Tapılan ümumi test sayı : 125

Summativ qiymətləndirmə nə vaxt aparılmır?
A) yarımilin sonunda
B) dərs ilinin əvvəlində
C) bölmə başa çatdıqda
D) ayın sonunda
Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
A) milli qiymətləndirmə
B) summativ qiymətləndirmə
C) diaqnostik qiymətləndirmə
D) formativ qiymətləndirmə
Təhsildə qiymətləndirmə nədir?
A) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
B) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
C) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
D) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
Təlim üsullarını seçin
1. Müzakirə 2. Qeyri—standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar 7. Dərs oyun
A) 1,3,5,6
B) 1,2,4,6
C) 1,4,5,7
D) 3,4,5,6
Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
A) Kurrikulum islahatının mərhələləri
B) Təlimin təşkilində istifadə olunan forma və üsullar
C) Fənn üzrə təlimin planlaşdırılması
D) Fənnin təliminə verilən əsas tələblər
Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
A) Fənnin məqsədləri
B) Valideynin arzusu
C) Qiymətləndirmə standartları
D) Fənnin məqsəd və vəzifələri
4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
A) deklorativ və kontekstual bilik
B) proseduraI bilik - idraki fəaliyyət
C) kontekstual bilik - psixomator fəaliyyət
D) deklorativ bilik bilik - idraki fəaliyyət
Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
A) təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
B) əsas standartın tərkib hissəsi olub ona xidmət edir
C) təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
D) təhsil pillələri üzrə dəyişməz qalır
Kurrikulumda məzmun standartı nədir?
A) təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
B) yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
C) təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
D) şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
A) 10
B) 12
C) 11
D) 9
Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) şəxsiyyətyönümlük
B) tələbyönümlük
C) nəticəyönümlük
D) subyektivlik
Kurrikulum nədir?
A) Təlim metodu, forma və vasitələrin məcmusu
B) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
C) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
D) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
Təhsil islahatı neçənci illəri əhatə edir?
A) 2001 - 2011
B) 1999 - 2013
C) 1999 - 2007
D) 1999 - 2009
Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?
A) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
B) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.
C) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir.
D) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.
Aşağıdakılardan hansı iş formasıdır?
A) söz assosiasiyası
B) müzakirə
C) de bat
D) cütlərlə
İllik planlaşdırmaya hansı daxil deyil?
A) inteqrasiya
B) standartlar
C) resurslar
D) motivasiya
Aşağıdakılardan hansı təlim üsuludur?
A) kompetensiya
B) yazı işləri
C) müzakirə
D) qiymətləndirmə
Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
A) 7
B) 3
C) 6
D) 4
Summativ qiymətləndirmədə istifadə olunan metod hansılardır?
A) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
B) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
C) yoxlama yazı işləri, tapşırıqvermə, şifahi sorğu, test
Formativ qiymətləndirmədə istifadə olunan metodlar hansılardır?
A) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
B) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
C) müsahibə, rubric, oxu, test, layihə, yazı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top