Tapılan ümumi test sayı : 162

Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda "q-ğ" əvəzlənməsi baş vermir?
A) daraq
B) maraq
C) oraq
D) bıçaq
E) vərəq
”böyüklüyü” sözündə neçə leksik şəkilçi var?
A) 3
B) 4
C) 1
D) 2
Məntiqi tapın:                                                                       yol  -351                                                                                nar  -427                                                                              yara-3272                                                                        rayon-?
A) 34110
B) 12345
C) 72354
D) 5253
Mübtəda rolunda çıxış edən o, bu əvəzliklərindən sonra hansı köməkçi nitq hissəsi gələrsə mübtədadan sonra vergül qoyular?
A) qoşma
B) ədat
C) nida
D) bağlayıcı
E) modal söz
Mən düşünürəm, demək, mən varam.(R.Dekart)Bu cümlədə neçə əsas, neçə köməkçi nitq hissəsi var?
A) 3 əsas, 2 köməkçi
B) 4 əsas, 1 köməkçi
C) 2 əsas, 2 köməkçi
D) 5 əsas
Hansı sözdə bitişdirici samit işlənib?
A) körpülərin
B) sənətin
C) körpünün
D) Səlimin
E) əlcəyin
Nəyə görə zərflik və təyin cümlənin qrammatik əsası hesab edilir?
A) suallarına görə
B) mənalarına görə
C) cümlədə roluna görə
D) əsas nitq hissəsi olduğuna görə
E) bunların heç biri qrammatik əsas deyil
Frazeoloji birləşmələrdən birinin mənası düzgün deyil:
A) Vecinə almamaq - saymamaq
B) ələ vermək- təslim etmək, satmaq
C) Mat qalmaq- son dərəcə təəccüblənmək
D) Ürəyi ağzına gəlmək- ölmək
Məsdər nə zaman cəmlənə bilər?
A) cəmlənə bilmir
B) Felin xüsusiyyətini qəbul etdikdə
C) I şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etdikdə
D) III növ təyini söz birləşməsinin əsas tərəfi olduqda
"Poema" sözünün fonetik təhlili hansı cərgədə səhvdir?
A) Vurğu son hecaya düşür
B) Sözdə 5 hərf, 5 səs var
C) Söz 3 hecadan ibarətdir
D) "p"kar ,"m"cingiltilidi
E) Ahəng qanunu pozulub
Sözlərin mənşəyini nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın.
neologizm, əlifba, vurğu, sinonim, fel, ...
A) morfologiya
B) bağlayıcı
C) Sintaksis
D) intonasiya
E) ədat
Nümunədə işlənməmişdir:
Yuxudur ömrün üçdə biri,
İşləyirik üçdə birini,
Yerdə qalır üçdə biri.
İstəyirsən yaşa,
istəyirsən yat. (Fikrət Sadıq)
A) düzəltmə fel
B) sadə isim
C) qeyri-müəyyən miqdar sayı
D) III növ təyini söz birləşməsi
E) kəsr sayı
“Əsəbiləşdirmək” sözünün tərkibinə görə təhlilinə uyğun tərkibli sözləri seçin.
1. yelləncəkdəkilər
2. mənimsədildi
3. çəkisizlikdə
4. əmimgildəkilər
5. yaralılardan
6. qısqanclığın
A) 4,5
B) 1,2
C) 5,6
D) 2,3
E) 1,4
Şəxs əvəzlikləri ilə qeyri-müəyyən əvəzliklərin oxşarlığı haqqında hansı fikir yanlışdır?
A) Cəmlənmə imkanları hər ikisində məhduddur.
B) Hər ikisi ismin yerində işlənir.
C) Cümlədə, əsasən, mübtəda və tamamlıq olurlar.
D) Xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəriola bilirlər.
E) Hər ikisi hallanır, mənsubiyyətə görə dəyişir.
Buradakı fellərin zamanlarını işlənmə ardıcıllığı ilə göstərin.
1. keçmiş zaman
2. gələcək zaman
3. indiki zaman
Demərəm, Məcnunam, çölə düşmüşəm,
Ya sellərə dönmüş gözlərimdə su.
Ancaq çox yerlərə aparır məni
Sizi bircə dəfə görmək arzusu.
A) 3,2,1
B) 2,1,3
C) 3,1,2
D) 1,2,3
E) 2,3,1
Fellərdən biri icbar növdədir:
A) güldürmə
B) alışdır
C) qaldır
D) bildir
E) sevdir
Sözlərin mənşəyini nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın:                                                                neologizm, əlifba, vurğu, sinonim, fel, .......
A) Bağlayıcı
B) Ədat
C) Morfologiya
D) Sintaksis
E) İntonasiya
Feldən düzəlmiş fel hansıdır?
A) ağardılmışdır
B) birləş
C) sancı
D) qorxutmaq
Felin hansı zamanlarının şəxs şəkilçiləri eynidir?
A) şühudi keçmiş və qəti gələcək zaman
B) indiki və nəqli keçmiş zaman
C) qeyri-qəti gələcək və indiki zaman
D) nəqli keçmiş və qəti gələcək zaman
Asılı tərəfi sifət olan I növ təyini söz birləşmələrini seçin.
1. ipək yaylıq
2. körpə gülüşü
3. cəsur ürək
4. sonuncu sual
5. həmin müəllim
6. igid əsgər
A) 3,6
B) 1,3
C) 3,4
D) 2,5
E) 4,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top