Tapılan ümumi test sayı : 125

Ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsi zamanı buraxılan səhvləri müəyyən edin:
1. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdirir;
2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır.
3. Əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir.
4. Müəllim problem qoyur və problemin həllində əsas iştirakçı özü olur.
A) 2, 4
B) 1,4
C) 1, 2, 3, 4
D) 2, 3
E) 1, 3
Motivasiya zamanı buraxılan səhvlərə aiddir:
1.Müəllim motivasiyanı elə təşkil edir ki, şagirdlərdə idrak fəallığı oyanır, yeni dərsin məzmunu şagirdlər tərəfindən müəyyən olunur.
2.Müəllim motivasiya qismində bir həll variantı olan çalışmadan istifadə edir.
3.Açıq suallardan istifadə edir.
4.Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngarəng şəkil) istifadə edir.
A) 1, 4
B) 2, 4
C) 1, 2, 4
D) 2, 3, 4
E) 3, 4
Aşağıdakılardan biri tədqiqat aparılması zamanı buraxılan səhvlərə aiddir:
A) Qiymətləndirmə meyarlarını şagirdlərin nəzərinə çatdırır
B) Tədqiqat sualına cavab axtarmaq üçün şagirdlərə müvafiq şərait yaradır
C) Müəllim təlim üsulunu və formasını müəyyənləşdirir
D) Müəllim düşünür ki, fəal təlim yalnız qrup işi formasında təşkil olunur
E) Tədqiqat üçün ayrılmış vaxtı şagirdlərin nəzərinə çatdırır.
Məlumatın müəllimdən şagirdə ötürülməsi üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədə uyğundur. Söhbət hansı üsuldan gedir?
A) Karusel
B) Mühazirə
C) Auksion
D) Akvarium
E) Ziqzaq
Bu üsul mətnin məzmunun qısa müddətdə şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.Şagirdlər 4 nəfərlik qruplara bölünür (əsas qrup). Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər. Bu hansı üsuldur?
A) BİBÖ
B) Karusel
C) Söz assosiasiyaları
D) Ziqzaq
E) Klaster
Verilənlər hansı təlimə aiddir:
1. Ev tapşırığının yoxlanılması
2. Yeni mövzuya dair mühazirə (yeni mövzunun izahı)
3. Aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi
4. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar
5. Öyrənilən mövzuların sorğusu (frontal və fərdi sorğu)
6. Qiymətləndirmə 
7. Reproduktiv (təkraredici) tətbiq etmə
A) ənənəvi təlim
B) Fəal təlim
C) inteqrasiya olunmuş təlim
D) Konstruktiv təlim
E) müasir təlim
Testin reprezentativliyi nə deməkdir?
A) Testin qiymətləndirmə standartlarına uyğunluğunun olması
B) Nəticələrinin onun kim tərəfindən keçirilməsindən asılı olmasını bildirir
C) Testin yoxlanılan tədris materialını tam əhatə etməsi
D) Test tapşırıqlarının məzmununun yoxlama məqsədlərinə uyğun olması.
E) Testin fundamental tədqiqatlarla əsaslandırılması və onun təlim məqsədlərini düzgün ölçməsinin müəyyən olunmasıdır.
Təlimin amilləri hansılardır?
A) Vaxt, kitab üzərində iş, illustrasiya və demonstrasiya, praktiki məşğələlər
B) Vaxt, tədris materialı, illustrasiya və demonstrasiya, şagirdlərin oxumağa qabilliyi
C) İnandırma, alışdırma, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə
D) Vaxt, rəğbətləndirmə, inandırma, alışdırma
E) Vaxt, tədris materialı, oxumağa qabillik, təşkilati pedaqoji təsir
Müəllimin ünsiyyət üslubları arasındakı uyğunluğu tapın
1-Avtoritar
2-Liberal
3-Demokratik
a-Müəllim yalnız əmrlər, göstərişlər verir, şagirdlər sözsüz tabe olur
b-Müəllim şagirdlərin arzu və istəkləri ilə hesablaşır, onların fikrini, rəyini nəzərə alır, mövqelərinə hörmətlə yanaşır
c-Müəllim dərsini deməklə vəzifələrini bitmiş hesab edir, şagirdlərlə bağlı bütün digər məsələlərə biganədir
A) 1 - a; 2 - b; 3 - c
B) 1 - c; 2 - a; 3 - b
C) 1 - c; 2 - b; 3 - a
D) 1 - b; 2 - a; 3 - c
E) 1 - a; 2 - c; 3 - b
Aşağıdakı fikirlərdən hansı yanlışdır?
