Tapılan ümumi test sayı : 1487

İlin isti vaxtında qanaxmanı dayandırmaq üçün rezin qaytan hansı müddətdə bağlanıla bilər?
A) Bir saatdan artıq olmayan müddətdə.
B) Yarım saatdan artıq olmayan müddətdə.
C) Vaxt məhdudlaşdırılmır.
Venoz qanaxmanı necə dayandırmaq lazımdır?
A) Yaradan yuxarı hissədə rezin qaytan bağlamaqla.
B) Yaradan aşağı hissədə rezin qaytan bağlamaqla.
C) Yaranın üstünə sıxıcı sarğı bağlamaqla.
Burun qanaxması zamanı nə etmək lazımdır?
A) Zərərçəkəni yarımoturaq vəziyyətə gətirərək başını arxaya verib onun burun nahiyəsinin soyudulmasını təmin etmək lazımdır.
B) Zərərçəkəni arxası üstə uzadaraq həkimi çağırmaq lazımdır.
C) Zərərçəkəni yarımoturaq vəziyyətə gətirərək başını qabağa əyib onun burun nahiyəsinin soyudulmasını təmin etmək lazımdır.
İlin soyuq vaxtında qanaxmanı dayandırmaq üçün rezin qaytan hansı müddətdə bağlanıla bilər?
A) Yarım saatdan artıq olmayan müddətdə.
B) Vaxt məhdudlaşdırılmır.
C) Bir saatdan artıq olmayan müddətdə.
Yod məhlulundan və ya brilyant yaşılından dezinfeksiya vasitəsi kimi düzgün olaraq necə istifadə edilir?
A) Yaranın bütün səthinə sürtülməlidir.
B) Ancaq yaranın ətrafında dəriyə sürtülməlidir.
Bakterisid salfetdən düzgün olaraq necə istifadə edilir?
A) Yaranı yumaq, yad cisimləri kənarlaşdırmaq, bakterisid saifeti qoymaq.
B) Təmizlənməmiş yaranın üzərinə bakterisid salfeti qoymaq, bint və ya plastır vasitəsi ilə onu bərkitmək.
C) Yaranı yod məhlulu ilə təmizləmək, bakterisid salfeti qoymaq.
Duman şəraitində hərəkət edərkən əşyalara qədər olan məsafə necə qəbul olunur?
A) Real olandan artıq.
B) Real olandan az.
C) Real olduğu kimi qəbul olunur.
Avtomobilin hansı üsulla sürülməsi yanacağın minimum sərfini təmin edir?
A) Sürəti tez-tez və kəskin artırıb yavaşca azaltmaqla.
B) Sürəti yavaşca artırıb yavaşca azaltmaqla.
C) Sürəti yavaşca artırıb kəskin azaltmaqla.
Sutkanın qaranlıq vaxtı və toranlıqda qarşıdan gələn avtomobilin sürəti necə qəbul olunur?
A) Real olandan aşağı.
B) Sürət olduğu kimi qəbul olunur.
C) Real olandan yuxarı.
"Sürücünün reaksiya müddəti" dedikdə nə başa düşülür?
A) Sürücünün təhlükəni gördüyü andan onun bu təhlükəni sovuşdurmaq məqsədi ilə gördüyü tədbirə qədər sərf olunan vaxt.
B) Sürücünün sağ ayağının qazın pedalından tormozun pedalına keçməsi üçün sərf olunan vaxt.
C) Sürücünün təhlükəni gördüyü andan nəqliyyat vasitəsini tam dayandırmağa kimi sərf olunan vaxt.
Sürücünün son dərəcə yorğunluğunun tipik əlamətləri hansılardır?
A) Başgicəllənmə, gözlərin göynəməsi, yüksək tərləmə.
B) Mürgüləmək, əzginlik, diqqətin kütləşməsi (yayınıq olması).
C) Cuşagəlmə, əsəbilik.
Spirtli içkilərin qəbulu sürücünün reaksiya müddətinə necə təsir göstərir?
A) Reaksiya müddəti azalır.
B) Spirtli içkilər reaksiya müddətinə təsir etmirlər.
C) Reaksiya müddəti artır.
Pis görünmə şəraitində hərəkət edərkən sürəti elə seçmək lazımdır ki:
A) Dayanma yolu görünmə məsafəsindən çox olsun.
B) Dayanma yolu görünmə məsafəsindən az olsun.
Nəqliyyat vasitəsinin birinci ötürmədə uzun müddət sürülməsi yanacaq sərfinə necə təsir göstərir?
A) Yanacaq sərfi azalır.
B) Yanacaq sərfi artır.
C) Yanacaq sərfi dəyişmir.
Sürücünün son dərəcə yorğunluğu onun diqqət və reaksiyasına necə təsir göstərir?
A) Diqqəti kütləşir (yayınıq olur), reaksiya müddəti artır.
B) Diqqəti dəyişilməz qalır, reaksiya müddəti artır.
C) Diqqəti kütləşir (yayınıq olur), reaksiya müddəti azalır.
Döngədə qabaq körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
A) Yanacaq verməni kəsməklə sükanın vəziyyətini dəyişməməlidir.
B) Yanacaq verməni azaltmaqla, hərəkəti sükan vasitəsi ilə diizəltməlidir.
C) Tormoz verərək sükanı sürüşən tərəfə döndərməlidir.
D) Yanacaq verməni azca artırmaqla hərəkətin istiqamətini sükan vasitəsi ilə nizamlamalıdır.
Hansı avtomobildə hərəkət edərkən sürətin artırılması arxa oxun sürüşməsinin aradan qaldırılmasını təmin edə bilər?
A) Qabaq körpüsü aparıcı olan avtomobildə.
B) Arxa körpüsü aparıcı olan avtomobildə.
Döngədə arxa körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
A) Tormoz verərək sükanı sürüşən tərəfə döndərməlidir.
B) Yanacaqverməni kəsməklə sükanın vəziyyətini dəyişməməlidir.
C) Yanacaqverməni azca azaldaraq sükanı sürüşən tərəfə döndərməlidir.
D) Yanacaqverməni çoxaltmalı (qazı sıxmaqla), hərəkəti sükan vasitəsi ilə düzəltməlidir.
Sürüşkən yolda sükanın tez döndərilməsindən yaranan təhlükəli sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü nə etməlidir?
A) İlişmə muftasını ayırmalıdır.
B) Cəld olaraq sükanı asta-asta sürüşmə tərəfə döndərməlidir, sonra sükanın köməyi ilə avtomobilin trayektoriyasını düzəltməlidir.
C) Tormoz pedalını sıxmalıdır.
Tormoz vermə zamanı əmələ gələn sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü birinci növbədə:
A) Tormoz pedalını sıxmağı dayandırmadan tormoz verməni davam etdirməlidir.
B) Tormoz verməni dayandırmalıdır.
C) İlişmə muftasını ayırmalıdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top