Tapılan ümumi test sayı : 125

Ümumi təhsil pilləsinin dövlət proqramlarına (kurikulumlarına) aid deyil.
A) Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişləinin səviyyəsi
B) Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı
C) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
D) Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları
E) Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər
Testin reprezentativliyi nə deməkdir?
A) Testin fundamental tədqiqatlarla əsaslandırılması və onun təlim məqsədlərini düzgün ölçməsinin müəyyən olunmasıdır.
B) Testin yoxlanılan tədris marerialını tam əhatə etməsi
C) Testin qiymətləndirmə standartlarına uyğunluğunun olması
D) Nəticələrinin onun kim tərəfindən keçirilməsindən asılı olmamasını bildirir
E) Test tapşırıqlarının məzmununun yoxlama məqsədlərinə uyğun olması.
Diaqnostik qiymətləndirməyə aid olan cəhətləri seçin.
1 - şagirdin ilkin bilik və bacarığını müəyyən edir
2 - şagirdi sosial həyata hazırlayır
3 - şagirdlərdə təbiətə şüurlu münasibət yaradır
4 - Müəllimə gələcək strategiyalarını müəyyən etməyə imkan yaradır
5 - müəllim - şagird arasında mədəni davranışın əsasını qoyur
A) 1, 5
B) 1, 2
C) 1, 4
D) 2, 4
E) 2, 5
Summativ qiymətləndirmənin üsullarına aid olanları seçin.
1. Yoxlama yazı işləri
2. Müşahidə
3. Yaradıcılıq və əl işləri
4. Layihə
5. Şifahi sorğu
6. Demonstrasiya
A) 2, 5, 3
B) 3, 5, 6
C) 2, 3, 4
D)  1, 3, 4, 5
E) 1, 4, 5
Biri alt standartın funksiyası deyil:
A) Təlimin məzmununun davamlı inkişafını təmin edir.
B) Fənlər üzrə muəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
C) Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
D) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin:
A) ümumi təlim nəticələri, məzmun xətləri, muəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
B) ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standarltları
C) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xususiyyətləri, fənnin məzmunu, təlim strategiyaları
D) giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xususiyyətləri, fənnin məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi
Müasir fənn kurikulumlarının səciyyəvi xüsusiyyətlərini seçin:
1. bilik yönümlüdür  
2.şəxsiyyət yönümlü
3.müəllim yönümlü
4. təklif yönümlü
5.tələb yönümlü
6.şagird yönümlü
A) 2, 5, 6
B) 1, 3, 4, 6
C) 1, 2, 4, 6
D) 3,5,6
"Bu nov кurriкulum fənn sahələri uzrə təlimin asanlaşdırılmasına хidmət edir. Bu, əкsər hallarda əsas təlim məqsədləri ətrafında cəmləşir və ayrı-ayrı fənlərlə bağlı biliкləri əhatə edir." Qeyd olunan fikir kurikulumun hansı növü haqqındadır?
A) Əhatəli kurikulum
B) Qeyri-rəsmi kurikulum
C) İnteqrasiya оlunmuş kurikulum
D) Fənlərə əsaslanan kurikulum
Biri kurikuluma aid deyil:
A) Kurikulum nəyin və hansı müddətdə öyrədiləcəyini əks etdirən sənəddir
B) Kurikulum – təlim prosesi ilə bağlı bütün fəaliyyətləri əks etdirən konseptual sənəddir
C) Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası "yol", "istiqamət" deməkdir. 
D) Kurikulum təlim prosesini əks etdirən sənəddir
"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" nə vaxt təsdiq edilmişdir?
A) 26 aprel 1999-cu il
B) 30 oktyabr 2006-cı il
C) 3 iyun 2010-cu il
İdraki taksonomiyaları təsnif olunub.
A) D.Krassvod, 1964
B) E.J Simpson , 1972
C) Benjamen Blum , 1956
D) K.D. Mur, 1972
Təhsil taksonomiyaları hansılardır?
A) İdraki, emosional, psixomotor
B) İdraki, kontekstual, emosional
C) Deklorativ, emosional, idraki
D) Psixomotor, prosedural, koqnitiv
Təlimin neçə forması var?
A) 4
B) hər müəllimin öz təlim forması var
C) 2
Təlim üsullarını seçin:
1.BİBÖ
2.qrup işi
3. karusel
4. kollektivlə iş
5. auksion
6. ziqzaq  
7. cütlərlə iş
A) 1, 2,4,6
B) 2,4,7
C) 1,2,4,7
D) 1,3,5,6
Pedaqoji prosesin tamlığı nədir?
A) Təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.
B) Pedaqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir.
C) Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.
Fənn kurikulumunun təlim strategiyaları bölməsi hansı məsələləri əhatə edir?
A) təlimin təşkilinə verilən tələblər, təlim fəaliyyətinin planlaşdırılması və məktəbdaxili qiymətləndirmə
B) məzmun standartları, təlim usulları və qiymətləndirmə standartları
C) təlimin forma və üsulları, təlimin təşkilinə verilən tələblər və təlim fəaliyyətinin planlaşdırılması
Multimediya nədir?
A) səs, şəkil, mətn, animasiya, video kimi iki və daha artıq mediyanın birləşməsi
B) video kadrlardan istifadə etmək
C) filmə xüsusi effektlər əlavə edilməsi: video effektlər və ya hərəkət effektləri
Dərsliklərə verilən tələblər hansılardır?
1. düzgünlük 2. şüurluluq 3. əyanilik 4. ifadəlilik 5.mənbələrin göstərilməsi 6.fəal təlim üçün şəraitin yaradılması
A) 1,3,4,6
B) 2,3,4,5
C) 1,3,5,6
D) 2,3,4,6
Üç dost nəyi xoşladıqları haqqında söhbət edir. Anar deyir: "Mən bağda gəzməyi, quşların şən nəğmələrini dinləməyi, heyvanlara qulluq etməyi cox xoşlayıram". Vüsal deyir: "Mən idmanı çox sevirəm. Məktəbimizdəki idman dərnəyinə yazılmışam". Elnur isə deyir:"Mən isə internetdə işləməyi çox xoşlayıram. Internet vasitəslə müxtəlif filmlərə baxmaq, maraqlandığın hər şeyin şəklini tapmaq mümkündür".dostların dərketmə üsullarını müəyyən edin.
A) Anar- naturalistik, Vüsal - bədən/kinestik, Elnur - vizual/məkan
B) Elnur- linqvistik, Anar –emosional, Vüsal - vizual/məkan
C) Vüsal – psixomotor, Elnur –idraki, Anar – emosional
Təklikdə öyrənmək vərdişləri numayiş etdirir, qarşısındakl insanın kim olduğunu, nə edə biləcəyini və nə etmək istədiyini bilir. Qeyd olunanlar hansı dərketmə üsulunu xarakterizə edir?
A) lingvistik dərketmə
B) fərdlərarası
C) məntiqi riyazi
D) fərddaxili
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top