Tapılan ümumi test sayı : 157

Hansı bənddəki nümunə məişət  üslubuna uyğundur?
A) Vətəndaşların sərbəst toplaşmaq hüququ vardır
B) Cinayətin motivləri istintaq üçün hələ də aydın deyil
C) Ay oğul, a bala, gör bizim uşaq hara gedib?
D) Bu fiqurlarda simmetriya əsasdır
Məişət üslubuna aid deyil:
A) dialoji nitq
B) monoloji nitq
C) jest və mimikadan istifadə
D) dialektüstü nitq forması
E) yığcamlıq və sərbəstlik
Məişət üslubunun yaranma şəraiti ilə bağlı fikirlərdən biri səhvdir.
A) Məişət üslubunun tarixi inkişafını bədii üslubun tarixi gəlişinin timsalında görmək olar
B) Xalq dili canlı ünsiyyətindən uzaqlaşanda, şablon dilə çevriləndə məişət üslubu yaranır
C) Bugünkü halında məişət üslubu üslublar sisteminin müstəqil subyektlərindən biridir
D) Cəmiyyətin yüksək inkişafı ilə, insanların ünsiyyətdə yerli şivəçilikdən çəkinmə meyli ilə bağlı məişət üslubu yaranır
E) Məişət üslubu yazılı bədii dilə təsir etmədən bütün dövrlərdə aparıcı olmuşdur
Aşağıdakı şəkilçilərdən hansı məişət üslubunda fərqli tələffüz olunur?
1.-mış4  2.-san2  3.-am2  4.-da2  5.-dır4  6.-ki
A) 1,5
B) 1,2
C) 1,3
D) 3,4
E) 5,6
Hansı üslub gündəlik həyatda insanların bir – biri ilə ünsiyyət saxladığı dildir?
A) Məişət
B) Publisistik
C) Fərdi
D) Bədii
Məişət üslubuna aid olan fikirlərdən hansı səhvdir?
A) Məişət üslubu adi danışıq dilidir
B) Bu üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır
C) Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır
D) Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır
Hansı üslubun əsas xüsusiyyəti sərbəstlik və yığcamlıqdır?
A) Elmi
B) Məişət
C) Publisistik
D) Fərdi
Hansı üslub dili dialektüstü nitq formasıdır?
A) Fərdi
B) Məişət
C) Elmi
D) Rəsmi – işgüzar
Bunlardan hansı məişət üslubuna aid deyil?
A) Məişət üslubu adi danışıq dilidir
B) Məişət üslubunun canı dialoji nitqdir
C) Məişət üslubu məhəlli səciyyə daşıyır
D) Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur
Məişət üslubu üçün hansı norma daha əsasdır?
A) fonetik norma
B) leksik norma
C) qrammatik norma
D) orfoepik norma
Yazılı nitqdə məişət üslubu ........əlaqədardır. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
A) publisistik üslubla
B) elmi üslubla
C) bədii üslubla
D) fərdi üslubla
Dialoji nitqə aid olanlardan biri səhvdir:
A) Mimika və jestlər mühüm rol oynayır
B) Sərbəstlik, yığcamlıq və intonasiya əsasdır
C) Elmi, dini və s. məqalələr bu nitqə aiddir
D) Söz-cümlələr və yarımçıq cümlələr çox işlənir
Məişət üslubu nə loru dildir, nə də məhəlli səciyyə daşıyır. Bəs necə nitq formasıdır?
A) kitab dili
B) dialektüstü nitq
C) təmtəraqlı nitq
D) yazılı nitq
Verilənlərdən biri publisistik üslubun növü deyil:
A) Bədii – publisistik dil
B) Elmi – publisistik dil
C) Rəsmi – publisistik dil
D) Məişət – publisistik dili
Publisistik üslubun əsas xüsusiyyətlərinə malik olmaqla yanaşı, müəyyən obrazlı nitq formasıdır, burada bədii ifadə vasitələrinə ( məcazlara ) təsadüf edilir. Verilənlər aiddir:
A) Rəsmi – publisistik dilə
B) Elmi – publisistik dilə
C) Bədii – publisistik dilə
D) Rəsmi – işgüzar üsluba
“ Antropogenləşmə gedən bölgələrdə ekoloji rezervuarların təşkili məqsədəuyğun olardı ” cümləsi aiddir:
A) Elmi üsluba
B) Rəsmi – publisistik dilə
C) Elmi – publisistik dilə
D) Bədii – publisistik dilə
Biri publisist məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir:
A) Rəsmi-publisistik dil
B) Elmi – publisistik dil
C) Elmi üslub
D) Bədii – publisistik dil
“ Bu xalqın tarix boyu heç bir dövrdə heç kəsə qarşı torpaq iddiası və qan davası olmamışdı. ” nümunəsi publisistik üslubun hansı növündədir?
A) Elmi - publisistik dil
B) Fərdi - publisistik dil
C) Rəsmi - publisistik dil
D) Bədii – publisistik dil
Publisistik üslub digər funksional üslublarında xüsusiyyətlərini daşıyır. Bunun səbəbi nədir?
A) qəzet, jurnal dili olması
B) ədəbi dil əsasında qurulması
C) digər üslublara nisbətən gec formalaşması
D) ən ictimai, ən kütləvi nitq forması olması
Publisistik üslub harada funksionallaşır?
A) televiziyada
B) məktəbdə
C) idarədə
D) mətbuatda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top