Tapılan ümumi test sayı : 220

Fel kökünə səhvən əvvəl vacib şəklinin, sonra isə məchul növün şəkilçisi artırılarsa, hansı norma pozulmuş sayılmalıdır?
A) qrammatik
B) orfoepik
C) leksik
D) orfoqrafik
E) həm leksik, həm qrammatik
Bu mürəkkəb cümlələrdən birinin tərkib hissələri bərabərhüquqlu deyil:
A) Deyirlər, heç vaxt Xəzərdə sunami olmayacaq
B) Bu il havalar yağışlı keçdi, tarlalarda bol məhsul yetişdi.
C) Xan qızı Natəvanın göstərişi və maliyyə vəsaiti hesabına Xanqərvənd kəndinin üstündən Xan arxı çəkildi, camaat susuzluqdan xilas oldu.
D) Hava çox xoş idi, Aslan yüzbaşı həyətdəki xalının üstündə bardaş qurub oturmuşdu.
E) Tarlada qızğın iş gedir, əkinçilər buğda toxumunu şuma səpirdilər.
Durğu işarəsindən düzgün istifadə edilməyən cümlələri müəyyən edin. 1. Bu, nədir belə, lap dilənçi kökündəsən. (M.İbrahimov) 2. Bu zalım fələk onların başına nə gətirdi, ana? (M.İbrahimov) 3. Bu, mənim kitabımdır. 4. Bu, da bizim başımıza qənim kəsilib. 5. Bu, sanki, onun səsidir.
A) 1, 2, 3
B) 1, 4, 5
C) 2,5
D) 4, 5
E) 2, 4
A) yalnız 2
B) 2, 5
C) 1, 2
D) 2, 4
E) 3, 4, 5
“Yoldaşları onu yerdən yavaşca qaldırdı”. – cümləsində tabelilik əlaqəsinin növlərini göstərin.
A) 1 uzlaşma, 1 idarə, 3 yanaşma
B) 1 uzlaşma, 2 idarə, 1 yanaşma
C) 1 uzlaşma, 3 idarə, 1 yanaşma
D) 1 uzlaşma, 2 idarə, 2 yanaşma
E) 1 uzlaşma, 2 idarə, 3 yanaşma
“Ayın sonunda ezamiyyətə getməlisiniz” cümləsinin məqsəd və intonasiyaya görə növünü təyin edin.
A) əmr cümləsi
B) nida cümləsi
C) nəqli cümlə
D) sual cümləsi
E) söz-cümlə
Hansı cümlədə qeyri-təyini birləşmə var?
A) Tələbələrin biri də dərsdə yox idi.
B) Gözlərdə intiqam, qılınclarda qan, Buludlar kişnədi, göylər ağladı.
C) Bulağın başında su çox sərin olardı.
D) Bu yerlərin havası axşamlar çox gözəl olur.
E) Dilşadın ürək oxşayan gözəl səsi var.
A) salamlaşdı
B) işlədik
C) əlüzyuyan
D) yazıçılıq
E) maraqlanıb
“Həkim xəstənin alnını aramla ovuşdurdu” cümləsinin morfoloji təhlilindəki səhv fikirləri müəyyənləşdirin. 1. Həkim – adlıq halda olan isimdir. 2. xəstənin – yiyəlik halda olan isimdir, təkdədir. 3. alnını – mənsubiyyət və təsrilik hal şəkilçili isimdir. 4. aram – zərf, -la qoşmadır. 5. ovuşdururdu – qarşılıq-birgəlik növdə, indiki zamanda olan feildir, idi hissəciyi ilə.
A) 2, 4, 5
B) 1, 2, 4
C) 1, 3, 4
D) 2, 3, 5
E) 1, 3, 5
Verilənlər içərisində cümlənin növlərindən hansı yoxdur? 1. Qanı atasını görən kimi qaraldı. 2. Yorğanına bax, ayağını uzat. 3. Başının yanında çiçəklər, dərman şüşələr. 4. Onları özbaşına buraxmazlar.
A) Şəxssiz cümlə
B) Ümumi şəxsli cümlə
C) Müəyyən şəxsli cümlə
D) Adlıq cümlə
E) Qeyri-müəyyən şəxsli cümlə
Cümlələrin birində mürəkkəb mübtəda əlavəli işlənmişdir.
A) Novruz bayramı-bahar fəsli gələndə ətrafa gülçiçək ətri yayılır.
B) Şəhərin mərkəzi küçələrindən biri-Təbriz küçəsi geniş və işıqlıdır.
C) Gül, Ey nazlı vətən-Odlar torpağı!
D) Bura - yaxına gəl!
E) Qızım-Cəmalə sinif nümayəndəsidir
Zərf haqqında hansı fikir səhvdir?
A) Təsirlik halda işlənən yer zərfləri cümlədə zərflik ola bilmir.
B) Zərf hərəkətə aid olduğu kimi, digər nitq hissələrinə də aid olur.
C) Miqdar zərfləri bəzən əlamətə (sifətə) aid olur.
D) Miqdar zərfləri nə qədər, neçə? suallarına cavab verir
E) "Birdən" sözü bəzən zaman zərfi kimi də işlənə bilər.
Aşağıdakı cümlədə nöqtələrin yerinə hansı söz əlavə olunsa, cümlənin sintaktik təhlili sxeminə uyğun olar? …. şəhərdəki oğlu müəllimdir.
A) İndi
B) Ancaq
C) Qonşu
D) Təzə
E) Onun
Söz sırasının pozulmadığı cümləni göstərin.
A) Biz ki öyrənmişik hicrana artıq.
B) D ) Çiçəyə dərd olmur, düzə dərd olur.
C) Yaman qəribədir dünyanın işi.
D) Bəlkə, gözləmirdik bu xoş görüşü
E) Düzlərdə bürküdən solur gül-çiçək.
“Kitabxananın kitab və jurnallarının siyahısı”birləşməsindəki altından xətt çəkilmiş sözün hansı halda olduğunu və buraxılmış şəkilçiləri müəyənləşdirin.
A) yiyəlik haldadır, cəm və hal
B) adlıq haldadır, mənsubiyyət, cəm
C) təsirlik haldadır, cəm, mənsubiyyət, hal
D) adlıq haldadır, cəm, hal
E) yiyəlik haldadır, cəm, mənsubiyyət,hal
İsimi xəbərə aid olan həmcins təyinlər hansı nümunədədir.
A) Dilsiz və sağır göylər onun halını duymaz
B) Şəhərdəki gördüyümüz həmin hündür tarixi qala “Qız Qalası”-dır
C) Buralar cürbəcür, növbənöv, hər dərdin dərmanı bitkilərin diyarıdır
D) Gözəllikdə, səliqədə, təmizlikdə, insanlıqda Turanə dərnəkdə Şöhrət qazanmışdı..
E) Yorğun, əsəbi oğlan irəli çıxdı.
Hansı cümlədə həm isimləşmiş sifət,həm də sifətləşmiş isim var?
A) Qocalar xatirələrlə yaşar.
B) Saxsı qabları içəridəkilər yığıb atdılar.
C) Sonrakı peşmançılıq fayda verməz.
D) Evdəkilər gümüş xoşladığımı bilirlər.
E) Yaralananları sağaltmaq üçün dəmir qablarda xüsusi dərman gətirildi.
Adlıq halda olan isimlərə aid edilə bilməz:
A) Bu halın şəkli əlaməti yoxdur.
B) Qrammatik şəkilçilərlə işlənə bilir.
C) Cümlə üzvü olaraq yalnız xəbər və mübtəda ola bilər.
D) Həm təsriflənən,həm də təsriflənməyən feillərlə əlaqəyə girə bilir.
E) Adlıq halda olan isimlər qoşmalarla işlənə bilir.
Leksik mənası düzgün izah olunmayan sözləri göstərin: 1. Təvazö – öz üstünlüklərini gözə çarpdırmama, lovğalıqdan uzaq olma, sadəlik. 2. İstiqbal – azadlıq, suverenlik, müstəqillik. 3. Behişt – cənnət 4. Töhfə – bəxşiş, ərməğan 5. İstilah – işğal
A) 1, 3
B) 2, 5
C) 1, 4
D) 1, 5
E) 4, 5
Çimərlik” və “Çəmənlik” sözlərinin fonetik təhlilinə aid olmayan fikir hansıdır?
A) Hər ikisinin səs və hərf tərkibi fərqlənir.
B) Hər ikisi ahəng qanununa tabedir.
C) Hər ikisinin tərkibində yalnız qapalı hecalar işlənmişdir.
D) Hər ikisində vurğu son heca düşür.
E) Hər ikisinin tərkibində eynicinsili samit qoşalığı var.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top