Tapılan ümumi test sayı : 1487

İlin isti vaxtında qanaxmanı dayandırmaq üçün rezin qaytan hansı müddətdə bağlanıla bilər?
A) Vaxt məhdudlaşdırılmır.
B) Bir saatdan artıq olmayan müddətdə.
C) Yarım saatdan artıq olmayan müddətdə.
Venoz qanaxmanı necə dayandırmaq lazımdır?
A) Yaranın üstünə sıxıcı sarğı bağlamaqla.
B) Yaradan yuxarı hissədə rezin qaytan bağlamaqla.
C) Yaradan aşağı hissədə rezin qaytan bağlamaqla.
Burun qanaxması zamanı nə etmək lazımdır?
A) Zərərçəkəni yarımoturaq vəziyyətə gətirərək başını qabağa əyib onun burun nahiyəsinin soyudulmasını təmin etmək lazımdır.
B) Zərərçəkəni yarımoturaq vəziyyətə gətirərək başını arxaya verib onun burun nahiyəsinin soyudulmasını təmin etmək lazımdır.
C) Zərərçəkəni arxası üstə uzadaraq həkimi çağırmaq lazımdır.
İlin soyuq vaxtında qanaxmanı dayandırmaq üçün rezin qaytan hansı müddətdə bağlanıla bilər?
A) Yarım saatdan artıq olmayan müddətdə.
B) Bir saatdan artıq olmayan müddətdə.
C) Vaxt məhdudlaşdırılmır.
Yod məhlulundan və ya brilyant yaşılından dezinfeksiya vasitəsi kimi düzgün olaraq necə istifadə edilir?
A) Ancaq yaranın ətrafında dəriyə sürtülməlidir.
B) Yaranın bütün səthinə sürtülməlidir.
Bakterisid salfetdən düzgün olaraq necə istifadə edilir?
A) Təmizlənməmiş yaranın üzərinə bakterisid salfeti qoymaq, bint və ya plastır vasitəsi ilə onu bərkitmək.
B) Yaranı yumaq, yad cisimləri kənarlaşdırmaq, bakterisid saifeti qoymaq.
C) Yaranı yod məhlulu ilə təmizləmək, bakterisid salfeti qoymaq.
Duman şəraitində hərəkət edərkən əşyalara qədər olan məsafə necə qəbul olunur?
A) Real olduğu kimi qəbul olunur.
B) Real olandan az.
C) Real olandan artıq.
Avtomobilin hansı üsulla sürülməsi yanacağın minimum sərfini təmin edir?
A) Sürəti yavaşca artırıb yavaşca azaltmaqla.
B) Sürəti yavaşca artırıb kəskin azaltmaqla.
C) Sürəti tez-tez və kəskin artırıb yavaşca azaltmaqla.
Sutkanın qaranlıq vaxtı və toranlıqda qarşıdan gələn avtomobilin sürəti necə qəbul olunur?
A) Sürət olduğu kimi qəbul olunur.
B) Real olandan yuxarı.
C) Real olandan aşağı.
"Sürücünün reaksiya müddəti" dedikdə nə başa düşülür?
A) Sürücünün təhlükəni gördüyü andan nəqliyyat vasitəsini tam dayandırmağa kimi sərf olunan vaxt.
B) Sürücünün təhlükəni gördüyü andan onun bu təhlükəni sovuşdurmaq məqsədi ilə gördüyü tədbirə qədər sərf olunan vaxt.
C) Sürücünün sağ ayağının qazın pedalından tormozun pedalına keçməsi üçün sərf olunan vaxt.
Sürücünün son dərəcə yorğunluğunun tipik əlamətləri hansılardır?
A) Cuşagəlmə, əsəbilik.
B) Başgicəllənmə, gözlərin göynəməsi, yüksək tərləmə.
C) Mürgüləmək, əzginlik, diqqətin kütləşməsi (yayınıq olması).
Spirtli içkilərin qəbulu sürücünün reaksiya müddətinə necə təsir göstərir?
A) Reaksiya müddəti artır.
B) Reaksiya müddəti azalır.
C) Spirtli içkilər reaksiya müddətinə təsir etmirlər.
Pis görünmə şəraitində hərəkət edərkən sürəti elə seçmək lazımdır ki:
A) Dayanma yolu görünmə məsafəsindən çox olsun.
B) Dayanma yolu görünmə məsafəsindən az olsun.
Nəqliyyat vasitəsinin birinci ötürmədə uzun müddət sürülməsi yanacaq sərfinə necə təsir göstərir?
A) Yanacaq sərfi dəyişmir.
B) Yanacaq sərfi azalır.
C) Yanacaq sərfi artır.
Sürücünün son dərəcə yorğunluğu onun diqqət və reaksiyasına necə təsir göstərir?
A) Diqqəti dəyişilməz qalır, reaksiya müddəti artır.
B) Diqqəti kütləşir (yayınıq olur), reaksiya müddəti azalır.
C) Diqqəti kütləşir (yayınıq olur), reaksiya müddəti artır.
Döngədə qabaq körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
A) Yanacaq verməni kəsməklə sükanın vəziyyətini dəyişməməlidir.
B) Tormoz verərək sükanı sürüşən tərəfə döndərməlidir.
C) Yanacaq verməni azca artırmaqla hərəkətin istiqamətini sükan vasitəsi ilə nizamlamalıdır.
D) Yanacaq verməni azaltmaqla, hərəkəti sükan vasitəsi ilə diizəltməlidir.
Hansı avtomobildə hərəkət edərkən sürətin artırılması arxa oxun sürüşməsinin aradan qaldırılmasını təmin edə bilər?
A) Arxa körpüsü aparıcı olan avtomobildə.
B) Qabaq körpüsü aparıcı olan avtomobildə.
Döngədə arxa körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
A) Yanacaqverməni azca azaldaraq sükanı sürüşən tərəfə döndərməlidir.
B) Yanacaqverməni çoxaltmalı (qazı sıxmaqla), hərəkəti sükan vasitəsi ilə düzəltməlidir.
C) Tormoz verərək sükanı sürüşən tərəfə döndərməlidir.
D) Yanacaqverməni kəsməklə sükanın vəziyyətini dəyişməməlidir.
Sürüşkən yolda sükanın tez döndərilməsindən yaranan təhlükəli sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü nə etməlidir?
A) Tormoz pedalını sıxmalıdır.
B) Cəld olaraq sükanı asta-asta sürüşmə tərəfə döndərməlidir, sonra sükanın köməyi ilə avtomobilin trayektoriyasını düzəltməlidir.
C) İlişmə muftasını ayırmalıdır.
Tormoz vermə zamanı əmələ gələn sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü birinci növbədə:
A) Tormoz verməni dayandırmalıdır.
B) Tormoz pedalını sıxmağı dayandırmadan tormoz verməni davam etdirməlidir.
C) İlişmə muftasını ayırmalıdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top