Tapılan ümumi test sayı : 129

Aşağıda sadalananlardan hansı didaktik prinsip deyil?
A) Fasiləsizlik
B) Şagirdlərin fəallığı
C) Sistemlilik
D) Elmilik
E) Varislik
Perspektiv planlaşdırmaya hansı daxil deyil?
A) Resurslar seçmək.
B) İnteqrasiya imkanlarını müəyyən etmək.
C) Motivasiya yaratmaq.
D) Məzmun standartlarına əsasən tədris vahidi vəmövzuları müəyyənləşdirmək.
E) Qiymətləndirmə növlərini müəyyənləşdirmək.
Müəllimin innovativ fəaliyyətinə aid olanları göstərin: 1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir. 2. Yeni təlim üsulları yaradır. 3. Təlim proresində şagirdə obyekt kimi yanaşır. 4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir. 5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 1,3,5
B) 1,2,4
C) 3,4,5
D) 1,3,4
E) 1,2,5
Tərbiyə sisteminin komponentlərinə aiddir:
A) Tərbiyəvi işin forma və üsulları
B) Tərbiyənin məqsədi
C) Düzgün cavab yoxdur
D) Bütün cavablar doğrudur.
E) Tərbiyənin məzmunu
Bir alt-standartı reallaşdırmaq üçün neçə təlim nəticəsi müəyyənləşdirmək olar?
A) Standartın reallaşmasına xidmət edəcək qədər
B) Ən çoxu iki
C) Standart tələb etsə də, yalnız iki- üç
D) Alt-standart əsasında təlim nəticəsiçıxarılmamalıdır
E) Yalnız bir
Kurikulumun xüsusiyyətlərini göstərin. 1. Şəxsiyyətyönümlü2. Nəticəyönümlü 3. Təklifyönümlü 4. İnteqrativlik 5. Tələbyönümlü 6. Fənyönümlü 7. Bilikyönümlü 8. Müəllimyönümlü
A) 1, 2, 4, 5
B) 1, 2, 3, 4
C) 2, 5, 6, 8
D) 2, 3, 4, 5
E) 1, 3, 4, 7
Fənn kurikulumunda nə əks olunub? 1. Qiymətləndirmə növləri və üsulları 2. Mövzülar 3. Məzmun (fənnin məqsədi, məzmun xətti, standartlar, alt-standartlar) 4. Həftəlik dərs saatlarının miqdarı 5. Təlim strategiyaları
A) 1, 3, 5
B) 2, 4, 5
C) 3, 4, 5
D) 1, 2, 4
E) 2, 3, 5
“Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Тəhsilin məzmun komponentlərinin bir-biri iləsistemli şəkildə əlaqələndirilməsidir.
B) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməkləonlarda milli və bəşəri dəyərlərinformalaşdırılmasıdır.
C) Təlim nailiyyətlərinin nəticələr formasındamüəyyən edilməsidir
D) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanınmənafeyinə, maraq və təlabatlarının ödənilməsinə,istedad və qabiliyyətlərinin, potensial imkanlarınıninkişafına xidmət etməsidir.
E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac vətələbatlarının nəzərə alınmasıdır.
Formativ qiymətləndirmənin məqsədi:
A) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
B) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
C) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
D) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
E) Fənn üzrə şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir
B) Qiymətləndirmə standartlarına əsaslanır.
C) Şəxsiyyətin inkişafına yönəlmişdir.
D) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
E) Keyfiyyət göstəricisini nəzərə alır.
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
B) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək.
C) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
D) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək.
E) Qrup üzvlərinin suallarına cavab vermək.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir.
B) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır.
C) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
D) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır.
E) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir
Təlim strategiyalarına aid deyil:
A) Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
B) Həftəlik dərs saatlarının miqdarı
C) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
D) Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
E) Təlimin təşkilinə verilən tələblər
İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
B) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
C) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
D) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
E) Yadda saxlamaq,anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
Müəllimlərin innovativ fəaliyyətinin nəticəsinə aid olanları göstərin: 1. Təhsilin keyfiyyəti yüksəlir. 2. Təhsildən yayınma halları artır. 3. Təhsil müəssisəsinin nüfuzu artır. 4. Şagirdlərin kompetensiyası artır. 5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir
A) 1,3,4
B) 1,3,5
C) 1,2,3
D) 2,3,4
E) 2,3,5
Pedaqoji diaqnostika:
A) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir
B) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir
C) Pedaqoji prosesin fasiləsizliyidir.
D) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür
E) Pedaqoji prosesin idarə edilməsidir.
Müəllimin hüquqlarına aid deyil:
A) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək.
B) İxtisasını artırmaq və təkmilləşdirmək.
C) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək.
D) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
E) Pedaqoji şuraya rəhbərlik etmək
Təhsil standartı nədir?
A) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı.
B) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
C) Təhsilalanların bilik və bacarıqları məcmusudur.
D) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir
E) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti nədir?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
B) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
C) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
D) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
E) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Tələbyönümlüdür.
B) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
C) Təklifyönümlüdür.
D) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.
E) Şagirdyönümlüdür.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top