Tapılan ümumi test sayı : 162

Aşağıdakı şəkilçilərdən hansı feli bağlama şəkilçisidir?
A) 3.-sa
B) 2.-acaq
C) 4.feli bağlamanın şəkilçisi yoxdur.
D) 1.-ıb
Fəal danışıq üzvləri hansılardır?
A) Dil, dodaqlar, səs telləri
B) Səs telləri, dişlər, dil
C) Dil, dodaqlar, nəfəs borusu
D) Dil, ağ ciyərlər, ağız boşluğu
E) Dodaqlar, qırtlaq, dişlər, ağız boşluğu
Rəsmi üslubun ən sərbəst forması hansıdır?
A) Əmrlər
B) Məktublar
C) Bəyanatlar
D) Qanunlar
E) Sərəncamlar
Burun samitləri hansılardır?
A) [l], [r]
B) [n], [l]
C) [n], [r]
D) [m], [n]
E) [m], [[l]
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Bakı Şəhər İcra Hakimiyyəti
B) Azərbaycan Respublikasının Milli Məclisinin Sədri
C) Azərbaycan Respublikasının milli qəhrəmanı
D) Orxan-Yenisey kitabələri
E) Balçılı Təhsil Mərkəzi
Uçuq, sökük sözləri bunlardan hansına aiddir?
A) qoşma
B) zərf
C) fel
D) isim
E) sifət
Qrammatik şəkilçilər necə şəkilçilərdir?
A) Avropa mənşəli
B) ərəb mənşəli
C) fars mənşəli
D) milli
Ismin hal şəkilçiləri hansı sintaktik əlaqə növünün göstəriciləridir?
A) yanaşma
B) yanaşma, uzlaşma
C) idarə
D) uzlaşma
Sözün mənasını dəyişən səsə nə deyilir?
A) fonem
B) omoqraf
C) orfoqram
D) inversiya
E) hərf
Sifətin biri feldən düzəldilmişdir.
A) əzgin
B) əzabkeş
C) kefcil
D) sabahkı
E) dadlı
Inversiya nəyə  deyilirir?
A) sadə omonimlərə
B) cümlə üzvlərinin yerini dəyişməsinə
C) mürəkkəb omonimlərə
D) ismi birləşmələrə
E) feli birləşmələrə
Hansı söz sətirdən-sətrə keçə bilməz?
A) təcili
B) iyirmi
C) ürək
D) dostluq
E) dialoq
Alınma söz hansıdır?
A) oxuyuram
B) bir
C) həştad
D) səksən
E) iraq
Sıraların birində bütün sözlərdə səslərin sayı hərflərin sayına bərabərdir.
A) qəyyum, sifariş
B) ailə, xoşbəxtlik
C) neftçi, bünövrə
D) doqquz, sərbəstlik
E) dostluq, lövhə
Müəllimlik necə isimdir?
A) cəm
B) konkret
C) toplu
D) xüsusi
E) mücərrəd
Bağışlanılmışdır sözündə vurğu hansı hecaya düşmüşdür?
A) 5-ci
B) 1-ci
C) 2-ci
D) 4-cü
E) 3-cü
İxtisarlara əlavə edilmiş şəkilçilərdən hansı səhvdir?
A) BDU-ni
B) MDB-ni
C) AMEA-dan
D) BMT-də
E) ATS-in
Hansı söz hallanarkən "q" samiti "ğ" samitinə keçmir?
A) idrak
B) qayıq
C) üfüq
D) qarmaq
“1000” quruluşuna görə ........ saydır.
A) mürəkkəb
B) sadə
C) düzəltmə
D) tərkibi
Hansı söz düzgün yazılmamışdır?
A) boğça
B) səhv
C) ustad
D) qəşəng
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top