Tapılan ümumi test sayı : 157

Ana dilimizdə ilk rəsmi dövlət sənədləri hansı dövrdə yaranıb?
A) XX əsrdə
B) XI əsrdə
C) XIX əsrdə
D) XV-XVI əsrlərdə
Fars sözü olub, ali hakimiyyət orqanlarının qanun qüvvəsində olan sərəncam və qərarına deyilir:
A) bəyanat
B) əmr
C) sərəncam
D) fərman
Hansı üslubda fikir müəyyən qəlibə düşmüş formalarda və olduqca yığcam şəkildə verilir:
A) Fərdi
B) Rəsmi – işgüzar
C) Publisistik
D) Elmi
Rəsmi – işgüzar üsluba aid deyil:
A) Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinir
B) Rəsmi – işgüzar üslub hamı üçün eynidir – standartdır
C) Rəsmi – işgüzar üslub iki yerə ayrılır
D) Rəsmi və işgüzar sənədlərin dilidir
Dövlət başçısının bəyanatı hansı üsluba aiddir?
A) Publisistik
B) Bədii
C) Elmi
D) Rəsmi – işgüzar
Dilin dövlət dili olması hansı üslubda müəyyən edilir?
A) Bədii
B) Rəsmi – işgüzar
C) Publisistik
D) Elmi
Hansı üslubun şifahi forması olmur?
A) Fərdi
B) Rəsmi – işgüzar
C) Elmi
D) Publisistik
Hansı üslubda şəxssiz cümlələrdən geniş istifadə olunur?
A) rəsmi
B) elmi
C) publisistik
D) bədii
E) məişət
Verilənlərdən biri səhvdir:
A) İşgüzar sənədlər həcminə görə rəsmi sənədlərdən böyükdür
B) Fərdi nitq ünsürlərindən qaçılır.
C) Lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
D) Rəsmi və işgüzar sənədlərin dilidir.
Hər hansı bir dilin dövlət dili olması dövlətin ........ .... münasibəti ilə müəyyən edilir. Nöqtələrin yerinə nə yazılmalıdır?
A) xarici dövlətlərə
B) rəsmi-işgüzar üsluba
C) təhsilə
D) xalqa
Dəqiqlik, konkretlik kimi xüsusiyyətlərinə görə rəsmi-işgüzar üslub hansı üsluba bənzəyir?
A) məişət üslubuna
B) bədii-publisistik üsluba
C) elmi üsluba
D) bədii üsluba
Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:
A) konkretlik
B) ardıcıllıq
C) yığcamlıq
D) dəqiqlik
E) çoxmənalılıq
Rəsmi-işgüzar üslubun funksional üslublardan geri qalmasının səbəbi nədir?
A) rəsmi-işgüzar üslubun standart formalarda verilməsi
B) bədii üslubun ədəbi dilin tarixində aparıcı olması
C) sovet dövründə milli respublikalarda dövlətçilik və idarəçilik təcrübəsinin inkişaf edə bilməməsi
D) lüğət tərkibinin yığcamlığı
Nəyə görə rəsmi-işgüzar üslub zəif inkişaf etmişdir?
A) Bir müddət fars, ərəb həmçinin rus dilinin ölkədə hökmran olduğuna görə
B) Qonşu ölkələrlə əlaqənin zəif olması
C) Yeni yarandığı üçün
D) Müstəqil dövlətimizin olmamasna görə
E) Ədəbi-bədii dilin zəif olması ilə əlaqədar
Azərbaycan ədəbi dilinin hansı üslubu bütün funksional üslublardan geri qalmışdır?
A) məişət
B) bədii
C) elmi
D) rəsmi
E) publisistik
Məişət üslubu haqqında verilənlərdən biri yanlışdır:
A) Məişət üslubundan radio və televiziyada istifadə olunmur
B) Ədəbi dilin ən geniş yayılmış üslubudur
C) Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir
D) Ədəbi dilin məişətdə işlənən nümunəsidir
Aşağıda göstərilənlər hansı üslub üçün səciyyəvidir?
1. Nitqin sərbəstliyi mühümdür
2. Ləhcə xüsusiyyətləri özünü qabarıq göstərir
A) Publisistik
B) Bədii
C) Elmi
D) Məişət
Müxtəlif üslubların nümayəndələrinin bir – biri ilə ünsiyyət saxladığı üslub hansıdır?
A) İşgüzar
B) Məişət
C) Fərdi
D) Publisistik
Bu üslub yalnız şifahi nitq formasında mövcuddur:
A) Məişət üslubu
B) Publisistik üslub
C) Fərdi üslub
D) Rəsmi – işgüzar üslub
Şer dili adlanır:
A) Təhkiyənin olduğu hər cür nitq forması
B) Tipin dili
C) Monoloq və dialoqlu səhnə əsərlərinin dili
D) Ahəngdar qafiyələnmiş dil
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top