Tapılan ümumi test sayı : 220

S.Ə.Şirvaninin yaradıcılığı ilə bağlı fikrilərdən biri səhvdir:
A) Lirik şeirləri yalnız məhəbbət mövzusundadır.
B) Ədəbi irsinin böyük bir hissəsi lirik şeirlərdən ibarətdir.
C) Həm lirik, həm də epik əsərlər müəllifidir.
D) Cəmiyyətin problemlərini tənqid edən satiraları vardır
E) O həm də təzkirə müəllifidir.
M.İbrahimovun “Pərvanə” əsəri ilə İ.Şıxlının “Dəli Kür”əsəri üçün ortaq cəhət ola bilməz:
A) Peterburq universitetində təhsil alan maarifçi obrazının yaradılması.
B) Çernyayevski surətinin yaradılması.
C) Qori Müəllimlər Seminariyasının fəaliyyətindən bəhs edilməsi.
D) XIX əsr mürəkkəb dövrün hadisələrinin təsviri.
E) Sinfi mübarizə baxımından hadisələrin təsviri.
N.Gəncəvinin “Yaralı bir uşağın dastanı” mənzum hekayəsində şair ikinci uşağın düşüncəsini və hərəkətini nə adlandırır?
A) düşüncəsizlik
B) biclik
C) satqınlıq
D) ağıllılıq
E) sadəlövhlük
Verilmiş şeirdə işlənmişdir: “Gül xəcalətdən qızarıb şərmsar oldu yenə”
A) epitet
B) sinekdoxa
C) istiarə (metafor
D) təşbeh
E) təkrir
Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı verilən fikirlərdən biri səhvdir:
A) 1417-ci ildə Hələb şəhərində edam olunmuşdur.
B) "Hüseyni", "Seyyid", "Nəsimi" təxəllüsləri ilə şeirlər yazmışdır
C) Azərbaycan ədəbiyyatında hürufilik ideyalarının daşıyıcısı kimi tanınır.
D) 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.
E) Yalnız Azərbaycan və fars dillərində şeirlər yazmışdır.
Şifahi ədəbiyyatı yazılı ədəbiyyatdan fərqləndirən cəhətləri seçin. 1. şifahi şəkildə yaranması və yayılması 2. müəllifin bəlli olması 3. çoxvariantlı olması 4. yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlaması 5. bütövlükdə xalqın ümumi yaradıcılığının məhsulu olması
A) 1, 4
B) 1, 4, 5
C) 1, 2, 3
D) 2, 3
E) 1, 3, 5
M.Arazın Cənub həsrəti ilə əlaqədar yazdığı şeirləri göstərin. 1. «Körpünün həsrəti»  2.«Araz üstündə çinar gördüm» 3.«Yanın, işıqlarım»  4.«Araz yadıma düşüb» 5. «Araz çayı»
A) 4,5
B) 2,4
C) 1,2,4
D) 2,3,4
E) 1,4,5
«İstiarə» sözünün mənası nədir?
A) Yunan sözü olub "simvol" deməkdir.
B) Ərəb sözü olub "şişirtmə" deməkdir.
C) Yunan sözü olub "addəyişmə" deməkdir.
D) Ərəbcə "köçürmə" deməkdir.
E) Ərəb sözü olub "bənzətmə" deməkdir.
Məhsəti Gəncəvinin yaradıcılığı ilə bağlı səhv fikri göstərin.
A) Fars dilində yazıb-yaratmışdır.
B) Şeirlərində humanizm, səmimi hislər, dərin fəlsəfi mühakimələr öz əksini tapmışdır
C) Rübailərindən başqa, epik əsərləri də vardır.
D) XII əsrdə yaşamış bu şairə rübailəri ilə məşhurdur
E) Gəncə sarayında yüksək nüfuz sahibi olmuş və burada ona bir qəzəli üçün bir xəzinə bağışlanmışdır.
«Azad» hekayəsi mövzu və ideyasına görə hansı əsərlə səsləşir?
