Tapılan ümumi test sayı : 1487

Sıx nəqliyyat axınında hərəkət edərkən qəza vəziyyətinin yaranma ehtimalı az olar, əgər idarə etdiyiniz nəqliyyat vasitəsinin sürəti:
A) Axının orta sürətindən cox olarsa.
B) Axının sürətinə bərabər olarsa.
C) Axının orta sürətindən az olarsa.
Yolun hansı sahəsində hərəkət edərkən yandan əsən güclü küləyin təsiri daha təhlükəlidir?
A) Açıq sahədə.
B) Ətraflardan ağaclarla bağlı sahədə.
C) Bağlı sahədən açıq sahəyə çıxarkən.
Meşə sahəsindən açıq sahəyə çıxarkən "Yandan əsən külək" nişanı quraşdırılmışdırsa, Siz nə etməlisiniz?
A) Sürəti dəyişmədən yolun mərkəz hissəsinə yaxınlaşmalısınız.
B) Sürəti dəyişmədən yolun sağ kənar hissəsinə yaxınlaşmalısınız.
C) Sürəti azaltmalısınız və avtomobilin hərəkət kursunda dəyişikliyin ehtimal olunmasına hazır olmalısınız.
Yük avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi nasaz olan digər avtomobili yedəkdə aparırsa?
A) Dəyişmir.
B) Azalır, belə ki, yedəyə alınan avtomobil hərəkət üçün əlavə müqavimət yaradır.
C) Artır.
Minik avtomobilinin tormoz yolunun uzunluğu necə dəyişir, əgər o, tormoz sistemi olmayan qoşqu ilə hərəkət edərsə?
A) Azalır, belə ki, qoşqu hərəkət üçün əlavə müqavimət yaradır.
B) Dəyişmir.
C) Artır.
Nəqliyyat vasitəsinin tormoz yolunun azaldılması əldə edilir:
A) Təkərləri blakirovkalanmaya (sürüşməyə) çatdırmamaq şərti ilə tormoz pedalını bir neçə dəfə sıxmaq yolu ilə.
B) Təkərləri blakirovka (sürüşmə) etməklə tormozlama yolu ilə.
Dayanma yolu dedikdə nə başa düşülür?
A) Nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulmuş tormoz yolu.
B) Sürücü təhlükəni gördüyü andan nəqliyyat vasitəsinin tam dayanmağa kimi qət etdiyi məsafə.
C) Tormoz idarəsinin işə düşmə anından nəqliyyat vasitəsinin tam dayanmağa kimi qət etdiyi məsafə.
Avtomobillərin və avtobusların üzərində neçə ədəd duman faralarının quraşdırılmasına icazə verilir?
A) İki və ya dörd ədəd.
B) Ancaq iki ədəd.
C) Bir və ya iki ədəd.
Avtomobillərin üzərində neçə ədəd duman faralarının quraşdırılmasına icazə verilir?
A) Bir və ya iki ədəd.
B) İki və ya dörd ədəd.
C) Ancaq iki ədəd.
Qabarit işıqları və qeydiyyat nömrə nişanının işığını qoşmadan duman faralarından istifadə etməyə icazə verilir?
A) İcazə verilir, ancaq sutkanın işıqlı vaxtında.
B) Qadağandır.
Motosikletlərin üzərində neçə ədəd duman faralarının quraşdırılmasına icazə verilir?
A) Bir və ya iki ədəd.
B) Ancaq iki ədəd.
C) Ancaq bir ədəd.
Nəqliyyat vasitələrinin üzərində neçə ədəd arxa duman fənərlərinin quraşdırılmasına icazə verilir?
A) Ancaq bir ədəd.
B) Ancaq iki ədəd.
C) Bir və ya iki ədəd.
Aşağıdakı hansı nasazlıqlar olduqda belə nəqliyyat vasitəsinin istismarına icazə verilir?
A) Sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm işləmir.
B) Şüşəqızdıran və havaüfürən işləmir.
C) Yanacaq çəninin tıxacının cəftələri işləmir.
D) Yan qapının şüşə qaldıranı işləmir.
Qabarit işıqları və qeydiyyat nömrə nişanının işığını qoşmadan arxa duman fənərlərindən istifadə etməyə icazə verilir?
A) Qadağandır.
B) İcazə verilir.
Aşağıdakı hansı nasazlıqlar olduqda belə yük avtomobilinin istismarına icazə verilir?
A) Soyutma sisteminin temperatur göstəricisi işləmir.
B) Yük platformasının bortlarının cəftələri işləmir.
C) Spidometr işləmir.
Aşağıdakı hansı hallarda minik avtomobilinin istismarına icazə verilir?
A) Spidometr işləmir.
B) Tormoz sistemi işləmir.
C) Soyutma sisteminin temperatur göstəricisi işləmir.
Aşağıdakı hansı hallarda avtomobilin istismarına icazə verilir?
A) Yedəyə almaq (buksir) üçün tros olmadıqda.
B) Konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri olmadıqda.
C) Təhlükəsizlik kəmərləri istismara yararsız olduqda.
Əgər hərəkət zamanı daşın dəyməsindən qabaq süşə tam şəkildə sıradan çıxıbsa, Siz nə etməlisiniz?
A) Hərəkəti xüsusi ehtiyatla davam etdirməlisiniz.
B) Hərəkəti ancaq yedəkdə davam etdirməlisiniz.
C) Xüsusi ehtiyatla təmir və ya durma yerinə getməlisiniz.
Avtobusun pəncərələrindən pərdə asmağa icazə verilir?
A) İcazə verilir, ancaq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda.
B) Qadağandır.
Minik avtomobilinin arxa şüşəsindən jalüz və ya pərdə asmağa icazə verilir?
A) İcazə verilir, ancaq hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda.
B) Qadağandır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top