Tapılan ümumi test sayı : 129

Biri fasilitasiya qaydalarına aid deyil:
A) Psixoloji dəstək
B) Məlumatla təminetmə
C) Fəaliyyətin stimullaşdırılması
D) Motivasiyanın düzgün qurulması
E) Təşkilati dəstək
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
B) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
C) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
D) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
E) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Diaqnostik, formativ, illik
B) Diaqnostik, formativ, summativ
C) Formativ, şifahi, praktik
D) Yarımillik, illik, diaqnostik
E) Yarımillik, illik, summativ
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Hər ayın əvvəlində.
B) Bölmə və bəhslərin, yarımilin sonunda.
C) Təhsil səviyyələrini başa vurarkən.
D) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
E) Tədris ilinin sonunda.
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Tədqiqatın nəticələrini müzakirə etməyə
B) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
C) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Dərsin məqsədinə uyğun olmalıdır.
B) Coxlu tapşırıqlar əks olunmalıdır.
C) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
D) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.
E) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
B) Təfəkkürə əsaslanması.
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
D) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
E) Dialoji təlimə üstünlük verilməsi.
Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
B) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
C) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
D) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
E) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
Perspektiv planlaşdırmaya aiddir:
A) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
B) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq.
C) İş vərəqləri hazırlamaq.
D) Dərsin icmalını hazırlamaq.
E) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
Pedaqoji texnologiya:
A) Bütün cavablar doğrudur.
B) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
C) Düzgün cavab yoxdur.
D) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
E) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
Müəllimin vəzifələrinə aid deyil:
A) Dərslik və dərs vəsaitləri hazırlamaq.
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
C) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
D) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
E) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
Bilik kateqoriyasına aid olanı seçin.
A) Psixomotor
B) Emosional-affektiv
C) Deklarativ
D) İdraki
E) Ünsiyyət
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Təklifyönümlüdür.
B) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
C) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
D) Müəllimyönümlüdür.
E) Bilikyönümlüdür.
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
C) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
D) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.
Fənn kurikulumuna aid deyil:
A) Məzmun xətləri
B) Məzmun standartlarına verilən şərhlər
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Fənn üzrə ümumi təlim nəticələri
E) Ümumi təhsilin məzmunu
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 4
B) 3
C) 5
D) 2
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
B) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
C) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
D) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Vaxt
B) Kəmiyyət
C) Keyfiyyət
D) Məzmun
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
B) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
C) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
D) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
B) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
C) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
D) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top