Tapılan ümumi test sayı : 220

Fikirlərdən biri səhvdir
A) bağça və boğça sözlərində yazılış və tələffüz arasında iki fərqli məqam var.
B) allergiya və alleqoriya sözlərində vurğu üçüncü hecaya düşür
C) akkordeon [akardiyon] kimi tələffüz olunur.
D) qanad açmaq, qanad çalmaq birləşmələrinin asılı tərəflərinin tələffüzü eynidir.
E) şəfəq, üfüq kimi alınma sözlərin yanında saitlə başlanan şəkilçi və ya söz gəldikdə həmin sözlər tələffüzdə dəyişmir
Hansı sözlər zərfdir? 1. sağa-sola 2. sətirdən sətrə 3. gülə-gülə 4. yan-yana 5. uzaqdan-uzağa 6. çatar-çatmaz 7. arabir
A) 1, 2, 4, 6
B) 2, 3, 5
C) 1, 3, 5, 7
D) 3, 4, 6
E) 1, 4, 5, 7
Biri zaman əlaqəli tabesiz mürəkkəb cümlədir:
A) Əvvəl gün çıxdı, sonra isə göy guruldayıb, yağış yağmağa başladı
B) O zaman ki qarlı dağlar örtülərdi dumanla, Dənizlərin dalğasından səs düşərdi ormana.(S.Vurğun)
C) Telefonun zəngi səsləndi, Firuzə dəstəyi qaldırdı.
D) Elə ki məclis dağıldı, hamı evinə getdi.
E) Nə ana dinir, nə də uşaq bir söz danışırdı.
Barmaq buxağa dayandı, Təbiət yaşıl donunu geyindi. Fərqləndirilmiş fellərin morfoloji təhlili ilə bağlı səhvləri göstərin. 1. Sadədir. 2. Düzəltmədir. 3. Məlum növdədir. 4. Şühudi keçmiş zamandadır. 5. Xəbər şəklindədir. 6. Feldən düzələn feldir
A) 3, 6
B) 1, 3
C) 2, 5, 6
D) 1, 2, 5
E) 2, 4, 5
Sözlərin birində vurğu son hecaya düşür?
A) texnikum
B) sonra
C) opera
D) torpaq
E) sanki
Həm fel, həm də isim kimi işlənən sözləri seçin (Tam cavabı seçin). 1. gəlir 2. açar 3. qaçır 4. kəsir 5.qatır 6.bitir
A) 1, 2, 4, 5
B) 1, 2, 4
C) 3, 4, 6
D) 1, 5, 6
E) 2, 3, 5, 6
Müstəqil leksik mənası olmayan sözləri müəyyən edin.
A) bizimki, aid
B) itki, ətalət
C) görüş, dair
D) yürüş, tərəf
E) barəsində, savayı
“Bir az da belə sürsəm, atı çatladaram”,- deyə cilovu dartdı. Cümlə hansı sxemə uyğundur?
A) "V ", - m.
B) "V?"- m
C) M:"V ? "
D) M: "V",- m
E) "V, - m, - v"
Bəndlərin birində tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni bağlayan bağlayıcı sözlər verilmişdir?
A) amma, ancaq
B) çünki, ona görə ki
C) hara, nə zaman
D) ki, belə ki
E) elə, belə
Əmr cümləsini göstərin.
A) Yenə də yamyaşıl geyinib dağlar.
B) Çalış bu dünyada vüqarla yaşa.
C) M.F.Axundzadə Azərbaycan dramaturgiyasının banisidir
D) O, bunları sübut edə biləcəkmi, ya yox, bilmirəm
E) «Dəli Kür» romanının müəllifi İ.Şıxlıdır
Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır:
A) aydın səma
B) dağdan enən
C) Həyat davam edir
D) Dünən gəlmişik.
E) Təcili getməlisiniz.
“Da”, “də”-nin bağlayıcı kimi işləndiyi cümlə hansıdır? 1. Bu bir ayda o qocalmışdı. 2. Qəzet almış Hacı Əhməd də… 3. Bu kitabı bir oxu da, kimi gözləyirsən? 4. Miri, bala, gəl çıx da… 5. Mən də sizin kimi müəlliməm
A) 3, 4
B) 1, 2, 4
C) 2, 4, 5
D) 3, 4, 5
E) 2, 5
Feli sifət tərkibi işlənmiş cümləni göstərin.
A) Bilməyənlər bilənlərdən öyrənsin.
B) Ağlayan uşaqlardan xoşum gəlmir.
C) Oxuyan şagirdlər bizim onunculardır.
D) Şagird kitaba baxmadan şeiri əzbər dedi.
E) Şagirdləri dinləyən müəllim nədənsə çox narahat görünürdü
Düzəltmə isimlərdən ibarət cərgəni göstərin.
A) vətəndaş, qırıcı, böyük
B) çöküntü, yağış, anbardar
C) əmlak, qaçaq, qırıq
D) namərd, qorxu, səpin
E) yeyinti, silahdaş, dağıdıcı
Hansı sözün yazılışı düzgündür?
A) detektiv
B) füruzə
C) müdür
D) lahiyə
E) billur
Söz birləşməsi ilə bağlı səhvi göstərin
A) Sənin gəlməyin- III növ təyini söz birləşməsidir.
B) Yazın gəlişi- III növ təyini söz birləşməsidir, əsas tərəfi düzəltmə isimlə ifadə olunub.
C) Tələbələr yarışanda- asılı tərəfi subyekt olan feli birləşmədir
D) Meşədəki ağaclar- I növ təyini söz birləşməsidir, asılı tərəfi düzəltmə sifətlə ifadə olunub.
E) Onun dediyi- III növ təyini söz birləşməsidir.
Hansı durğu işarələri buraxılmışdır? Bu ehramlar qədim Misir şahlarının fironların məqbərələridir.
A) 2 vergül
B) 2 tire
C) defis
D) tire
E) vergül, tire
Nümunədə obrazlılığın hansı səviyyədə göstəriciləri vardır? Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı
A) fonetik, qrammatik
B) fonetik,leksik
C) orfoqrafik, leksik, orfoepik
D) leksik, qrammatik
E) fonetik, leksik, qrammatik
Yalnız çıxışlıq hal tələb edən qoşmaların cərgəsini göstərin.
A) tək, qədər, kimi
B) ötrü, ilə, üçün
C) özgə, savayı, başqa
D) sarı, tərəf, doğru
E) tək, savayı, bəri
Nümunələrdən neçəsi frazeoloji birləşmədir? göz vurmaq, can qoymaq, söz salmaq, işə düşmək, kitabı qaytarmaq, dağdan enmək, söz götürmək, ağac əkmək, məzmununu danışmaq
A) 6
B) 2
C) 5
D) 3
E) 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top