A) Qiymətləndirmə standartları 3 səviyyə üzrə müəyyən olunmur
B) Tapşırıqvermə üsulunun vasitəsi çalışmalardır
C) Test diaqnostik  qiymətləndirmə vasitəsi deyil
D) Məktəbdaxili qiymətləndirmənin 3 növüvar
E) Dinləmə üzrə qeydiyyat vərəqi formativ qiymətləndirmə  üsuludur
Uyğunlaşdırın
A-Təhsil sahəsində dövlət standartı
B-Ümumi təhsil proqramı
C-Fənn kurikulumları
1-təlim formaları,
2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı
3-ümumi təhsilin məzmunu
4-ümumi təhsilin infranstrukturu
5-ümumi təhsil sistemində pedoqoji prosesin təşkili prinsipləri
6-müəllim fəaliyyətinin planlaşdırılması
7-təhsilverənlərin keyfiyyət göstəriciləri
8-təhsil səviyyələri üzrə keçirilən fənlər
A) A-3,4,7; B-2,5,8; C-1,6
B) A-1,4,6; B-2,3,5; C-7,8
C) A-3,4,7; B-1,2; C-5,6,8
D) A-1,2,3; B-4,6,8; C-5,7
E) A-7,8; B-1,2,3; C-4,5,6
İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
B) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
C) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
D) Yadda saxlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
E) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
"Venn diaqramı"dan nə məqsədlə istifadə olunur?
A) Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün
B) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün
C) Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün
D) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
E) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün
Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin:
A) ümumi təlim nəticələri, məzmun xətləri, müəllimin təlim fəaliyyətinin planlaşdırılması qiymətləndirmə üsulları
B) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları, qiymətləndirmə nümunə-lərinin hazırlanması
C) ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standartları
D) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyaları
E) fənn kurikulumunun məqsəd vəvəzifələri
Fəaliyyət xətti nədir?
A) Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
B) Məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır
C) Şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş tələbdir
D) Təlimin məzmununun davamlı inkişafını təmin edir
E) Fənn üzrə təlim nəticələrinin reallaşması üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
Aşağıdakılardan biri iş vərəqinə verilən tələblərə aid edilə bilməz:
A) Tapşırıqların məzmunu dərsin məqsədinə və şagirdlərin inkişaf, yaş səviyyəsinə, marağına uyğun olmalıdır.
B) Bütün tapşırıqlar eyni çətinlik səviyyəsində olmalıdır
C) Fərdi və ya qrup işi üçün hazırlanmış iş vərəqləri qiymətləndirmə standartlarına uyğun hazırlanmalıdır
D) Məzmun və tərtibat cəlbedici olmalıdır.
E) Dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır;
Şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyət hansıdır?
A) Suqqestik qabiliyyət
B) Perspektiv qabiliyyət
C) Kommunikativ qabiliyyət
D) Avtoritar qabiliyyət
E) Təşkilatçılıq qabiliyyət
Sintez səviyyəsinin fəaliyyət göstəricisini müəyyən edin
A) Problemi həll etmək, nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmək
B) Məsələ haqqında mühüm qərarlar çıxar-maq; mübahisələri və ya fikir müxtəliflikləri-ni həll etmək
C) İzah etmək, öz sözləri ilə təsvir etmək,dəyişmək.
D) Yadda saxlamaq, xatırlamaq, tanımaq, işarə etmək
E) Həm şifahi, həm də fiziki obyekt ola bilən unikal original (ilkin) məhsulun yaradılması
Ümumi təhsil pilləsinin dövlət proqramlarına (kurikulumlarına) aid deyil.
A) Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı
B) Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları
C) Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər
D) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
E) Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
Uyğunlaşdırın
A-Təhsil sahəsində dövlət standartı
B-Ümumi təhsil proqramı
C-Fənn kurikulumları
1-təlim formaları,
2-təhsil səviyyələri üzrə dərs saatlarının miqdarı
3-ümumi təhsilin məzmunu
4-ümumi təhsilin infrastrukturu
5-ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
6-müəllim fəaliyyətinin planlaşdırılması
7-təhsilverənlərin keyfiyyət göstəriciləri
8-təhsil səviyyələri üzə keçirilən fənlər
A) A-1,4,6; B-2,3,5; C-7,8
B) A-7,8; B-1,2,3; C-4,5,6
C) A-1,2,3; B-4,6.8; C-5,7
D) A-3,4,7; B-1,2; C-5,6,8
E) A-3,4,7; B-2,5,8; C-1,6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top