Tapılan ümumi test sayı : 157

Fərdi üslub haqqında aşağıdakılardan biri səhvdir:
A) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
B) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, dövrü, bir sıra hallarda hətta ovqatı ilə bağlıdır
C) Rəsmi – işgüzar üslubda fərdilik var
D) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərir
Fərdi üslub haqqında fikirlərdən biri düzgündür:
A) Fərdi üslubun ən qabarıq ifadəsi elmi üslubdur
B) Fərdi üslub bəzən bir qrup şair və yazıçıya da aid ola bilər
C) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərmir
D) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, ovqatı ilə bağlı deyil
Fərdi üslub haqqında düzgün fikirləri seçin:
a) elmi, publisistik üslublarda və məişət üslubunda nitq fərdiliyi öz əksini tapır :
b) məntiqilik, ardıcıllıq, konkretlik fərdi üslubun əsas xüsusiyyətləridir :
c) fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir :
d) fərdi üslubun ən qabarıq ifadəsi bədii üslubdadır :
e) fərdi üslubun ən qabarıq ifadəsi publisistik üslubdadır
A) c,d,e
B) a,c,e
C) a,b,d
D) a,c,d
Fərdi üslub haqqında aşağıdakı  fikirlərdən biri səhvdir:
A) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
B) Rəsmi – işgüzar üslubda fərdilik demək olar ki, yoxdur
C) Fərdi üslubdan başqa heç bir üslubda nitq fərdiliyi olmur
D) Elmi, publisistik üslublarda və məişət üslubunda da nitq fərdiliyi öz əksini tapır
Bu və ya başqa bir görkəmli sənətkara məxsus şifahi, yaxud yazılı nitq xüsusiyyətləri hansı üsluba aiddir?
A) Rəsmi – işgüzar
B) Fərdi
C) Elmi
D) Publisistik
Fərdi üslubun inkişafına ən çox şərait yaradan üslub hansıdır?
A) bədii
B) rəsmi
C) elmi
D) məişət
Nəsiminin dili(üslubu)Füzulinin dilindən (üslubundan) hansı cəhətlərinə görə fərqlənir?
A) milli sözlərdən istifadəyə görə
B) alınma sözlərin istifadəsinə görə
C) üsyankarlıq və hürufi terminologiyasına görə
D) müasir söz və ifadələrdən istifadə
Fərdi üslubun təzahürünə ən az imkan yaradan üslub hansıdır?
A) məişət
B) rəsmi-işgüzar
C) publisistik
D) bədii
E) elmi
Son onilliklərdə elmi üslubun bir qolu yaranmışdır. Onu necə adlandırırlar?
A) elmi publisistik dil
B) elmi rəsmi dil
C) elmi kütləvi dil
D) elmi bədii dil
Əvvəllər bütün üslublar hansı elmin tərkibinə daxil olmuşlar?
A) dilçilik
B) fəlsəfə
C) riyaziyyat
D) təbabət
Biologiya və fizika elmlərinin birləşməsi nəticəsində hansı elm sahəsi yaranmışdır?
A) zookimya
B) biofizika
C) zoofizika
D) biokimya
İnteqrasiya nədir?
A) ayrılma
B) yaxınlaşma
C) yerdəyişmə
D) köçürmə
Diferensiasiya nə deməkdir?
A) uyğunlaşma
B) ayrılma
C) ixtisar
D) birləşmə
Elmi tərcümeyi-hal Aşağıdakılardan hansına yazıla bilər?
A) idarə rəhbərinə
B) alimə
C) xarici vətəndaşa
D) hər hansı bir şəxsə
Bu üslubda nəqli cümlələr əsas olsa da, bəzən nida və sual cümlələrinə də geniş yer verilir. Bu hansı üslubdur?
A) məişət
B) elmi
C) rəsmi-işgüzar
D) bədii
E) publisist
"Mən filankəs... Atam filankəs... Anam filankəs..Qardaşım filankəs"- bu ifadələr hansı işgüzar sənədə aiddir?
A) izahat
B) tərcümeyi-hal
C) məktub
D) ərizə
"Əziz oğlum Nəcəf"! Bu sözlər hansı sənədə aiddir?
A) tərcümeyi-hal
B) məktub
C) xasiyyətnamə
D) ərizə
Aşağıdakı rəsmi sənədlərdən hansılarda obrazlılıq da ola bilər?
A) bəyanat və manifestlərdə
B) nazirlərin əmrlərində və notalarda
C) qanun və qərarlarda
D) fərman və bəyanatlarda
İşgüzar sənədləri rəsmi sənədlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri:
A) İşgüzar sənədlərin bir qayda olaraq mütəxəssislər tərəfindən tərtib edilməsi
B) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha geniş məlumat verilməsi
C) İşgüzar sənədlərin həcmcə rəsmi sənədlərə nisbətən böyük olması
D) Rəsmi sənədlərdən fərqli olaraq işgüzar sənədlərin xüsusi dövlət əhəmiyyəti daşımaması
İşgüzar sənədlər haqqında aşağıdakılardan biri səhvdir:
A) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilməsi
B) Ərizə, tərcümeyi – hal, bildiriş, arayış, protokol və s. işgüzar sənədlərə aid edilir
C) İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır
D) İşgüzar sənədlərin mütəxəssislər tərəfindən tərtib edilməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top