Tapılan ümumi test sayı : 157

Epitet neçənci növ təyini söz birləşməsi formasında olur?
A) II növ
B) I növ
C) heç biri
D) III növ
Metafora yunan sözü olub, .......deməkdir. Nöqtələrin yerinə hansı söz yazılmalıdır?
A) şişirtmə
B) istiarə
C) köçürmə
D) addəyişmə
Epitetə başqa nə deyirlər?
A) bənzətmə qoşması
B) istiarə
C) bədii təyin
D) təşbeh
"İrdi Qara dənizə bu göz qanı, Görməyə günəş üzünü göz qanı"? İkinci misrada işlənən "günəş" sözü nədir?
A) metonimiya
B) metafora
C) epitet
D) təşbeh
Biri epitet deyil:
A) aslan ürəkli
B) dağ gövdəli igid
C) qələm qaşlı dilbər
D) soyuq baxış
E) şir kimi güclüdür
Sözün qeyri-müstəqim mənası onun hansı mənasıdır?
A) məcazi
B) leksik
C) həqiqi
D) əsas
Mükəmməl təşbeh hansı sıradadır?
A) Qələmi qılınc tək itidir.
B) Baxışı sanki maral baxışı idi.
C) Dəhanın sədəfdir, dişlərin inci.
D) Əsgər aslan kimi güclüdür.
E) O, elə bil, daşdır.
Hansı nümunədə poetik funksiya daşıyan söz ( poetizm ) var?
A) Fincandakı çaydan burula – burula qalxan buxar kəsildi
B) Çəkməmizdə bağ yerinə adi zivə kəndiri
C) Qara fikirlər qara milçək kimi gedir, gedir yenə dönürdü geri
D) Birdən üzümə baxdı
Hansı nümunədə sözün poetik funksiyasına rast gəlinir?
A) Dəniz sevinirdi gəlişimizə ,
Dalğalar dikəlib bizə baxırdı.
B) Oğul, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz
C) Kimsə bilməz Tanrıdağın yaşını
D) Dörd ay vardı ananın gözləri yol çəkirdi
Söz özünün poetik imkanlarını daha çox nədə nümayiş etdirir?
A) Mürəkkəb cümlə daxilində
B) Adi danışıq dilində
C) Bədii mətndə
D) Məişət üslubunda
Sözün hansı imkanları sözün gücü, sözün sehri, sözün estetikası adlandırılır?
A) Bədii
B) Terminoloji
C) Fonetik
D) Modallıq
.... – bədii sözdür:
A) Vulqarizm
B) Neologizm
C) Arxaizm
D) Poetizm
M.Füzuli bədii sözü(poetizmi) nə sayırdı?
A) güclü söz
B) diri söz
C) adi söz
D) sehrli söz
Sözün poetik funksiyasına ən çox harada rast gəlinir?
A) sənədlərin dilində
B) terminlərdə
C) elmi üslubda
D) məcazlarda(bədii təsvir və ifadə vasitələrində)
Biri poetik funksiya daşımır:
A) dərin məna
B) sınıq qab
C) soyuq münasibət
D) ağır xasiyyət
Sözün poetik funksiyası nəyə əsaslanır?
A) bədii sözə
B) adi(informativ)funksiyaya
C) emosiyaya
D) üsluba
Hansı üslub daha qədim və daha zəngin sayılır?
A) Publisistik üslub
B) Məişət üslubu
C) Bədii üslub
D) Elmi üslub
Ədəbi dildə normanın yeniləşməsi ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi hansı üslubdan başlanır?
A) Fərdi
B) Bədii
C) Rəsmi – işgüzar
D) Məişət
Bədii üslubun fonetik səviyyədə göstəriciləri:
A) Alliterasiya, assonans, epitet, təşbeh
B) Alliterasiya, assonans, təkrar, intonasiya
C) Söz sırasının qəsdən pozulması, təkrar, kinayə
D) Frazeoloji birləşmələr, intonasiya, istiarə
Alliterasiya nəyə deyilir?
A) Şeirin və ya cümlənin xüsusi intonasiya ilə oxunmasına
B) Monoloq və dialoqlardan ibarət olan əsər dilinə
C) Eyni saitlərin təkrarına
D) Eyni samit səslərin təkrarına
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top