nədəndi.
Balacayam, sarıyam,
Deməyin ki, darıyam.
Sizə çörək oluram,
Zəmilərin barıyam.
Başını kəsdim, qanı yox,
Cücələrinin sanı yox*.
Bir at aldım, yox yerişi,
Nə erkək idi, nə dişi,
Nə yayı görür, nə qışı.
Bir atım var, at demərəm,
Ölmünə minnət elərem,
Ətin ataram yellərə,
Sümüyün xeyrat elərəm.
Bir bölük atlar,
Meşədə otlar.
Gün dəyən kimi,
Sağrısı çatlar.
Bir damım var,
Tək dirəkli.
Bir il əkərlər,
Yeddi il biçərlər.
Bir pəyə malım var, hamısı qaşqa.
Bizdə bir gəlin gəzər,
Saçıyla yer təmizlər.
Bizim bir itimiz var,
Yetmiş yeddi dili var,
Ağzı yox, adam tutar.
Boyu bir qarış,
Saqqalı iki qarış.
Büm üzüm, bülbülüm üzüm,
İri salxım, xırda üzüm.
Çəp deyil, çəpər deyil,
Çəpərə gərək deyil,
Uzunca buynuzu var,
Sarıca saqqalı var.
Çəpər üstə çil xoruz.
Çil toyuq, çiləmə toyuq,
Başını kəssən qanı yox.
Cücələrinin sanı yox.
Çin-çinarın başında,
Çin qara quş oturur,
Qanadların gərəndə,
Bir ovuc qum tökülür.
Dağdan gəlir, dağ ala,
Qolları budaq ala,
Səksən səkkiz caynaqlı,
Az qalır adam ala.
Dırazı qıç, uzun saqqal.
Ərəb atlandı,
Qayış qatlandı,
Qumlar ələndi,
Quyruq bulandı.
Evimizdə bir kişi var,
Bir şələ saqqalı var.
Gecə yumular,
Səhər açılar.
Gün çıxar, gülər,
Axşam mürgülər.
Gündüz gəzər obanı,
Gecə sancar dabanı.
Gündüzlər gülər,
Gecə mürgülər,
Ağzına alan,
Yerə tüpürər.
Halalar, ay halalar,
Dağda dovşan balalar.
Ayağından su içər,
Dimdiyindən balalar*.
Həlmə, həlmə həlməsi,
Həlmə xatın düyməsi,
Hər kəs onu tapmasa,
Bir manatdır cərməsi.
İlim, ilim iynəsi,
İlin xatın düyməsi,
At ocağa, bas qucağa.
Getsin illər xəstəsi.
Meşədi, çəməndi oylağım mənim,
Özümnən yekədi papağım mənim.
Min bir oğul, bir ata -
Hamısı minib bir ata.
O nədi ki, düzülər,
Vədəsində üzülər,
Ayağından su içər,
Təpəsindən quzular.
O nədi ki, gecə-gündüz beli bağlı.
O nədi ki, kök atar, yarpaq çıxarmaz.
O nədi ki, nə ağdı, nə sarı,
Bir gözəl ağacda bitər saqqalı.
O nədi ki,
Samanı uçur,
Dənəsi qalır.
O tayda duran kişi,
Əlində Quran kişi,
Atama de, ət alsın,
Nə erkək, nə də dişi.
Otdur, atdır,
Beymuratdır,
Dişləyəndir,
Dişi yoxdur.
Otlarda necə otdu
Nə dişi var, nə ağzı,
Dişləyir heyvan kimi.
Pirəm,pirəm içində
Saqqalı pirəm içində.
Qara qatır,
Küncdə yatır.
Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı.
Yerə düşən bir danədir,
Çıxdı on beş, o nədir?
Qara toyuq qapıda yatar.
Qaşqa inəyi,
Bu gün itirdim.
Üç aya tapdım.
Qat-qat qalası,
Qan piyalası.
Uçdu anası,
Qaldı balası.
Qəssabbaşı, yüzbaşı,
Sənən bir at istərəm,
Nə erkək olsun, nə dişi,
Nə yayı görsün, nə qışı.
Qırmızı xəşən,
Atılıb-düşən,
Dəyirmanlardan
Təndirə düşən.
Sarı buğda çəməndə kökələr.
Sarı saqqal,
Uzun hoqqar,
Onu tapmıyan,
Olsun naqqal.
Su üzündə ağca fərə.
Üstədi, ha üstədi,
Əlim tükün üstədi.
Yemişlərdə hansıdı,
Çəyirdəyi üstədi?
Uzun qız uzanar,
Özünə köynək qazanar.
Uzun qızım uzanar,
Həftədə bir bəzənər.
Uzun-uzun söyüdlər,
Beli bağlı igidlər.
Xəncərimin ucu şişdi,
Çək, qıçıma batmış idi,
O necə şeydir, gül açmaz,
Bar verəmməz, özü bardı.
Xırda-xırda öldülər,
Qəbirlərə girdilər.
Beş-altı ay su verdim,
Dirçəlibən durdular.
Yerə girər, əllənər,
Külək vurar, dillənər.
Köynəyi göy, özü sarı,
Nə buğdadı, nə də darı.
Yerə vurdum baltanı,
Ağzı gümüş xaltanı.
Yerdən bir oğlan çıxdı,
Dünyaların soltanı.
Zülfün ucu gümüşdür,
Sal boynuna ilişdir,
Yemişlərin içində
Yarpaqsız nə yemişdir.
Top