Tapılan ümumi test sayı : 157

Fərdi üslub haqqında aşağıdakılardan biri səhvdir:
A) Rəsmi – işgüzar üslubda fərdilik var
B) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, dövrü, bir sıra hallarda hətta ovqatı ilə bağlıdır
C) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
D) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərir
Fərdi üslub haqqında fikirlərdən biri düzgündür:
A) Fərdi üslubun ən qabarıq ifadəsi elmi üslubdur
B) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, ovqatı ilə bağlı deyil
C) Fərdi üslub bəzən bir qrup şair və yazıçıya da aid ola bilər
D) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərmir
Fərdi üslub haqqında düzgün fikirləri seçin:
a) elmi, publisistik üslublarda və məişət üslubunda nitq fərdiliyi öz əksini tapır :
b) məntiqilik, ardıcıllıq, konkretlik fərdi üslubun əsas xüsusiyyətləridir :
c) fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir :
d) fərdi üslubun ən qabarıq ifadəsi bədii üslubdadır :
e) fərdi üslubun ən qabarıq ifadəsi publisistik üslubdadır
A) c,d,e
B) a,b,d
C) a,c,d
D) a,c,e
Fərdi üslub haqqında aşağıdakı  fikirlərdən biri səhvdir:
A) Elmi, publisistik üslublarda və məişət üslubunda da nitq fərdiliyi öz əksini tapır
B) Fərdi üslubdan başqa heç bir üslubda nitq fərdiliyi olmur
C) Rəsmi – işgüzar üslubda fərdilik demək olar ki, yoxdur
D) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
Bu və ya başqa bir görkəmli sənətkara məxsus şifahi, yaxud yazılı nitq xüsusiyyətləri hansı üsluba aiddir?
A) Publisistik
B) Rəsmi – işgüzar
C) Elmi
D) Fərdi
Fərdi üslubun inkişafına ən çox şərait yaradan üslub hansıdır?
A) bədii
B) məişət
C) elmi
D) rəsmi
Nəsiminin dili(üslubu)Füzulinin dilindən (üslubundan) hansı cəhətlərinə görə fərqlənir?
A) müasir söz və ifadələrdən istifadə
B) alınma sözlərin istifadəsinə görə
C) üsyankarlıq və hürufi terminologiyasına görə
D) milli sözlərdən istifadəyə görə
Fərdi üslubun təzahürünə ən az imkan yaradan üslub hansıdır?
A) rəsmi-işgüzar
B) məişət
C) elmi
D) publisistik
E) bədii
Son onilliklərdə elmi üslubun bir qolu yaranmışdır. Onu necə adlandırırlar?
A) elmi bədii dil
B) elmi rəsmi dil
C) elmi publisistik dil
D) elmi kütləvi dil
Əvvəllər bütün üslublar hansı elmin tərkibinə daxil olmuşlar?
A) dilçilik
B) təbabət
C) fəlsəfə
D) riyaziyyat
Biologiya və fizika elmlərinin birləşməsi nəticəsində hansı elm sahəsi yaranmışdır?
A) zookimya
B) biofizika
C) biokimya
D) zoofizika
İnteqrasiya nədir?
A) köçürmə
B) yaxınlaşma
C) yerdəyişmə
D) ayrılma
Diferensiasiya nə deməkdir?
A) ixtisar
B) birləşmə
C) uyğunlaşma
D) ayrılma
Elmi tərcümeyi-hal Aşağıdakılardan hansına yazıla bilər?
A) hər hansı bir şəxsə
B) xarici vətəndaşa
C) alimə
D) idarə rəhbərinə
Bu üslubda nəqli cümlələr əsas olsa da, bəzən nida və sual cümlələrinə də geniş yer verilir. Bu hansı üslubdur?
A) elmi
B) məişət
C) publisist
D) rəsmi-işgüzar
E) bədii
"Mən filankəs... Atam filankəs... Anam filankəs..Qardaşım filankəs"- bu ifadələr hansı işgüzar sənədə aiddir?
A) izahat
B) məktub
C) tərcümeyi-hal
D) ərizə
"Əziz oğlum Nəcəf"! Bu sözlər hansı sənədə aiddir?
A) ərizə
B) tərcümeyi-hal
C) məktub
D) xasiyyətnamə
Aşağıdakı rəsmi sənədlərdən hansılarda obrazlılıq da ola bilər?
A) qanun və qərarlarda
B) nazirlərin əmrlərində və notalarda
C) bəyanat və manifestlərdə
D) fərman və bəyanatlarda
İşgüzar sənədləri rəsmi sənədlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri:
A) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha geniş məlumat verilməsi
B) İşgüzar sənədlərin bir qayda olaraq mütəxəssislər tərəfindən tərtib edilməsi
C) İşgüzar sənədlərin həcmcə rəsmi sənədlərə nisbətən böyük olması
D) Rəsmi sənədlərdən fərqli olaraq işgüzar sənədlərin xüsusi dövlət əhəmiyyəti daşımaması
İşgüzar sənədlər haqqında aşağıdakılardan biri səhvdir:
A) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilməsi
B) İşgüzar sənədlərin mütəxəssislər tərəfindən tərtib edilməsi
C) İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır
D) Ərizə, tərcümeyi – hal, bildiriş, arayış, protokol və s. işgüzar sənədlərə aid edilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top