Tapılan ümumi test sayı : 125

Summativ qiymətləndirmə nə vaxt aparılmır?
A) bölmə başa çatdıqda
B) dərs ilinin əvvəlində
C) ayın sonunda
D) yarımilin sonunda
Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
A) formativ qiymətləndirmə
B) diaqnostik qiymətləndirmə
C) milli qiymətləndirmə
D) summativ qiymətləndirmə
Təhsildə qiymətləndirmə nədir?
A) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
B) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
C) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
D) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
Təlim üsullarını seçin
1. Müzakirə 2. Qeyri—standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar 7. Dərs oyun
A) 1,4,5,7
B) 1,2,4,6
C) 3,4,5,6
D) 1,3,5,6
Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
A) Kurrikulum islahatının mərhələləri
B) Fənn üzrə təlimin planlaşdırılması
C) Təlimin təşkilində istifadə olunan forma və üsullar
D) Fənnin təliminə verilən əsas tələblər
Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
A) Valideynin arzusu
B) Fənnin məqsədləri
C) Qiymətləndirmə standartları
D) Fənnin məqsəd və vəzifələri
4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
A) proseduraI bilik - idraki fəaliyyət
B) deklorativ və kontekstual bilik
C) deklorativ bilik bilik - idraki fəaliyyət
D) kontekstual bilik - psixomator fəaliyyət
Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
A) təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
B) əsas standartın tərkib hissəsi olub ona xidmət edir
C) təhsil pillələri üzrə dəyişməz qalır
D) təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
Kurrikulumda məzmun standartı nədir?
A) şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
B) yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
C) təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
D) təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
A) 12
B) 10
C) 11
D) 9
Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) subyektivlik
B) tələbyönümlük
C) şəxsiyyətyönümlük
D) nəticəyönümlük
Kurrikulum nədir?
A) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
B) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
C) Təlim metodu, forma və vasitələrin məcmusu
D) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
Təhsil islahatı neçənci illəri əhatə edir?
A) 1999 - 2007
B) 1999 - 2009
C) 2001 - 2011
D) 1999 - 2013
Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?
A) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
B) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir.
C) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.
D) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.
Aşağıdakılardan hansı iş formasıdır?
A) de bat
B) söz assosiasiyası
C) cütlərlə
D) müzakirə
İllik planlaşdırmaya hansı daxil deyil?
A) motivasiya
B) inteqrasiya
C) standartlar
D) resurslar
Aşağıdakılardan hansı təlim üsuludur?
A) qiymətləndirmə
B) kompetensiya
C) yazı işləri
D) müzakirə
Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
A) 7
B) 4
C) 6
D) 3
Summativ qiymətləndirmədə istifadə olunan metod hansılardır?
A) yoxlama yazı işləri, tapşırıqvermə, şifahi sorğu, test
B) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
C) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
Formativ qiymətləndirmədə istifadə olunan metodlar hansılardır?
A) müsahibə, rubric, oxu, test, layihə, yazı
B) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
C) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top