Tapılan ümumi test sayı : 220
21)
Fel kökünə səhvən əvvəl vacib şəklinin, sonra isə məchul növün şəkilçisi artırılarsa, hansı norma pozulmuş sayılmalıdır?
Xəta bildir
A)
həm leksik, həm qrammatik
B)
orfoqrafik
C)
orfoepik
D)
leksik
E)
qrammatik
22)
Bu mürəkkəb cümlələrdən birinin tərkib hissələri bərabərhüquqlu deyil:
Xəta bildir
A)
Bu il havalar yağışlı keçdi, tarlalarda bol məhsul yetişdi.
B)
Xan qızı Natəvanın göstərişi və maliyyə vəsaiti hesabına Xanqərvənd kəndinin üstündən Xan arxı çəkildi, camaat susuzluqdan xilas oldu.
C)
Deyirlər, heç vaxt Xəzərdə sunami olmayacaq
D)
Tarlada qızğın iş gedir, əkinçilər buğda toxumunu şuma səpirdilər.
E)
Hava çox xoş idi, Aslan yüzbaşı həyətdəki xalının üstündə bardaş qurub oturmuşdu.
23)
Durğu işarəsindən düzgün istifadə edilməyən cümlələri müəyyən edin. 1. Bu, nədir belə, lap dilənçi kökündəsən. (M.İbrahimov) 2. Bu zalım fələk onların başına nə gətirdi, ana? (M.İbrahimov) 3. Bu, mənim kitabımdır. 4. Bu, da bizim başımıza qənim kəsilib. 5. Bu, sanki, onun səsidir.
Xəta bildir
A)
1, 4, 5
B)
1, 2, 3
C)
2, 4
D)
4, 5
E)
2,5
A)
3, 4, 5
B)
2, 4
C)
2, 5
D)
yalnız 2
E)
1, 2
25)
“Yoldaşları onu yerdən yavaşca qaldırdı”. – cümləsində tabelilik əlaqəsinin növlərini göstərin.
Xəta bildir
A)
1 uzlaşma, 3 idarə, 1 yanaşma
B)
1 uzlaşma, 2 idarə, 2 yanaşma
C)
1 uzlaşma, 2 idarə, 1 yanaşma
D)
1 uzlaşma, 2 idarə, 3 yanaşma
E)
1 uzlaşma, 1 idarə, 3 yanaşma
26)
“Ayın sonunda ezamiyyətə getməlisiniz” cümləsinin məqsəd və intonasiyaya görə növünü təyin edin.
Xəta bildir
A)
söz-cümlə
B)
sual cümləsi
C)
nida cümləsi
D)
əmr cümləsi
E)
nəqli cümlə
27)
Hansı cümlədə qeyri-təyini birləşmə var?
Xəta bildir
A)
Bu yerlərin havası axşamlar çox gözəl olur.
B)
Tələbələrin biri də dərsdə yox idi.
C)
Bulağın başında su çox sərin olardı.
D)
Dilşadın ürək oxşayan gözəl səsi var.
E)
Gözlərdə intiqam, qılınclarda qan, Buludlar kişnədi, göylər ağladı.
A)
yazıçılıq
B)
əlüzyuyan
C)
salamlaşdı
D)
maraqlanıb
E)
işlədik
29)
“Həkim xəstənin alnını aramla ovuşdurdu” cümləsinin morfoloji təhlilindəki səhv fikirləri müəyyənləşdirin. 1. Həkim – adlıq halda olan isimdir. 2. xəstənin – yiyəlik halda olan isimdir, təkdədir. 3. alnını – mənsubiyyət və təsrilik hal şəkilçili isimdir. 4. aram – zərf, -la qoşmadır. 5. ovuşdururdu – qarşılıq-birgəlik növdə, indiki zamanda olan feildir, idi hissəciyi ilə.
Xəta bildir
A)
1, 3, 4
B)
1, 2, 4
C)
2, 3, 5
D)
1, 3, 5
E)
2, 4, 5
30)
Verilənlər içərisində cümlənin növlərindən hansı yoxdur? 1. Qanı atasını görən kimi qaraldı. 2. Yorğanına bax, ayağını uzat. 3. Başının yanında çiçəklər, dərman şüşələr. 4. Onları özbaşına buraxmazlar.
Xəta bildir
A)
Qeyri-müəyyən şəxsli cümlə
B)
Şəxssiz cümlə
C)
Müəyyən şəxsli cümlə
D)
Adlıq cümlə
E)
Ümumi şəxsli cümlə
31)
Cümlələrin birində mürəkkəb mübtəda əlavəli işlənmişdir.
Xəta bildir
A)
Gül, Ey nazlı vətən-Odlar torpağı!
