Tapılan ümumi test sayı : 1487

Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) Nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə edilir.
B) Cərimə və 5 bal.
C) Cərimə və 6 bal.
Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) 60 manat miqdarında cərimə və 4 bal.
B) 180 manat miqdarında cərimə.
C) Nəqliyyat vasitələrini idarə etmə hüququ iki ilədək müddətə məhdudlaşdırılması.
Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) 60 manat miqdarında cərimə və 3 bal.
B) Cərimə tətbiq edilmədən 10 balla qiymətlədirmək.
C) 40 manat miqdarında cərimə.
DYP əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə sürücü tənbeh olunur:
A) Cərimə + 5 bal.
B) Cərimə + 3 bal.
C) Cərimə + 4 bal.
Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə təkrar olaraq bir il ərzində saxlanılmış sürücü hansı məsuliyyətə cəlb oluna bilər?
A) Ancaq cinayət.
B) Ancaq inzibati.
C) İnzibati və cinayət.
Aşağıdakı hansı hallarda DYP əməkdaşları nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər?
A) Mühərrik, ban və şassi nömrələri qeydiyyat şəhadətnaməsinə uyğun gəlmədikdə.
B) Sürücü sərxoş olduqda.
C) Dövlət qeydiyyat nişanı olmadıqda və ya saxta olduqda.
D) Bütün sadalanan hallarda.
Yol nəqliyyat hadisəsi törədən sürücü kimin qərarı ilə cinayət məsuliyyətinə cəlb oluna bilər?
A) DYP.
B) İstintaq orqanının.
C) Bunların hər hansı birinin.
D) Məhkəmənin.
Sürücülük hüququndan məhrum olmağa aid qayda pozuntusunda sürücülük vəsiqəsi nə zaman alınmalıdır?
A) Sürücülük hüququndan məhrum olunma qərarının verildiyi vaxt.
B) Qayda pozuntusu aşkar olunan vaxt.
C) Bu barədə sürücünün şikayətinə baxılandan sonra.
Sürücülük hüququndan məhrum olma hansı tarixdən hesablanır?
A) Sürücülük vəsiqəsinin alındığı tarixdən.
B) Məhrum olma haqqında qərarın verildiyi tarixdən.
C) Qayda pozuntusu haqqında protokolun tərtib olunduğu tarixdən.
Avtoxuliqanlıq hərəkətlərinə görə sürücülərə qarşı hansı inzibati cəzalar tətbiq edilə bilər?
A) Nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500-700 manatadək miqdarda cərimə.
B) Nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək inzibati həbs.
C) Sadalananlardan hər biri tətbiq edilə bilər.
Sürücü bir qaydanı pozduğuna görə hansı məsuliyyətlərə eyni vaxtda cəlb edilə bilməz?
A) Cinayət və mülki.
B) İnzibati və mülki.
C) İnzibati və cinayət.
Qaydaları pozduğuna görə sürücü nə vaxtdan etibarən nəqliyyat vasitəsini idarə etməkdən məhrum olunmuş hesab edilir?
A) İdarə etməkdən məhrum olunma haqda qərar qəbul olunduqdan sonra.
B) İnzibati qaydanı pozduğu vaxtdan.
C) Cəzalanması haqqında xəbərdar olunduğu vaxtdan.
D) Sürücülük vəsiqəsinin alındığı vaxtdan.
Qaydaları pozduğuna görə sürücü hansı cinayət məsuliyyətlərinə cəlb edilə bilər?
A) Sadalanan hər bir məsuliyyətə cəlb edilə bilər.
B) Ancaq cərimə edilə bilər və ya nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum edilə bilər.
C) Ancaq azadlıqdan məhrum edilə bilər və ya islah işlərinə cəlb edilə bilər.
Yol hərəkəti Qaydalarını pozduqlarına görə piyadalara qarşı hansı inzibati cəza növləri tətbiq oluna bilər?
A) Sadalanan cəza növlərindən hər biri.
B) Ancaq xəbərdarlıq.
C) Ancaq cərimə.
Aşağıdakı hansı qaydaları pozduğuna görə sürücü yerində ödəməklə cərimə olunur?
A) Bütün göstərilən hallarda.
B) Dayanma və durma qaydalarını.
C) Təhlükəsizlik kəmərindən istifadə qaydalarını.
D) Yük daşıma, işıq və səs siqnallarından istifadə qaydalarını.
Dəmir yol keçidinin keçilmə qaydasını yerinə yetirməməklə törətdikləri qayda pozuntularına görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 3 bal.
B) 5 bal.
C) 4 bal.
Yolda müəyyən edilmiş hərəkət sürətinin 40-60 km/saat həddində aşılması ilə törədilən qayda pozuntusuna görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 3 bal.
B) 4 bal.
C) 2 bal.
Operativ nəqliyyat vasitələrinə yol verməməklə törətdikləri qayda pozuntularına görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 5 bal.
B) 3 bal.
C) 4 bal.
Nəqliyyat vasitəsinin saxlanılması ilə nəticələnən inzibati hüquqpozma törədildikdə nəqliyyat vasitəsi saxlanılır:
A) Saxlanmanın səbəbinin aradan qaldırılmasına kimi.
B) İnzibati hüquqpozma haqqında işə məhkəmədə baxılana kimi.
C) İnzibati hüquqpozma haqqında protokolun tərtib olunmasına kimi.
Sürücülərin nəqliyyat vasitəsini idarə etmək hüququ hansı hallarda altı ay müddətində məhdudlaşdırılır?
A) Bir il ərzində 12 və daha artıq cərimə balı topladıqda.
B) Ancaq nəqliyat vasitəsini bir dəfə sərxoş halda idarə etdiyinə görə.
C) Bir il ərzində 20 və daha artıq cərimə balı topladıqda.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top