Tapılan ümumi test sayı : 157

Hansı bənddəki nümunə məişət  üslubuna uyğundur?
A) Cinayətin motivləri istintaq üçün hələ də aydın deyil
B) Vətəndaşların sərbəst toplaşmaq hüququ vardır
C) Bu fiqurlarda simmetriya əsasdır
D) Ay oğul, a bala, gör bizim uşaq hara gedib?
Məişət üslubuna aid deyil:
A) monoloji nitq
B) yığcamlıq və sərbəstlik
C) jest və mimikadan istifadə
D) dialoji nitq
E) dialektüstü nitq forması
Məişət üslubunun yaranma şəraiti ilə bağlı fikirlərdən biri səhvdir.
A) Xalq dili canlı ünsiyyətindən uzaqlaşanda, şablon dilə çevriləndə məişət üslubu yaranır
B) Məişət üslubunun tarixi inkişafını bədii üslubun tarixi gəlişinin timsalında görmək olar
C) Bugünkü halında məişət üslubu üslublar sisteminin müstəqil subyektlərindən biridir
D) Məişət üslubu yazılı bədii dilə təsir etmədən bütün dövrlərdə aparıcı olmuşdur
E) Cəmiyyətin yüksək inkişafı ilə, insanların ünsiyyətdə yerli şivəçilikdən çəkinmə meyli ilə bağlı məişət üslubu yaranır
Aşağıdakı şəkilçilərdən hansı məişət üslubunda fərqli tələffüz olunur?
1.-mış4  2.-san2  3.-am2  4.-da2  5.-dır4  6.-ki
A) 1,2
B) 1,5
C) 5,6
D) 3,4
E) 1,3
Hansı üslub gündəlik həyatda insanların bir – biri ilə ünsiyyət saxladığı dildir?
A) Fərdi
B) Publisistik
C) Məişət
D) Bədii
Məişət üslubuna aid olan fikirlərdən hansı səhvdir?
A) Məişət üslubu adi danışıq dilidir
B) Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır
C) Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır
D) Bu üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır
Hansı üslubun əsas xüsusiyyəti sərbəstlik və yığcamlıqdır?
A) Məişət
B) Publisistik
C) Fərdi
D) Elmi
Hansı üslub dili dialektüstü nitq formasıdır?
A) Fərdi
B) Elmi
C) Məişət
D) Rəsmi – işgüzar
Bunlardan hansı məişət üslubuna aid deyil?
A) Məişət üslubu adi danışıq dilidir
B) Məişət üslubunun canı dialoji nitqdir
C) Məişət üslubu məhəlli səciyyə daşıyır
D) Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur
Məişət üslubu üçün hansı norma daha əsasdır?
A) leksik norma
B) fonetik norma
C) orfoepik norma
D) qrammatik norma
Yazılı nitqdə məişət üslubu ........əlaqədardır. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
A) bədii üslubla
B) fərdi üslubla
C) publisistik üslubla
D) elmi üslubla
Dialoji nitqə aid olanlardan biri səhvdir:
A) Sərbəstlik, yığcamlıq və intonasiya əsasdır
B) Elmi, dini və s. məqalələr bu nitqə aiddir
C) Mimika və jestlər mühüm rol oynayır
D) Söz-cümlələr və yarımçıq cümlələr çox işlənir
Məişət üslubu nə loru dildir, nə də məhəlli səciyyə daşıyır. Bəs necə nitq formasıdır?
A) dialektüstü nitq
B) yazılı nitq
C) təmtəraqlı nitq
D) kitab dili
Verilənlərdən biri publisistik üslubun növü deyil:
A) Məişət – publisistik dili
B) Bədii – publisistik dil
C) Rəsmi – publisistik dil
D) Elmi – publisistik dil
Publisistik üslubun əsas xüsusiyyətlərinə malik olmaqla yanaşı, müəyyən obrazlı nitq formasıdır, burada bədii ifadə vasitələrinə ( məcazlara ) təsadüf edilir. Verilənlər aiddir:
A) Rəsmi – publisistik dilə
B) Rəsmi – işgüzar üsluba
C) Bədii – publisistik dilə
D) Elmi – publisistik dilə
“ Antropogenləşmə gedən bölgələrdə ekoloji rezervuarların təşkili məqsədəuyğun olardı ” cümləsi aiddir:
A) Elmi – publisistik dilə
B) Rəsmi – publisistik dilə
C) Bədii – publisistik dilə
D) Elmi üsluba
Biri publisist məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir:
A) Elmi üslub
B) Rəsmi-publisistik dil
C) Bədii – publisistik dil
D) Elmi – publisistik dil
“ Bu xalqın tarix boyu heç bir dövrdə heç kəsə qarşı torpaq iddiası və qan davası olmamışdı. ” nümunəsi publisistik üslubun hansı növündədir?
A) Rəsmi - publisistik dil
B) Bədii – publisistik dil
C) Fərdi - publisistik dil
D) Elmi - publisistik dil
Publisistik üslub digər funksional üslublarında xüsusiyyətlərini daşıyır. Bunun səbəbi nədir?
A) ədəbi dil əsasında qurulması
B) digər üslublara nisbətən gec formalaşması
C) ən ictimai, ən kütləvi nitq forması olması
D) qəzet, jurnal dili olması
Publisistik üslub harada funksionallaşır?
A) idarədə
B) mətbuatda
C) məktəbdə
D) televiziyada
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top