Tapılan ümumi test sayı : 220

Nümunədə hansı bədii və ifadə vasitələri verilmişdir? Mənsiz qalacaqdır bu dünya bir gün, Kiminsə gözünə yaş gələcəkdir. Mənsiz qalacaqdır bu dünya bir gün, Bir daş qəmli-qəmli dikələcəkdir. 1. metafor   3. təşbeh   5. inversiya 2. metonimiya   4. epitet   6. mübaliğə
A) 1, 6
B) 1, 4, 5
C) 2, 5
D) 3, 4, 6
E) 1, 5
Uyğunluğu müəyyən edin. 1. İ.Şıxlının kitabı   2. İ.Əfəndiyevin pyesi 3. M.İbrahimovun hekayəsi a) “Ayrılan yollar”   b) “Daim axtarışda” c) “Tənha iydə ağacı”   d) “Söyüdlü arx” e) “Xosrov Ruzbeh”   f) “İnsan ürəyi haqqında”
A) 1-b, 2-d, 3-e
B) 1-b, 2-c, 3-f
C) 1-a, 2-e, 3-f
D) 1-a, 2-d, 3-e
E) 1-a, 2-c, 3-e
Müharibədə iştirak etmiş və bu mövzuda əsər qələmə almış ədiblərimiz hansılardır ? 1. M.F.Axundzadə   4. İlyas Əfəndiyev 2. Qasım bəy Zakir   5. Rəsul Rza 3. İ.Qutqaşınlı   6. İsmayıl Şıxlı
A) 5, 6
B) 2, 5, 6
C) 1, 2, 3
D) 4, 5, 6
E) 1, 4, 5
Nəsrlə ilk hekayə mənzum hekayədən neçə il sonra yazılmışdır ?
A) 75
B) 673
C) 654
D) 661
E) 300
M.F.Axundzadə haqqında ilk tədqiqat əsəri neçənci ildə və kim tərəfindən yazılmışdır?
A) 1911, F.Köçərli
B) 1935, Mir Cəlal
C) 1936, Mir Cəlal
D) 1936, Mir Cəlal
E) 1910, F.Köçərli
“Koroğlu” dastanında Koroğlunun dəlilərə üz çevirib inanmaması, xalqa arxalanmaması motivi hansı əsərdəki hadisələrlə səsləşir?
A) “Xurşidbanu Natəvan”
B) “Dağlar arxasında üç dost”
C) “Dirilən adam”
D) “Böyük dayaq”
E) “Oqtay Eloğlu”
Nizami Gəncəvinin “Xəmsə”sinə müraciətlə yazılan əsərlərin müəllifləri sırasında verilə bilməz: 1. Arif Ərdəbili   5. Hüseyn Cavid 2. Səməd Vurğun   6. Mirzə İbrahimov 3. Saib Təbrizi   7. S.Ə.Şirvani 4. Mir Cəlal   8. B.Vahabzadə
A) 3, 4, 6, 8
B) 1, 3, 5, 7
C) 1, 2, 4, 7
D) 3, 5, 6, 8
E) 2, 4, 7, 8
M.Şəfi Vazehin “Müsibətnamə” mənzuməsi hansı janrda yazılmışdır ?
A) müstəzad
B) müxəmməs
C) qəzəl
D) qoşma
E) məsnəvi
Şimali Azərbaycanda mətbuatın yaranmasından 100 il sonra yazılmış əsərləri seçin. 1. “Dağlar dilə gəldi” (M.Cəlal) 2. “Min dörd yüz on səkkiz” (R.Rza) 3. “Böyük dayaq” (M.İbrahimov) 4. “Şəhid məzarları” (B.Vahabzadə) 5. “Valehlə Sarıköynəyin nağılı” (İ.Əfəndiyev)
A) 1, 2, 3
B) 2, 3
C) 3, 5
D) 2, 4
E) 2, 4, 5
M.F.Axundzadənin “Hekayəti-Müsyo Jordan …” komediyasında Məstəli şah hansı kənddən gətizdirilir?
A) Ələsgərli
B) Ağdərə
C) Təklə - Muğanlı
D) Əlmərdanlı
E) Ağcabədi
H.Cavidin “İblis” faciəsində Arifin dilindən verilən parçalardan biri yanlışdır:
A) O bənim kəbəyi - vicdanımdır , O bənim sevgili cananımdır .
