Tapılan ümumi test sayı : 129

“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi.
B) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
C) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
D) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər.
E) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi.
“Portfolio” nədir?
A) Şagirdin davranışı barədə məlumatlar
B) Şagirdin sağlamlıq göstəriciləri
C) Şagirdin yazı işləri
D) Şagirdin təlim nailiyyətləri və inkişaf göstəricilərindən, pedaqoji heyətin rəy və tövsiyələrindən ibarət sənədlər toplusu
E) Müəllimlərin şagird haqqında rəyləri
Formativ qiymətləndirmə nə vaxt aparılır?
A) Hər yarımilliyin sonunda
B) Yalnız tədris ilinin sonunda
C) Təlim prosesinin əvvəlində.
D) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik olaraq
E) Kiçik summativ qiymətləndirmədən əvvəl.
“Venn diaqramı”dan nə məqsədlə istifadə olunur?
A) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
B) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün
C) Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün
D) Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün
E) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün
Biri fəal (interaktiv) təlimin mərhələsidir:
A) Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması.
B) İş vərəqlərinin hazırlanması
C) Qrup işinin təşkili
D) Məlumat mübadiləsi
E) Veb-resurslardan istifadə
Fasilitasiya nəyə əsaslanır? Biri səhvdir:
A) Şagirdlərdə öyrənmə motivasiyasının yaradılması
B) Qapalı suallardan daha çox açıq suallara üstünlük verilir
C) Şagirdlərə problemi həll etmək üçün kömək göstərilir və bəzi məqamlarda tapşırıq onların əvəzinə yerinə yetirilir
D) Müəllim və şagirdlərin birgə əməkdaşlığı.
E) Müəllim və şagirdlərin qarşılıqlı hörmət və etibarı.
Perspektiv planlaşdırmaya hansı daxil deyil?
A) Resurslar seçmək.
B) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuları müəyyənləşdirmək.
C) Motivasiya yaratmaq.
D) Qiymətləndirmə növlərini müəyyənləşdirmək.
E) İnteqrasiya imkanlarını müəyyən etmək.
Bir alt-standartı reallaşdırmaq üçün neçə təlim nəticəsi müəyyənləşdirmək olar?
A) Ən çoxu iki
B) Alt-standart əsasında təlim nəticəsi çıxarılmamalıdır
C) Yalnız bir
D) Standartın reallaşmasına xidmət edəcək qədər
E) Standart tələb etsə də, yalnız iki- üç
Aşağıdakı fikirlərdən hansı doğrudur?
1. Məzmun standartları dərsin məqsədlərinin ifadə formalarından biridir.
2. Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur.
3. Sinifdən sinfə keçdikcə alt – standartlar dəyişir.
4. Hər sinif üzrə məzmun xətləri dəyişmir.
A) 2,3
B) 1, 2
C) 1,3
D) 2,4
E) 3, 4
“Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
B) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanın mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
C) Тəhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsidir.
D) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
E) Təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Şəxsiyyətin inkişafına yönəlmişdir
B) Keyfiyyət göstəricisini nəzərə alır
C) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
D) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
E) Qiymətləndirmə standartlarına əsaslanır.
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Qrup üzvlərinin suallarına cavab vermək.
B) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək
C) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək
D) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
E) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır
B) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır
C) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir
D) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir.
E) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
Pedaqoji diaqnostika:
A) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir.
B) Pedaqoji prosesin idarə edilməsidir.
C) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.
D) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir.
E) Pedaqoji prosesin fasiləsizliyidir.
Müəllimin hüquqlarına aid deyil:
A) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
B) Pedaqoji şuraya rəhbərlik etmək.
C) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək.
D) İxtisasını artırmaq və təkmilləşdirmək
E) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək.
Təhsil standartı nədir?
A) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir.
B) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
C) Təhsilalanların bilik və bacarıqları məcmusudur.
D) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı
E) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti nədir?
A) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
B) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
C) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
D) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
E) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib
B) Tələbyönümlüdür.
C) Təklifyönümlüdür.
D) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.
E) Şagirdyönümlüdür
“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
B) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
C) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi.
D) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər.
E) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Keyfiyyət göstəricisini nəzərə alır.
B) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
C) Qiymətləndirmə standartlarına əsaslanır.
D) Şəxsiyyətin inkişafına yönəlmişdir.
E) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top