A) Ə.Kərim «Qaytar ana borcunu»
B) Ə.Haqverdiyev «Şeyx Şəban»
C) N.Gəncəvi «Xeyir və Şər»
D) İ.Əfəndiyev «Xəncər»
E) S.S.Axundov «Nurəddin»
Ədəbiyyat nəzəriyyəsi haqqında verilənlərdən biri doğrudur:
A) İnsanı tərbiyə edir və onun daxili aləmini zənginləşdirir
B) Müasir əsərləri başa düşməkdə oxucuya yol göstərir
C) Sənətkarların əsərlərini təhlil edib onlara istiqamət verir.
D) Ədəbiyyatın ümumi qanunauyğunluqlarını və s. öyrənir
E) Ədəbiyyatın keçdiyi tarixi inkişaf yolunu araşdırır.
“Sən zalımsan, zülmkarsan! Ancaq beləsi yaradanı kəsə bilər.Onu bil ki, onun yaratdıqları intiqamı səndə qoymayacaq, onların arasında rahat nəfəs ala bilməyəcəksən, kef- işrət məclisləri qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Onlar səni qəbir kimi sıxacaq”. Verilmiş mətn parçası hansı əsərdən götürülmüşdür?
A) "Ağabəyimağa"
B) "İsgəndər quş dili öyrənir"
C) "Xan sarayı"
D) "Koroğlu "dastanından "Düratın itməyi" qolu
E) "Zeynalabdin"
Elə ki Rum şahı taxta oturdu, Dünyaya mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı, Rum taxtı onunla yeni rəng aldı. Verilmiş misralar hansı əsərdəndir və bu əsərin müəllifi kimdir?
A) Ələmdar Quluzadə"Alim və quldur"
B) Nizami Gəncəvi"İsgəndərnamə"
C) Nizami Gəncəvi"Sirlər xəzinəsi"
D) Əliağa Kürçaylı "Bakı"
E) Səməd Vurğun "Azərbaycan"
Hansı fikir doğrudur?
A) Məzmun və formanın vəhdətində məzmun əsasdır və forma məzmundan törəyir.
B) Lirik ricət təbiət lövhəsinin sözlə ifadəsidir
C) Forma dəyişkən, məzmun sabitdir.
D) Təsvir və təhkiyə dramatik növ üçün xarakterikdir.
E) Süjet kompozisiyanın ünsürüdür.
C.Novruz əsərlərinin hansında xalqımızın Qarabağ dərdini qələmə almışdır?
A) «Qalxdım dağlara»
B) «İlk görüş»
C) «İxtiyarım olsa idi»
D) «İnsan himnləri»
E) «Sağlığında qiymət verin insanlara»
Aşağıdakı sənətkarlardan birinin yaradıcılığı ədəbi tənqidçilər tərəfindən səkkizinci «Qarabağnamə» hesab olunur:
A) S.Vurğun
B) S.Rüstəm
C) S.Rəhimov
D) İ.Əfəndiyev
E) M.İbrahimov
Azərbaycan ədəbiyyatında ilk komediya hansı əsərdir?
A) «Hacı Qara»
B) «Hekayəti-xırs quldurbasan»
C) «Mürafiə vəkillərinin hekayəti»
D) «Hekayəti – Molla İbrahimxəlil kimyagər»
E) «Aldanmış kəvakib»
“Düratın itməyi” qolunda Koroğlu Qara xana özünü kim olaraq təqdim edir?
A) dəlilərdən biri
B) aşıq
C) Koroğlu
D) ilxıçı
E) nökər
Verilənlərdən biri məhəbbət dastanıdır:
A) "Qaçaq Kərəm"
B) "Kitabi - Dədə Qorqud"
C) "Qaçaq Nəbi"
D) "Aşıq Qərib"
E) "Koroğlu"
«Qaranquş» əsəri hansı janrda yazılmışdır?
A) əfsanə
B) nağıl
C) lətifə
D) hekayə
E) dastan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top