Tapılan ümumi test sayı : 220

Aşağıdakı fikirlərdən ancaq biri “Dədə Qorqud” eposuna aiddir:
A) Bütün boyları eyni yaradıcılıq dövrünün məhsuludur.
B) Qədim dövrlərdə nəzmlə olduğundan qopuzun müşayiəti ilə avazla oxunmuşdur.
C) Orta əsrlərdə yazıya köçürüldüyündən İslamdan əvvəlki əlamətlər əsərdə yoxdur.
D) Yarandığı dövrdən nəsr nəzmdən kəskin fərqlənir.
E) Çox hissəsi nəsrləşdirildiyindən türk – Azərbaycan eposunun poetik intonasiyası qorunmamışdır.
B.Vahabzadənin «Azərbaycan» şeiri ilə bağlı səhv cavabı göstərin.
A) Vətənpərvərlik mövzusundadır
B) Şeirdə təbiət gözəlliklərinin tərənnümü əsas yer tutur
C) Heca vəznindədir.
D) Şeirdə tarixi keçmişimiz xatırlanır.
E) Sonuncu bənddə şair özünü də vətənin bir parçası adlandırır
Rəməl sözünün mənası nə deməkdir?
A) xəfif, mülayim
B) yüngül, axıcı, oynaq
C) xoş, ürəyəyatan avaz
D) ləngərlənmək, dalğalanmaq
E) bülbülün cəh-cəhi
M.Şəhriyarın poema yaradıcılığı ilə bağlı düzgün fikirləri göstəin. 1. “Gecənin əfsanəsi” tarixi-romantik poemadır. 2. “Nişapurda günəş batarkən”, “Heydərbabaya salam” əsərlərində Xorasandakı sürgün illərindən danışır. 3. “Səhəndiyyə”, “Heydərbabaya salam” poemaları Azərbaycan dilindədir. 4. “Haqqın səsi” poeması tərcümeyi-hal poemasıdır. 5. “Səhəndiyyə” Bulud Qaraçorlu Səhəndin məktubuna cavab olaraq yazılmışdır
A) 1, 2, 5
B) 2, 4
C) 1, 3, 5
D) 1, 2, 3
E) 4, 5
Almas İldırım universitetin şərq fakültəsindən nə üçün xaric edilmişdir?
A) «A dağlar» şeirinə görə
B) Məşhəd şəhərində inqilabi təşkilata qoşulduğuna görə
C) Türkiyədəki fəaliyyətinə görə
D) «Dağlar səslənirkən» kitabının nəşr olunmasına görə
E) tacir ailəsindən olduğuna görə
Atalar sözü haqqında deyilənlərdən biri yanlışdır:
A) Bu janra bəzən "qıfılbənd" də deyilir.
B) Nəzmlə olan atalar sözü heca vəznində olur.
C) Atalar sözü və məsəllər həm nəzmlə, həm də nəsrlə olur
D) Atalar sözündə müəyyən bir fikir hökm şəklində və bitmiş olur
E) Şifahi xalq ədəbiyyatının məzmunca dərin fikir ifadə edən janrıdır.
Süleyman Sani Axundovun «Qorxulu nağıllar» silsiləsinə aşağıdakı hekayələrdən hansılar daxildir? 1.”Əhməd vəMəleykə” 2.”Əşrəf” 3.”Baş xiyabanda” 4.”Köç” 5.”Nurəddin” 6.”Ana ürəyi, dağ çiçəyi”
A) 3,4,6
B) 1,2,3
C) 2,3,5
D) 1,3,6
E) 1,2,5
S.Ə.Şirvani ilə M.Ə.Sabir arasında ortaq cəhət: 1. tipi öz dili ilə danışdırmaq 2. dərslik tərtib etmək 3. yalnız əruz vəznində yazmaq 4. satirik üslubda yazmaq 5. öz dövrünün mətbuat orqanlarında fəal iştirak etmək
A) 3, 4, 5
B) 1, 5
C) 1, 4, 5
D) 2, 4, 5
E) 1, 2
Dramatik növə aid verilmiş fikirlərdən biri səhvdir
A) Əsasən, nəsrlə olub həyat hadisələrini müfəssəl, ətraflı təsvir edir.
