Tapılan ümumi test sayı : 1487
801)
Hərəkət sürətinin birdən (qəfildən) artırılması ilə əlaqədar sürüşmə baş verdikdə sürücü qazın pedalına necə təsir etməlidir?
Xəta bildir
A)
Pedalı sıxmağı gücləndirməlidir.
B)
Pedalı sıxmağı azaltmalıdır.
C)
Pedalın vəziyyətini dəyişməməlidir.
802)
Sürüşkən yolda kəskin tormozlamanı necə yerinə yetirmək lazımdır?
Xəta bildir
A)
İlişmə muftasını (ötürməni) ayırmadan tormoz pedalını tez-tez sıxmaqla.
B)
İlişmə muftasını (ötürməni) ayırıb tormoz pedalını axıra kimi sıxmaqla.
803)
Hansı tormozlama üsulu sürüşkən yolda avtomobilin manevr etmə qabiliyyətini saxlamağa imkan verir?
Xəta bildir
A)
Təkərləri blakirovka etmədən mühərriklə tormozlama.
B)
Təkərlərin tam blakirovkası (sürüşməsi) ilə.
804)
Səthi quru olan asfalt-beton örtüklü yolda hərəkət edərkən çiskin yağış yağmağa başlayırsa, sürücü nə etməlidir?
Xəta bildir
A)
Sürəti dəyişmədən hərəkəti davam etdirməlidir.
B)
Nə qədər ki, yağış güclənməyib, sürəti artırmaqla böyük məsafə qət etməyə çalışmalıdır.
C)
Sürəti azaltmalı və xüsusilə ehtiyatlı olmalıdır.
805)
Düz yolda saatda 60 kilometr sürətlə hərəkət edərkən Siz qəflətən yolun böyük olmayan sürüşkən sahəsinə çıxırsınız. Bu halda nə etmək lazımdır?
Xəta bildir
A)
Sürəti və trayektoriyanı dəyişmədən hərəkəti davam etdirmək.
B)
Yavaşca tormoz vermək.
806)
Su sahəsini keçdikdən sonra tormozun effektivliyini tez vaxtda bərpa etmək məqsədi ilə sürücü nə etməlidir?
Xəta bildir
A)
Hərəkəti davam etdirməlidir və tormoz pedalını tez-tez sıxmaqla (qısa müddətli) tormoz kalodkalarının üzlüklərini qurutmalıdır.
B)
Duracaq tormozun dəstəyini azca dartmaqla hərəkəti davam etdirməlidir.
C)
Hərəkəti aşağı sürətlə, tormoz vermədən davam etdirməlidir.
807)
Qarlı torpaq yolda hərəkət etmək üçün sürücü nə etməlidir?
Xəta bildir
A)
Kəskin dayanmalar və dönmələr etmədən əvvəlcədən seçilmiş aşağı ötürmədə hərəkət etməlidir.
B)
Yolun vəziyyətindən asılı olaraq sürəti və ötürmələri dəyişməlidir.
808)
Avtoqatarın qoşqusu döngədə hansı tərəfə yerdəyişmə edir?
Xəta bildir
A)
Döngənin mərkəzinə doğru.
B)
Yerdəyişmə etmir.
C)
Döngənin mərkəzindən əks tərəfə.
809)
Sürücünün hansı hərəkətləri döngədə yaranan mərkəzdənqaçma qüvvəsinin azalmasına səbəb ola bilər?
Xəta bildir
A)
Dönmə radiusunu azaltması.
B)
Hərəkət sürətini artırması.
C)
Hərəkət sürətini azaltması.
810)
Döngədə mərkəzdənqaçma qüvvəsi hərəkət sürətinin artması ilə necə dəyişir?
Xəta bildir
A)
Sürətin artmasına müvafiq olaraq artır.
B)
Sürətin artmasının kvadratına bərabər olaraq artır.
C)
Dəyişmir.
811)
Hansı hallarda minik avtomobili döngələrdə aşmağa qarşı daha davamlıdır?
Xəta bildir
A)
Sərnişinlərsiz, amma yuxarı baqajdakı yük ilə.
B)
Yüksüz və sərnişinlərsiz.
C)
Sərnişinlərlə, amma yüksüz.
812)
Sərt enişdə ilişmə muftasının (ötürmələrin) ayrılması ilə uzun müddətli tormozlama nə ilə təhlükəlidir?
Xəta bildir
A)
Tormoz mexanizminin detallarının yeyilməsi artır.
B)
Tormoz mexanizmləri qızır və tormozlanmanın effektivliyi azalır.
C)
Şinlərin naxışlarının yeyilməsi artır.
813)
Sərt enişdə avtomobilin mühərriklə tormozlanması zamanı sürücü hansı şərtlərə görə ötürməni seçməlidir?
Xəta bildir
A)
Ötürmənin seçimi enişin sərtliyindən asılı deyil.
B)
Eniş nə qədər sərtdirsə, ötürmə də aşağı olmalıdır.
C)
Eniş nə qədər sərtdirsə, ötürmə də yüksək olmalıdır.
814)
Yük avtomobilinin arxasınca təhlükəsiz distansiyada uzun müddət hərəkət etdikdən sonra onu ötmək üçün şans yaranır. Bu halda Siz nə etməlisiniz?
Xəta bildir
A)
Ötülən avtomobilə maksimum yaxınlaşırsınız, qarşı hərəkət zolağına çıxirsınız və ötürsünüz.
B)
Qarşı hərəkət zolağına çıxırsınız və bundan sonra ötülən avtomobillə bərabərləşərək onu keçirsiniz.
C)
Hər iki varianta icazə verilir.
815)
Yoxuşda hərəkətə başlayan zaman hansı anda duracaq tormozun dəstəyini buraxmağa başlamaq lazımdır?
Xəta bildir
A)
Hərəkətə başlayana kimi.
B)
Hərəkətə başlayandan sonra.
C)
Hərəkətə başlama ilə eyni vaxtda.
816)
Avtomobilin sağ təkərləri yolun sağındakı yumşaq yaş torpağa çıxdığı halda məsləhət görülür:
Xəta bildir
A)
Tormozdan istifadə etməməklə avtomobili astaca yolun hərəkət hissəsinə qaytarmaq.
B)
Tormoz verməklə tam dayanmaq.
C)
Tormoz verməklə avtomobili astaca sola döndərmək.
817)
Gecə vaxtı küləkli qar yağmurunda hansı xarici işıq cihazlarının qoşulması yolun ən yaxşı görünməsini təmin edir?
Xəta bildir
A)
Faraların yaxın işıqları ilə birgə duman faraları.
B)
Faraların uzaq işıqları ilə birgə duman faraları.
818)
Sutkanın qaranlıq vaxtı yoxuşun zirvəsinə yaxınlaşanda sürücüyə məsləhət görülür ki, faraların uzaq işığını yaxın işığa keçirsin:
Xəta bildir
A)
Ancaq qarşıdan gələn nəqliyyat vasitəsi göründükdə.
B)
Həmişə yoxuşun zirvəsinə yaxınlaşdıqda.
819)
Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan avtomagistralda faranın yaxın işıqları ilə hərəkət edən yük avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
Xəta bildir
A)
Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
B)
Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
820)
Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda işıqlandırılmayan yolda faranın yaxın işıqları ilə hərəkət edən minik avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
Xəta bildir
A)
Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
B)
Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab