Tapılan ümumi test sayı : 220

M.Şəhriyarın “Heydərbabaya salam” əsərinin formasına aid fikirləri seçin. 1. Lirik poemadır, vahid süjet xətti yoxdur. 2. Əsərdə şairin uşaqlıq xatirələri dilə gəlir. 3. Əsərdə üstüörtülü şəkildə xalqın azadlıq düşüncələri də öz əksini tapır. 4.Beşlik şəklindədir, aaabb şəklində qafiyələnir. 5. Heca vəznindədir, xalq dilindədir
A) 1,4,5
B) 2,3,5
C) 1,3,5
D) 1,2
E) 2,3
B.Vahabzadənin əsərləri ilə bağlı uyğunsuzluğu müəyyən edin:
A) “Vətəndaş”- insanın vətən qarşısında borcu Tanrı qarşısında borcuna bənzədilir.
B) “Cavab”-ana və ana dili anlayışları yanaşı qoyulub həll olunur
C) “Ana dili”-dilimizə xor baxanlara qarşı etiraz öz əksini tapıb.
D) “Təyyarələr”-döyüşçü idealını mənzilə doğru yolda ölən təyyarə obrazına bənzədir.
E) “Şəhid məzarları”-Vətən yolunda canından keçənlər şəhid adlanır
“Həmzənin Qıratı qaçırması” qolunda hansı hadisə bədii müqəddiməyə aiddir?
A) Düratın buxov açarını Koroğlunun Keçəl Həmzəyə verməsi
B) Koroğlunun Toqata gedib Qıratı qaytarması
C) Keçəl Həmzənin Qırxdəyirmanda Koroğlunu aldatması
D) Mahmud paşanın məclis qurması
E) Keçəl Həmzəni Çənlibeldə dəlilərin narazılıqla qarşılaması
Sasani şahlarının paytaxtı olduğu dövrdə gözəlliyi, əzəməti ilə şöhrət qazanmış Mədain şəhərinin indi xarabaya çevrildiyini deyən bu sənətkar zəmanəsinin hökmdarlarını bundan ibrət almağa çağırır. Söhbət hansı sənətkardan gedir?
A) Qətran Təbrizi
B) Əssar Təbrizi
C) Əfzələddin Xaqani
D) Nizami Gəncəvi
E) Məhsəti Gəncəvi
Aşağıdakılardan biri Q.Zakirin heca vəznində yazdığı əsərlərə aid deyil:
A) “Durnalar”
B) “Dost yolunda cəfa çəkdim, can üzdüm”
C) “Eylər”
D) “Gəlsin”
E) “Dost yolu bağlandı, ümid kəsildi”
Dram janrı ilə bağlı fikirlərdən biri yanlışdır:
A) "Dram" yunan sözüdür, mənası “hərəkət” deməkdir, Azərbaycan ədəbiyyatında ilk dram XIX əsrdə yaranıb.
B) Dramlarda komik səhnələrə də yer verilir.
C) Dramlar nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilər.
D) Bu janr ciddi münaqişə zəminində qurulur.
E) Müxtəlif qüvvələrlə toqquşma dramda, əsasən, baş qəhrəmanın məğlubiyyəti ilə nəticələnir.
C.Məmmədquluzadə «Poçt qutusu» hekayəsini hansı mətbuat orqanında nəşr etdirib?
A) «Şərqi-Rus»
B) «İqbal»
C) «Həqiqət»
D) «Molla Nəsrəddin»
E) «Həyat»
Laylalar haqqında verilənlərdən biri yanlışdır:
A) Laylalarda anaların arzuları da öz əksini tapır.
B) Laylalar bəzən «beşik nəğmələri» də adlanır.
C) Laylalar körpəni əzizləmək üçün oxunur.
D) Laylalar 4 misralı, 7 hecalı olur.
E) Laylaların misralarındakı hecaların sayı eyni olur.
Bunlardan biri Cəfər Cabbarlının tərcümələri sırasında verilə bilməz:
A) A.Puşkin "Yevgeni Onegin"
B) Bomarşe "Fiqaronun toyu"
C) V.Şekspir "Hamlet"
D) V.Şekspir "Otello"
E) F.Şiller "Qaçaqlar"
Səhv fikri göstərin:
A) Füzuli “Leyli və Məcnun” poemasını Osmanlıların hakimiyyəti dövründə yazmışdır.
B) Qaynaqlarda Füzulinin Bayat boyundan olması göstərilir.
C) Füzulinin vəfat tarixi Əhdi Bağdadinin “Gülşənüş- şüəra” təzkirəsində əbcəd hesabı ilə verilmişdir
D) Məhəmməd Füzulinin əsl adı “Füzuli”, nisbəsi “Bağdadi”, atasının adı “Məhəmməddir”
E) Füzuli ana dilində bədii nəsrin əsasını qoymuşdur.
Yalnız əruz vəznində yazmışdır: 1. Q.Zakir 2. M.Füzuli 3. Ş.İ.Xətai 4. Saib Təbrizi 5.S.Ə.Şirvani 6.M.Ə.Sabir
A) 2,3,4,5
B) 2,3,6
C) 1,2,4,5
D) 1,4,5
E) 2,4,5,6
Aşağıdakı fikirlərdən hansı səhvdir?
A) Heca vəzni hecaların sayca bərabərliyinə əsaslanır.
B) Sərbəst şeirin əsas əlaməti misraların quruluşunda, qafiyə sistemində müəyyən sərbəstliyin olmasıdır.
C) Azərbaycan şeirində əruz vəzni, heca vəzni və sərbəst şeirdən istifadə olunmuşdur
D) Sərbəst şeirdə heç bir ritm, ölçü və ahəng gözlənilmir
E) Əruz vəznində hecaların uzun-qısalığı əsas götürülür.
M.P.Vaqifin yaradıcılığı ilə bağlı səhv fikir hansıdır?
A) Füzulidən fərqli olaraq, ayrılıq, hicran yox, vüsal şairidir
B) Onu bütöv bir ədəbi məktəbin başçısı kimi məşhurlaşdıran nikbin ruhlu şeirləridir.
C) Yaradıcılığının əsas mövzusu qadın gözəlliyinin və məhəbbətin tərənnümüdür.
D) Əsərlərindən bəzilərini əruz, bəzilərini isə heca vəznində yazmışdır.
E) Həm lirik, həm də epik şeirin əvəzsiz ustasıdır.
“Birinci zəng” şeirinin müəllifi kimdir?
A) Zəlimxan Yaqub
B) Bəxtiyar Vahabzadə
C) Hikmət Ziya
D) Məmməd Araz
E) Səməd Vurğun
Verilmiş nümunələrdən biri nağıldır.
A) "İki ana"
B) "Sənə aslanım deyən"
C) "İşığı söndürmə"
D) "Şir və Tülkü"
E) "Çillələr"
Kim “Dədə Qorqud” dastanlarının motivləri əsasında ssenari yazmış, geniş araşdırmalar aparmışdır?
A) Kamal Abdulla
B) Həmid Araslı
C) Anar
D) Nəbi Xəzri
E) Elçin
Cərgələrin birində İ. Hüseynovun povestləri verilmişdir:
A) ”İdeal”, “Yanar ürək”
B) “Cığırlar”, “Mələk insanlar”
C) ”Dərd”, “Saz”
D) ”Tütək səsi”, “Saz”
E) ”Məhşər”, “Nizami”
Anar bədii yaradıcılığa neçənci ildə başlamışdır?
A) 1938
B) 1970
C) 1964
D) 1960
E) 1957
«Xeyir və Şər» hansı poemadandır?
A) «Yeddi gözəl»
B) «Xosrov və Şirin»
C) «İsgəndərnamə»
D) «Leyli və Məcnun»
E) «Sirlər xəzinəsi»
“Qocalar” şeirinin müəllifi kimdir?
A) Əliağa Kürçaylı
B) Bəxtiyar Vahabzadə
C) Mirmehdi Seyidzadə
D) Cabir Novruz
E) Mirvarid Dilbazi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top