B) Səhnədə oynamaq, tamaşaçılar qarşısında ifa etmək üçündür
C) Həm nəzmlə, həm də nəsrlə yazılır.
D) Dramatik növün komediya, dram, faciə janrları vardır
E) Dramatik növün inkişafı teatr sənətinin yaranmasına gətirib çıxarmışdır.
Nizami Gəncəvi hansı poemasında atasının, dayısının və anasının həyatdan getdiklərini dərin kədərlə bildirir?
A) "İsgəndərnamə"
B) "Leyli və Məcnun"
C) "Xosrov və Şirin"
D) "Yeddi gözəl"
E) "Sirlər xəzinəsi"
M.F.Axundzadənin «Aldanmış kəvakib» əsərinin ədəbiyyat tarixində yeri.
A) İlk komediyadır.
B) Romantik nəsr nümunəsidir.
C) Yeni tipli realist nəsrin və povest janrının ilk nümunəsidir.
D) Ədəbiyyatımızda ilk hekayədir.
E) İlk poemadır.
Ə.Kərimin ilk şeiri hansıdır?
A) “Təzə müəllim”
B) “Bahar çiçəkləri”
C) “Ayaqsız”
D) “Ana və şəkil”
E) “Pillələr”
Ol pir bu xeyir işə qılıb cəhd Məcnuna mürəttəb etdi bir məhd. Aldı onu, azmi-rah qıldı, Əzmi-hərəmi-ilah qıldı. M.Füzulinin “Leyli və Məcnun” poemasından verilmiş bu nümunə haqqındakı doğru fikri göstərin
A) “Ol pir” dedikdə Nofəl nəzərdə tutulur.
B) Nümunədə rədif yoxdur.
C) aabb şəklində qafiyələnmişdir.
D) Qəsidə formasındadır.
E) Rəməl bəhrindədir.
Süjet və kompozisiya ilə bağlı doğru fikirləri seçin. 1. Kompozisiya süjetə daxildir. 2. Epiloq və proloq süjetdən kənardır. 3. Lirik şeirlərdə süjet olmur. 4. Lirik ricət yer və məkanın təsviridir. 5. Ekspozisiya bədii müqəddimədir.
A) 2,3,5
B) 1,3,4
C) 4,5
D) 1,4
E) 1,2,5
1012-ci ildə Təbriz yaxınlığında, Şadiabad kəndində anadan olmuş bu sənətkar həm Şəddadilər, həm də Rəvvadilər sarayında böyük nüfuz qazanmışdır.
A) Nizami Gəncəvi
B) Qətran Təbrizi
C) İbn Rüşd
D) Məhsəti Gəncəvi
E) Əfzəlləddin Xaqani
« Lirik-psixoloji hekayələr onun yaradıcılıq uğurları sayılır». Söhbət hansı sənətkardan gedir?
A) Anar
B) M.İbrahimov
C) İ.Əfəndiyev
D) Elçin
E) S. Rəhimov
Dramatik əsərdə iki və daha artıq şəxs arasındakı söhbətə nə deyilir?
A) hərəkət
B) monoloq
C) remarka
D) komediya
E) dialoq
«İki od arasında» əsəri 1964 – cü ildə hansı adla çap olunmuşdur?
A) «Qarlı aşırım»
B) «Qan içində»
C) «Qələbə»
D) «Yurd sevgisi»
E) «Xudafərin körpüsü»
Məmməd Namazın “Hamının günəşi” əsərində oxunan şeirin (mahnının) müəllifi və adını göstərin.
A) Ə.Kürçaylı "Vətən"
B) X.Rza Ulutürk "Gerbimiz-qəlbimiz"
C) H.Ziya "Qarabağda"
D) M.Araz "Dünya sənin, dünya mənim"
E) M.Araz "Azərbaycan-dünyam mənim"
Biri ibrətamiz hekayələrə aid deyil
A) "İnsansevərlik"
B) "Heç kəsi qınamayın"
C) "Həyat dərsi"
D) "Oğru"
E) "Möcüzə"
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top