B)
Şəhərin mərkəzi küçələrindən biri-Təbriz küçəsi geniş və işıqlıdır.
C)
Qızım-Cəmalə sinif nümayəndəsidir
D)
Bura - yaxına gəl!
E)
Novruz bayramı-bahar fəsli gələndə ətrafa gülçiçək ətri yayılır.
A)
"Birdən" sözü bəzən zaman zərfi kimi də işlənə bilər.
B)
Miqdar zərfləri bəzən əlamətə (sifətə) aid olur.
C)
Təsirlik halda işlənən yer zərfləri cümlədə zərflik ola bilmir.
D)
Miqdar zərfləri nə qədər, neçə? suallarına cavab verir
E)
Zərf hərəkətə aid olduğu kimi, digər nitq hissələrinə də aid olur.
33)
Aşağıdakı cümlədə nöqtələrin yerinə hansı söz əlavə olunsa, cümlənin sintaktik təhlili sxeminə uyğun olar? …. şəhərdəki oğlu müəllimdir.
Xəta bildir
A)
Ancaq
B)
Qonşu
C)
Onun
D)
Təzə
E)
İndi
34)
Söz sırasının pozulmadığı cümləni göstərin.
Xəta bildir
A)
Düzlərdə bürküdən solur gül-çiçək.
B)
Biz ki öyrənmişik hicrana artıq.
C)
Bəlkə, gözləmirdik bu xoş görüşü
D)
D ) Çiçəyə dərd olmur, düzə dərd olur.
E)
Yaman qəribədir dünyanın işi.
35)
“Kitabxananın kitab və jurnallarının siyahısı”birləşməsindəki altından xətt çəkilmiş sözün hansı halda olduğunu və buraxılmış şəkilçiləri müəyənləşdirin.
Xəta bildir
A)
yiyəlik haldadır, cəm, mənsubiyyət,hal
B)
adlıq haldadır, mənsubiyyət, cəm
C)
təsirlik haldadır, cəm, mənsubiyyət, hal
D)
yiyəlik haldadır, cəm və hal
E)
adlıq haldadır, cəm, hal
36)
İsimi xəbərə aid olan həmcins təyinlər hansı nümunədədir.
Xəta bildir
A)
Şəhərdəki gördüyümüz həmin hündür tarixi qala “Qız Qalası”-dır
B)
Dilsiz və sağır göylər onun halını duymaz
C)
Gözəllikdə, səliqədə, təmizlikdə, insanlıqda Turanə dərnəkdə Şöhrət qazanmışdı..
D)
Buralar cürbəcür, növbənöv, hər dərdin dərmanı bitkilərin diyarıdır
E)
Yorğun, əsəbi oğlan irəli çıxdı.
37)
Hansı cümlədə həm isimləşmiş sifət,həm də sifətləşmiş isim var?
Xəta bildir
A)
Sonrakı peşmançılıq fayda verməz.
B)
Qocalar xatirələrlə yaşar.
C)
Yaralananları sağaltmaq üçün dəmir qablarda xüsusi dərman gətirildi.
D)
Evdəkilər gümüş xoşladığımı bilirlər.
E)
Saxsı qabları içəridəkilər yığıb atdılar.
38)
Adlıq halda olan isimlərə aid edilə bilməz:
Xəta bildir
A)
Cümlə üzvü olaraq yalnız xəbər və mübtəda ola bilər.
B)
Qrammatik şəkilçilərlə işlənə bilir.
C)
Adlıq halda olan isimlər qoşmalarla işlənə bilir.
D)
Bu halın şəkli əlaməti yoxdur.
E)
Həm təsriflənən,həm də təsriflənməyən feillərlə əlaqəyə girə bilir.
39)
Leksik mənası düzgün izah olunmayan sözləri göstərin: 1. Təvazö – öz üstünlüklərini gözə çarpdırmama, lovğalıqdan uzaq olma, sadəlik. 2. İstiqbal – azadlıq, suverenlik, müstəqillik. 3. Behişt – cənnət 4. Töhfə – bəxşiş, ərməğan 5. İstilah – işğal
Xəta bildir
A)
1, 3
B)
1, 5
C)
2, 5
D)
4, 5
E)
1, 4
40)
Çimərlik” və “Çəmənlik” sözlərinin fonetik təhlilinə aid olmayan fikir hansıdır?
Xəta bildir
A)
Hər ikisinin tərkibində eynicinsili samit qoşalığı var.
B)
Hər ikisinin səs və hərf tərkibi fərqlənir.
C)
Hər ikisi ahəng qanununa tabedir.
D)
Hər ikisinin tərkibində yalnız qapalı hecalar işlənmişdir.
E)
Hər ikisində vurğu son heca düşür.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab