Tapılan ümumi test sayı : 125

Ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsi zamanı buraxılan səhvləri müəyyən edin:
1. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdirir;
2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır.
3. Əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir.
4. Müəllim problem qoyur və problemin həllində əsas iştirakçı özü olur.
A) 2, 4
B) 1, 3
C) 1, 2, 3, 4
D) 1,4
E) 2, 3
Motivasiya zamanı buraxılan səhvlərə aiddir:
1.Müəllim motivasiyanı elə təşkil edir ki, şagirdlərdə idrak fəallığı oyanır, yeni dərsin məzmunu şagirdlər tərəfindən müəyyən olunur.
2.Müəllim motivasiya qismində bir həll variantı olan çalışmadan istifadə edir.
3.Açıq suallardan istifadə edir.
4.Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngarəng şəkil) istifadə edir.
A) 2, 3, 4
B) 1, 4
C) 3, 4
D) 2, 4
E) 1, 2, 4
Aşağıdakılardan biri tədqiqat aparılması zamanı buraxılan səhvlərə aiddir:
A) Qiymətləndirmə meyarlarını şagirdlərin nəzərinə çatdırır
B) Müəllim düşünür ki, fəal təlim yalnız qrup işi formasında təşkil olunur
C) Tədqiqat üçün ayrılmış vaxtı şagirdlərin nəzərinə çatdırır.
D) Tədqiqat sualına cavab axtarmaq üçün şagirdlərə müvafiq şərait yaradır
E) Müəllim təlim üsulunu və formasını müəyyənləşdirir
Məlumatın müəllimdən şagirdə ötürülməsi üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədə uyğundur. Söhbət hansı üsuldan gedir?
A) Mühazirə
B) Akvarium
C) Ziqzaq
D) Karusel
E) Auksion
Bu üsul mətnin məzmunun qısa müddətdə şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.Şagirdlər 4 nəfərlik qruplara bölünür (əsas qrup). Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər. Bu hansı üsuldur?
A) Söz assosiasiyaları
B) BİBÖ
C) Karusel
D) Ziqzaq
E) Klaster
Verilənlər hansı təlimə aiddir:
1. Ev tapşırığının yoxlanılması
2. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)
3. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi
4. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar
5. Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)
6. Qiymətləndirmə 
7. Reproduktiv (təkraredici) tətbiq etmə
A) Konstruktiv təlim
B) inteqrasiya olunmuş təlim
C) müasir təlim
D) Fəal təlim
E) ənənəvi təlim
Testin reprezentativliyi nə deməkdir?
A) Test tapşırıqlarının məzmununun yoxlama məqsədlərinə uyğun olması.
B) Testin fundamental tədqiqatlarla əsaslandırılması və onun təlim məqsədlərini düzgün ölçməsinin müəyyən olunmasıdır.
C) Testin qiymətləndirmə standartlarına uyğunluğunun olması
D) Nəticələrinin onun kim tərəfindən keçirilməsindən asılı olmasını bildirir
E) Testin yoxlanılan tədris materialını tam əhatə etməsi
Təlimin amilləri hansılardır?
A) Vaxt, tədris materialı, illustrasiya və demonstrasiya, şagirdlərin oxumağa qabilliyi
B) Vaxt, rəğbətləndirmə, inandırma, alışdırma
C) İnandırma, alışdırma, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə
D) Vaxt, tədris materialı, oxumağa qabillik, təşkilati pedaqoji təsir
E) Vaxt, kitab üzərində iş, illustrasiya və demonstrasiya, praktiki məşğələlər
Müəllimin ünsiyyət üslubları arasındakı uyğunluğu tapın
1-Avtoritar
2-Liberal
3-Demokratik
a-Müəllim yalnız əmrlər, göstərişlər verir, şagirdlər sözsüz tabe olur
b-Müəllim şagirdlərin arzu və istəkləri ilə hesablaşır, onların fikrini, rəyini nəzərə alır, mövqelərinə hörmətlə yanaşır
c-Müəllim dərsini deməklə vəzifələrini bitmiş hesab edir, şagirdlərlə bağlı bütün digər məsələlərə biganədir
A) 1 - a; 2 - c; 3 - b
B) 1 - c; 2 - a; 3 - b
C) 1 - a; 2 - b; 3 - c
D) 1 - b; 2 - a; 3 - c
E) 1 - c; 2 - b; 3 - a
Aşağıdakı fikirlərdən hansı yanlışdır?
A) Dinləmə üzrə qeydiyyat vərəqi formativ qiymətləndirmə  üsuludur
B) Tapşırıqvermə üsulunun vasitəsi çalışmalardır
C) Qiymətləndirmə standartları 3 səviyyə üzrə müəyyən olunmur
D) Məktəbdaxili qiymətləndirmənin 3 növüvar
E) Test diaqnostik  qiymətləndirmə vasitəsi deyil
Uyğunlaşdırın
A-Təhsil sahəsində dövlət standartı
B-Ümumi təhsil proqramı
C-Fənn kurikulumları
1-təlim formaları,
2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı
3-ümumi təhsilin məzmunu
4-ümumi təhsilin infranstrukturu
5-ümumi təhsil sistemində pedoqoji prosesin təşkili prinsipləri
6-müəllim fəaliyyətinin planlaşdırılması
7-təhsilverənlərin keyfiyyət göstəriciləri
8-təhsil səviyyələri üzrə keçirilən fənlər
A) A-3,4,7; B-1,2; C-5,6,8
B) A-3,4,7; B-2,5,8; C-1,6
C) A-1,2,3; B-4,6,8; C-5,7
D) A-7,8; B-1,2,3; C-4,5,6
E) A-1,4,6; B-2,3,5; C-7,8
İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Yadda saxlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
B) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
C) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
D) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
E) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
"Venn diaqramı"dan nə məqsədlə istifadə olunur?
A) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
B) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün
C) Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün
D) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün
E) Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün
Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin:
A) ümumi təlim nəticələri, məzmun xətləri, müəllimin təlim fəaliyyətinin planlaşdırılması qiymətləndirmə üsulları
B) fənn kurikulumunun məqsəd vəvəzifələri
C) ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standartları
D) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları
E) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları, qiymətləndirmə nümunə-lərinin hazırlanması
Fəaliyyət xətti nədir?
A) Məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır
B) Təlimin məzmununun davamlı inkişafını təmin edir
C) Fənn üzrə təlim nəticələrinin reallaşması üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
D) Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
E) Şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş tələbdir
Aşağıdakılardan biri iş vərəqinə verilən tələblərə aid edilə bilməz:
A) Dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır;
B) Tapşırıqların məzmunu dərsin məqsədinə və şagirdlərin inkişaf, yaş səviyyəsinə, marağına uyğun olmalıdır.
C) Fərdi və ya qrup işi üçün hazırlanmış iş vərəqləri qiymətləndirmə standartlarına uyğun hazırlanmalıdır
D) Bütün tapşırıqlar eyni çətinlik səviyyəsində olmalıdır
E) Məzmun və tərtibat cəlbedici olmalıdır.
Şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyət hansıdır?
A) Suqqestik qabiliyyət
B) Avtoritar qabiliyyət
C) Təşkilatçılıq qabiliyyət
D) Kommunikativ qabiliyyət
E) Perspektiv qabiliyyət
Sintez səviyyəsinin fəaliyyət göstəricisini müəyyən edin
A) Problemi həll etmək, nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmək
B) İzah etmək, öz sözləri ilə təsvir etmək,dəyişmək.
C) Məsələ haqqında mühüm qərarlar çıxar-maq; mübahisələri və ya fikir müxtəliflikləri-ni həll etmək
D) Həm şifahi, həm də fiziki obyekt ola bilən unikal original (ilkin) məhsulun yaradılması
E) Yadda saxlamaq, xatırlamaq, tanımaq, işarə etmək
Ümumi təhsil pilləsinin dövlət proqramlarına (kurikulumlarına) aid deyil.
A) Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları
B) Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı
C) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
D) Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər
E) Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
Uyğunlaşdırın
A-Təhsil sahəsində dövlət standartı
B-Ümumi təhsil proqramı
C-Fənn kurikulumları
1-təlim formaları,
2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı
3-ümumi təhsilin məzmunu
4-ümumi təhsilin infrastrukturu
5-ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
6-müəllim fəaliyyətinin planlaşdırılması
7-təhsilverənlərin keyfiyyət göstəriciləri
8-təhsil səviyyələri üzə keçirilən fənlər
A) A-3,4,7; B-1,2; C-5,6,8
B) A-3,4,7; B-2,5,8; C-1,6
C) A-1,2,3; B-4,6.8; C-5,7
D) A-7,8; B-1,2,3; C-4,5,6
E) A-1,4,6; B-2,3,5; C-7,8
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top