B) Ya Rəbb, bu nə dəhşət, nə fəlakət ? Ya Rəbb, bu nə vəhşət, nə zəlalət ?
C) Bir fəzilətsə öldürüb - ölmək , Canavar bizdən əşrəf olsa gərək.
D) Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nihayət ?
E) Yalnız deyil insanlara, vəhşilərə sorsan , Onlar belə insandakı vəhşiliyə heyran .
Qaraçı qızın dilindən söylənilən bu parça hansı əsərdəndir? “Məhzun könlüm, ey vah, ey vah, şad olacaqmış sanıyorsan, Va əsəfa, biçarə könlüm, ey vah, ey vah,  aldanıyorsan”.
A) C.Cabbarlı - “Oqtay Eloğlu”
B) S.Vurğun - “Vaqif”
C) C.Məmmədquluzadə - “Anamın kitabı”
D) H.Cavid - “İblis
E) M.F.Axundzadə - “Aldanmış kəvakib”
B.Vahabzadə “Gülüstan” poemasında hansı ədiblərimizin adını çəkmişdir ? 1. Şəhriyar   4. Əliağa Vahid 2. Mustafa Payan   5. Abbasqulu ağa Bakıxanov 3. Tahir Söhrab   6. Səməd Vurğun
A) 1, 2, 4, 5
B) 1, 2,4, 6
C) 3, 4, 6
D) 3, 4, 5, 6
E) 2, 4, 5
Həm “Qızılgül olmayaydı” poemasında, həm də “Gülüstan” poemasında adı çəkilən sənətkarımız hansıdır?
A) Vurğun
B) Füzuli
C) Vaqif
D) Natəvan
E) Nəbati
“İsgəndərnamə” əsərində (N.Gəncəvi) İsgəndərin xəlvətə çəkildiyi yeddi alimin sırasında çəkilə bilməz:
A) Sokrat
B) Hörmüz
C) Belinas
D) Falis
E) Diogen
Hansı əsərlərdə Koroğlunun adı çəkilmişdir ? 1. B.Vahabzadə – “Gülüstan” poeması 2. R.Rza – “Qızılgül olmayaydı” poeması 3. İ.Şıxlı – “Dəli Kür”romanı 4. S.Vurğun – “Vaqif” dramı 5. H.Cavid – “İblis” faciəsi 6. M.Şəhriyar – “Heydərbabaya salam” poeması
A) 2, 3, 5
B) 3, 4, 5
C) 2, 4, 6
D) 1, 2, 3
E) 1,4,6
“Salur Qazanın evinin yağmalanması” boyunda igidlərin ova çıxdığı Ala dağ harada yerləşir ?
A) Dəmirqapı Dərbənddə
B) Düzmurd qalasının cənubunda
C) Gürcüstan sərhədində
D) Trabzon yaxınlığında
E) Əlincə qalasının şimalında
“Salur Qazanın evinin yağmalanması” boyunda Qazan xanın ova getmək təklifini ilk kim bəyənib alqışlayır ?
A) Dəli Dondaz
B) Yeynək
C) Alp Aruz
D) Qarabudaq
E) Beyrək
Rəsul Rza “Qızılgül olmayaydı” poemasında Hüseyn Cavidin hansı beytlərini ön plana çəkmişdir ?
A) İblis nədir? Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? -İblis
B) Bir fəzilətsə öldürüb-ölmək, Canavar bizdən əşrəf olsa gərək.
C) Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü.
D) Dərdə bax, millətə bax, niyyətə bax ! Ölülərdən ölülər feyz alacaq !
E) Mənim Tanrım gözəllikdir, sevgidir.
Rəsul Rza “Qızılgül olmayaydı” poemasında Mikayıl Müşfiqlə hansı əsəri tərcümə etdikləri haqqında yazmışdır ?
A) Sabirin “Oxutmuram , əl çəkin” satirasını
B) Lermontovun “Demon”u
C) Nizaminin “Xosrov və Şirin”i
D) Füzulinin “Şikayətnamə”si
E) Puşkinin “Yevgeni Onegin”i
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top