Tapılan ümumi test sayı : 157

Hansı üslubu terminsiz təsəvvür etmək olmur?
A) bədii
B) rəsmi
C) məişət
D) elmi
Ancaq termin olan cərgəni seçin:
A) bucaq, kitab
B) dəniz, lirika
C) dil, dalğa
D) drama, lirika
Bunlardan neçəsi həm termin, həm də ümumişlək söz kimi işlənə bilər? Bənd, say, fel, sifət, kütlə, divan, isim, zərf
A) 2-si
B) hamısı
C) 6-sı
D) 5-i
İxtisas sözlərinin – terminlərin bol – bol işlənməsi hansı üslub üçün əsas səciyyəvi xüsusiyyətlərdir?
A) Məişət
B) Bədii
C) Publisistik
D) Elmi
Elmi üsluba aid deyil:
A) İxtisas sözlərinin – terminlərin işlənməsi
B) Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər işlənir
C) Bu üsluba ədəbi – bədii dil də deyilir
D) Elmi üslub – milli, elmi təfəkkürün ifadəsidir
Elmi üsluba xas deyil:
A) modal sözlərin işlənməsi
B) məntiqilik, dəqiqlik
C) çoxmənalılıq, mətnaltı məna
D) terminlər
E) mürəkkəb cümlələrdən istifadə
Cümlələrdən biri elmi üslubdadır:
A) Deyəsən, ayağı qanayıbdı.
B) Hörmətli dinləyicilər! Bu günlərdə Türkiyədən bir qrup iş adamı Azərbaycana gəlmişdir.
C) Dəli könül, gəl əylənmə qürbətdə.
D) Qoşma köməkçi nitq hissəsidir.
Bu üslubda beynəlmiləl səciyyə daşıyan sözlər çox işlənir. Söhbət hansı üslubdan gedir?
A) bədii
B) elmi
C) publisistik
D) rəsmi
E) məişət
Bu və ya digər predmetin, hadisənin əlamətinin həmin predmetin, hadisənin adı çəkilmədən başqasına köçürülməsi adlanır:
A) Mübaliğə
B) Təşbeh ( bənzətmə )
C) Kinayə
D) Metafora ( istiarə )
Verilənlərdən biri bədii təsvir vasitəsi deyil:
A) Təşbeh
B) İntonasiya
C) Mübaliğə
D) Metafora
Aşağıdakılardan hansı bədii üslubun leksik səviyyəsinin göstəricilərindən deyil:
A) Epitet
B) Təkrar
C) İstiarə
D) Təşbeh
Kuhikən künd eyləmiş min tişəni bir dağ ilən,
Mən qoparıb atmışam min dağı bir dırnağ ilən. – misrasında bədii ifadə vasitəsinin hansı növü işlənmişdir?
A) Metafora
B) Təşbeh
C) Epitet
D) Mübaliğə
Sözün zahirən müsbət mənada deyilib, ancaq əslində mənfi məna bildirməsinə deyilir:
A) Təşbeh
B) Epitet
C) Kinayə
D) Mübaliğə
Q.Zakirin şeirlərinin birində Şuşa polis rəisini ”yarımsaqqal” adlandırması, S.Rəhimovun “Saçlı”, “Qaloş”kimi obrazları nəyə nümunədir?
A) simvola
B) sinekdoxaya
C) mübaliğəyə
D) metaforaya
“Sinif sakitdir”.”Türkiyəyə baxıram”-cümlələri bədii təsvir vasitələrindən hansına aiddir?
A) simvola
B) metonimiyaya
C) təşbehə
D) epitetə
"ahu baxışlı", "qələm qaşlı", "gül üzlü" kimi ifadələr:
A) epitetdir
B) təşbehdir
C) metaforadır
D) mübaliğədir
"Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damcılar günəşin al şəfəqləri altında almaz dənələri kimi par-par parıldayır, ətrafına incə işıltılar saçırdı"(A.Şaiq). Bu cümlədə bənzəyən və bənzədilən hansılardır?
A) bənzəyən-yağış damcıları, bənzədilən-almaz dənələri
B) bənzəyən-gecə yağan yağış, bənzədilən-incə işıltı
C) bənzəyən- çiçəklər, bənzədilən- yağış
D) bənzəyən- günəşin şəfəqləri, bənzədilən- damcılar
Təşbeh neçə tərkib hissədən ibarətdir?
A) 4
B) 2
C) 1
D) 3
E) 5
"Günəş gülümsədi". "Gülüm niyə kefsizdir"? Bu cümlələrdə bədii təsvir vasitələrindən hansı işlənmişdir?
A) təşbeh
B) istiarə(metafora)
C) metonimiya
D) epitet
"Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir".-(M.P.Vaqif) Neçənci misrada müfəssəl təşbeh işlənmişdir?
A) I misrada
B) III misrada
C) II misrada
D) IV misrada
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top