Tapılan ümumi test sayı : 157

Hansı üslub mətbuatın, radio – televiziyanın dilidir?
A) Fərdi
B) Publisistik
C) Elmi
D) Bədii
Publisistik üsluba aid deyil:
A) Publisistik üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın olmasıdır
B) Gündəlik həyatda insanların bir – biriləri ilə ünsiyyət saxladığı dildir
C) Publisistik üslub kütləvi nitq formasıdır
D) Bu üslub mətbuatın, radio – televiziyanın dilidir
Hansı üslub adi danışıq dilinə çox yaxın olur?
A) Rəsmi – işgüzar
B) Publisistik
C) Məişət
D) Elmi
Publisistik üslubun neçə növü var?
A) 5
B) 3
C) 2
D) 4
Biri publisistik üslub üçün əsas deyil:
A) Çox müxtəlif emosiyaları ifadə edir
B) Terminlərdən istifadə əsasdır
C) Lüğət tərkibi əksəriyyət tərəfindən başa düşülən sözlərdir
D) Həm təsviri, həm də analitik(təhlil)səciyyə daşıyır
E) Publisistik məqalələrin, oçerk və felyetonların dilidir
Azərbaycan Respublikası Prezidentinin bəyanatları aşağıdakılardan hansına aiddir?
A) rəsmi-publisistik dilə
B) elmi-publisistik dilə
C) Heç birinə aid deyil
D) bədii-publisistik dilə
Publisistik üslub hansı qəzetin nəşrə başlaması ilə yaranıb?
A) “Kəşkül”
B) “Ziya”
C) “Azərbaycan”
D) “Əkinçi”
Publisistik üslubun neçə forması var?
A) 2
B) 3
C) 4
D) 1
Publisistik üslub nə vaxt yaranıb?
A) XIX əsrin 70-ci illərində
B) XIII əsrdə
C) XXI əsrin 30-cu illərində
D) XVIII əsrin əvvəlində
Hansı publisistik üslubun şifahi formasıdır?
A) elmi-kütləvi kitabların dili
B) kütləvi jurnalların dili
C) qəzetlərin dili
D) radio dili
Sxem, qrafik və şərti işarələrdən daha çox hansı üslubda istifadə olunur?
A) Elmi
B) Məişət
C) Bədii
D) Publisistik
Elmi üsluba yad olan xüsusiyyət hansıdır?
A) Terminlərdən istifadə olunur
B) Bədii ifadə vasitələrindən çox istifadə olunur
C) Mürəkkəb cümlələrdən çox istifadə olunur
D) Modallıq bildirən söz və ifadələr də işlənir
Ədəbi tənqid sahəsində çalışan ədəbiyyatşünasların əsərləri hansı üslubdadır?
A) Publisistik
B) Rəsmi – işgüzar
C) Elmi
D) Məişət
Biri humanitar elmlərə aiddir:
A) Kimya
B) Coğrafiya
C) Filologiya
D) Biologiya
Hansı sözü həm ümumişlək söz, həm də Azərbaycan dili və Ədəbiyyat fənlərinə aid termin hesab etmək olar?
A) isim
B) bənd
C) beşlik
D) qoşma
Aşağıdakı sözlərdən neçəsi riyaziyyata aid termindir? Vurma, fauna, molekul, atom, tənlik, bölmə, vulkan, printer
A) 5-i
B) 2-si
C) 1-i
D) 3-ü
Texniki elmlərə aid deyil:
A) Tibb
B) Kimya
C) Riyaziyyat
D) Fizika
Elmlər neçə bölməyə ayrılır?
A) 5
B) 3
C) 4
D) 2
Hansı elmlər üzrə elmi üslub Azərbaycanda daha çox inkişaf etmişdir?
A) texniki elmlər üzrə elmi üslub
B) humanitar elmlər üzrə elmi üslub
C) heç biri
D) təbiət elmləri üzrə elmi üslub
Hansılar terminə aid xüsusiyyətlərdir?
A) təkmənalılıq, yığcamlıq
B) genişlik, dəqiq olmayan fikirlər
C) çoxmənalılıq, anlaşılmayan ifadələr
D) obrazlılıq, məcazilik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top