Tapılan ümumi test sayı : 129

“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
B) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi.
C) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi.
D) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
E) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər.
“Portfolio” nədir?
A) Şagirdin sağlamlıq göstəriciləri
B) Şagirdin yazı işləri
C) Müəllimlərin şagird haqqında rəyləri
D) Şagirdin davranışı barədə məlumatlar
E) Şagirdin təlim nailiyyətləri və inkişaf göstəricilərindən, pedaqoji heyətin rəy və tövsiyələrindən ibarət sənədlər toplusu
Formativ qiymətləndirmə nə vaxt aparılır?
A) Yalnız tədris ilinin sonunda
B) Kiçik summativ qiymətləndirmədən əvvəl.
C) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik olaraq
D) Təlim prosesinin əvvəlində.
E) Hər yarımilliyin sonunda
“Venn diaqramı”dan nə məqsədlə istifadə olunur?
A) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün
B) Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün
C) Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün
D) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
E) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün
Biri fəal (interaktiv) təlimin mərhələsidir:
A) Məlumat mübadiləsi
B) Veb-resurslardan istifadə
C) Qrup işinin təşkili
D) Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması.
E) İş vərəqlərinin hazırlanması
Fasilitasiya nəyə əsaslanır? Biri səhvdir:
A) Qapalı suallardan daha çox açıq suallara üstünlük verilir
B) Şagirdlərə problemi həll etmək üçün kömək göstərilir və bəzi məqamlarda tapşırıq onların əvəzinə yerinə yetirilir
C) Müəllim və şagirdlərin birgə əməkdaşlığı.
D) Müəllim və şagirdlərin qarşılıqlı hörmət və etibarı.
E) Şagirdlərdə öyrənmə motivasiyasının yaradılması
Perspektiv planlaşdırmaya hansı daxil deyil?
A) Qiymətləndirmə növlərini müəyyənləşdirmək.
B) İnteqrasiya imkanlarını müəyyən etmək.
C) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuları müəyyənləşdirmək.
D) Motivasiya yaratmaq.
E) Resurslar seçmək.
Bir alt-standartı reallaşdırmaq üçün neçə təlim nəticəsi müəyyənləşdirmək olar?
A) Alt-standart əsasında təlim nəticəsi çıxarılmamalıdır
B) Yalnız bir
C) Standart tələb etsə də, yalnız iki- üç
D) Standartın reallaşmasına xidmət edəcək qədər
E) Ən çoxu iki
Aşağıdakı fikirlərdən hansı doğrudur?
1. Məzmun standartları dərsin məqsədlərinin ifadə formalarından biridir.
2. Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur.
3. Sinifdən sinfə keçdikcə alt – standartlar dəyişir.
4. Hər sinif üzrə məzmun xətləri dəyişmir.
A) 1,3
B) 1, 2
C) 2,4
D) 3, 4
E) 2,3
“Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Тəhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsidir.
B) Təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir
C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
E) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanın mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Şəxsiyyətin inkişafına yönəlmişdir
B) Keyfiyyət göstəricisini nəzərə alır
C) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
D) Qiymətləndirmə standartlarına əsaslanır.
E) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Qrup üzvlərinin suallarına cavab vermək.
B) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək
C) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək
D) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
E) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
B) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir.
C) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır
D) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır
E) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir
Pedaqoji diaqnostika:
A) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir.
B) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir.
C) Pedaqoji prosesin idarə edilməsidir.
D) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.
E) Pedaqoji prosesin fasiləsizliyidir.
Müəllimin hüquqlarına aid deyil:
A) İxtisasını artırmaq və təkmilləşdirmək
B) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək.
C) Pedaqoji şuraya rəhbərlik etmək.
D) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək.
E) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
Təhsil standartı nədir?
A) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir.
B) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
C) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı
D) Təhsilalanların bilik və bacarıqları məcmusudur.
E) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
Məzmun xətti nədir?
A) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
B) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
C) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
D) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
E) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.
B) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib
C) Təklifyönümlüdür.
D) Şagirdyönümlüdür
E) Tələbyönümlüdür.
“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi
B) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
C) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi.
D) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər.
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Şəxsiyyətin inkişafına yönəlmişdir.
B) Keyfiyyət göstəricisini nəzərə alır.
C) Qiymətləndirmə standartlarına əsaslanır.
D) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
E) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top