Tapılan ümumi test sayı : 162

Dilortası saiti seçin:
A) [a]
B) [ı]
C) [ə]
D) [i]
E) [e]
[L], [m], [n], [r] samit səsləri necə adlanır?
A) burun samitləri
B) sonor samitlər
C) qarşılıqsız samitlər
D) küylü samitlər
E) boğaz samitləri
Bunlardan hansılar birləşdirmə bağlayıcısıdır?
A) və, ilə
B) ya, ya da
C) ki, belə ki
D) amma
E) həm ,həm də
Birinin tələffüzü düzgün verilməmişdir:
A) maneə[maniyə]
B) müasir[ma:sir]
C) kooperativ [k'aperativ]
D) xala oğlu[xaloğlu]
E) teatr [tiyatr]
Ardıcıllığı  davam etdirin:                                                  susmaq, danışmaq, ......, oturmaq
A) qalxmaq
B) baxmaq
C) danışmaq
D) susmaq
E) yarmaq
Aşağıdakı sözlərdən hansıları sətirdən sətrə keçirtmək olmaz?
A) ata, bina, konfet
B) idarə, arzula, qadın
C) ana, baba, maşın
D) abidə, sakitlik, Akif
E) aləm, otar, açıq
Konkret isimdən düzəlmiş mücərrəd ismi tapın.
A) sevgi
B) kitabça
C) qorxu
D) ədəbiyyatşünaslıq
E) kitabxana
Saitlərin əsas xüsusiyyətlərinə aid deyil:
A) Heca yaradır
B) Əmələgəlmə yerinə görə təsnif olunurlar
C) Təmiz avazlı səslərdir
D) Yalnız burun boşluğunda yaranırlar
E) Vurğu yaradan səslərdir
Biri bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədir:
A) Ya kənddə nənəmin yanına, ya da sanatoriyaya dincəlməyə gedəcəyəm
B) Nə İmran dillənir, nə də Nərgiz onu içəri dəvət edirdi
C) Həm həyətdə çadır qurulmuşdu, həm də evdə qonaqlar üçün süfrə açılmışdı
D) Bu yerlərdə gah taxıl əkilir, gah da bostan bitkiləri becərilirdi
E) Gah qonşuya, gah da redaksiyaya qaçırsan
Durğu işarələri nə ilə bağlıdır?
A) leksika
B) orfoepiya
C) orfoqrafiya
D) morfologiya
E) sintaksis
Hərflərin sırası hansında düzgün verilməyib?
A) O ö p r s ş
B) P r s ş t u ü
C) V y z
D) A b c d e ə f ğ g
E) X ı i j k q l m n
Bir-biri ilə sintaktik əlaqəyə girməyən cümlə üzvlərini müəyyən edin?
A) təyin-zərflik
B) təyin tamamlıq
C) təyin-xəbər
D) mübtəda-xəbər
E) tamamlıq-zərflik
Ahəng qanunu pozulmuş sıranı göstərin.
A) otlaq, ömür, qayğı
B) əmək, səpin, imla
C) vüsal, ilxı, həyat
D) ələk, gümüş, durğu
E) itki, qüvvə, hakim
Azərbaycan dili hansı dil qrupuna aiddir?
A) İltisaqi
B) Publisistik
C) Bədii
D) Flektiv
E) Kök
Hansı sözdə ahəng qanunu pozulmamışdır?
A) əlifbada
B) sakit
C) kitab
D) kökan
E) dərin
Zərf hansı nümunədə təsriflənməyən felə aiddir?
A) Dayanacaqda xeyli gözlədik
B) Dünən Şirvana getməli idik
C) Sahilə getmək bizim də təklifimiz idi
D) Bakıda oxumaq ərəblərin də arzusudur
E) Diqqətlə oxumaqdan hamının xoşu gələr
Hansı ölkənin adının mənası “tısbağa” deməkdir?
A) Tonqa
B) Meksika
C) Ekvador
D) Qalapaqos
E) Lesoto
Vurğusu dəyişməklə mənası dəyişən sözləri tapın.
A) seçmə,gəlin,baxma
B) yazma,çəkmə,içmə
C) çəkmə,getmə,baxma
D) görmə,dondurma,yemə
E) çəkmə,dondurma,gəlin
Verilmiş arxaizmlərin qarşılığı hansı sıradadır? ləşgər, arı, altun, sayru
A) yuxu, həşərat, ordu, su
B) varlı, yuxu, yatmaq, əsgər
C) ordu, xəzinə, qırmızı, duru
D) zəngin, düşmən, igid, aydın
E) qoşun, təmiz, qızıl, xəstə
-at2 ş
A) hesabat
B) gedişat
C) təyinat
D) tələbat
E) məlumat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top