Tapılan ümumi test sayı : 157

Ana dilimizdə ilk rəsmi dövlət sənədləri hansı dövrdə yaranıb?
A) XV-XVI əsrlərdə
B) XI əsrdə
C) XX əsrdə
D) XIX əsrdə
Fars sözü olub, ali hakimiyyət orqanlarının qanun qüvvəsində olan sərəncam və qərarına deyilir:
A) sərəncam
B) bəyanat
C) fərman
D) əmr
Hansı üslubda fikir müəyyən qəlibə düşmüş formalarda və olduqca yığcam şəkildə verilir:
A) Fərdi
B) Publisistik
C) Rəsmi – işgüzar
D) Elmi
Rəsmi – işgüzar üsluba aid deyil:
A) Rəsmi – işgüzar üslub hamı üçün eynidir – standartdır
B) Rəsmi və işgüzar sənədlərin dilidir
C) Rəsmi – işgüzar üslub iki yerə ayrılır
D) Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinir
Dövlət başçısının bəyanatı hansı üsluba aiddir?
A) Elmi
B) Rəsmi – işgüzar
C) Bədii
D) Publisistik
Dilin dövlət dili olması hansı üslubda müəyyən edilir?
A) Rəsmi – işgüzar
B) Bədii
C) Elmi
D) Publisistik
Hansı üslubun şifahi forması olmur?
A) Rəsmi – işgüzar
B) Publisistik
C) Elmi
D) Fərdi
Hansı üslubda şəxssiz cümlələrdən geniş istifadə olunur?
A) elmi
B) rəsmi
C) məişət
D) bədii
E) publisistik
Verilənlərdən biri səhvdir:
A) Lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
B) Rəsmi və işgüzar sənədlərin dilidir.
C) İşgüzar sənədlər həcminə görə rəsmi sənədlərdən böyükdür
D) Fərdi nitq ünsürlərindən qaçılır.
Hər hansı bir dilin dövlət dili olması dövlətin ........ .... münasibəti ilə müəyyən edilir. Nöqtələrin yerinə nə yazılmalıdır?
A) təhsilə
B) xalqa
C) rəsmi-işgüzar üsluba
D) xarici dövlətlərə
Dəqiqlik, konkretlik kimi xüsusiyyətlərinə görə rəsmi-işgüzar üslub hansı üsluba bənzəyir?
A) bədii üsluba
B) bədii-publisistik üsluba
C) elmi üsluba
D) məişət üslubuna
Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:
A) ardıcıllıq
B) konkretlik
C) dəqiqlik
D) yığcamlıq
E) çoxmənalılıq
Rəsmi-işgüzar üslubun funksional üslublardan geri qalmasının səbəbi nədir?
A) rəsmi-işgüzar üslubun standart formalarda verilməsi
B) bədii üslubun ədəbi dilin tarixində aparıcı olması
C) lüğət tərkibinin yığcamlığı
D) sovet dövründə milli respublikalarda dövlətçilik və idarəçilik təcrübəsinin inkişaf edə bilməməsi
Nəyə görə rəsmi-işgüzar üslub zəif inkişaf etmişdir?
A) Bir müddət fars, ərəb həmçinin rus dilinin ölkədə hökmran olduğuna görə
B) Yeni yarandığı üçün
C) Müstəqil dövlətimizin olmamasna görə
D) Ədəbi-bədii dilin zəif olması ilə əlaqədar
E) Qonşu ölkələrlə əlaqənin zəif olması
Azərbaycan ədəbi dilinin hansı üslubu bütün funksional üslublardan geri qalmışdır?
A) məişət
B) rəsmi
C) bədii
D) publisistik
E) elmi
Məişət üslubu haqqında verilənlərdən biri yanlışdır:
A) Ədəbi dilin məişətdə işlənən nümunəsidir
B) Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir
C) Məişət üslubundan radio və televiziyada istifadə olunmur
D) Ədəbi dilin ən geniş yayılmış üslubudur
Aşağıda göstərilənlər hansı üslub üçün səciyyəvidir?
1. Nitqin sərbəstliyi mühümdür
2. Ləhcə xüsusiyyətləri özünü qabarıq göstərir
A) Bədii
B) Publisistik
C) Məişət
D) Elmi
Müxtəlif üslubların nümayəndələrinin bir – biri ilə ünsiyyət saxladığı üslub hansıdır?
A) Publisistik
B) Fərdi
C) İşgüzar
D) Məişət
Bu üslub yalnız şifahi nitq formasında mövcuddur:
A) Rəsmi – işgüzar üslub
B) Fərdi üslub
C) Publisistik üslub
D) Məişət üslubu
Şer dili adlanır:
A) Tipin dili
B) Ahəngdar qafiyələnmiş dil
C) Monoloq və dialoqlu səhnə əsərlərinin dili
D) Təhkiyənin olduğu hər cür nitq forması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top