Tapılan ümumi test sayı : 162

Milli xörək adlarından neçəsi sadə, neçəsi düzəltmə, neçəsi mürəkkəbdir? Xəngəl, qovurma, tava kabab, lüləkabab, parça-bozbaş, xaş, kəlləpaça, kükü, küftə-bozbaş, qutab, çığırtma
A) 2 sadə, 3 düzəltmə, 5 mürəkkəb
B) 1 düzəltmə, 4 sadə, 4 mürəkkəb
C) 4 sadə, 2 düzəltmə, 5 mürəkkəb
D) 3 sadə, 2 düzəltmə, 3 mürəkkəb
Fikirlərdən biri səhvdir:
A) Hər bir nitq hissəsi müəyyən bir suala cavab verir
B) Dilimizdə 6 əsas nitq hissəsi var
C) Leksik şəkilçi sözə qoşulduqda həmişə yeni söz yaranır
D) Sifət cümlədə əksər hallarda təyin olur
Məntiqi tapın:
A) samit
B) kök
C) fel
D) bağlayıcı
Ümumişlək olmayan sözü tapın.
A) gəmi
B) qayıq
C) ilan
D) ofis
E) dəniz
Dördündən biri fərqlidir:
A) məsuliyyət
B) keyfiyyət
C) fəaliyyət
D) məğlubiyyət
Hansı cümlədə qoşma işlənib?
A) Tək əldən səs çıxmaz
B) Tək sən bunu görə bilərsən
C) Qabaq bunlar burada yox idi
D) Dediklərinə əsasən mən bunu dedim
Atributivləşmiş söz hansıdır?
A) beş kitab
B) Qoca oturdu
C) cavan oğlan
D) gümüş qaşıq
Morfem nədir?
A) məna dəyişən səs
B) söz
C) tələffüzü fərqlənən hərf
D) sözün mənalı hissəsi
Biri mürəkkəb zərfdir:
A) Taybatay
B) Basabas
C) Gəlhagəl
D) Qaçaqaç
Biri vurğusunu dəyişərək fel ola bilər;
A) alma
B) əncir
C) tut
D) heyva
E) nar
"İmtahan sabah olasıdır". Bu cümlədə xəbər felin təsriflənən formalarından hansı ilə ifadə olunub?
A) vacib şəkli ilə
B) lazım şəkli ilə
C) arzu şəkli ilə
D) xəbər şəkli ilə
E) əmr şəkli ilə
"Kimsə qapını doydu". "Maraqlı bir kitab oxudum". Bu cümlələr sadə cümlənin şəxsə görə növlərindən hansına aiddir?
A) Şəxssiz cümləyə
B) Müəyyən şəxsli cümləyə
C) Qeyri-müəyyən şəxsli cümləyə
D) Ümumi şəxsli cümləyə
Aşiq, bu gün həzinəm,                                                             Qəmlə dolub xəzinəm.                                                                  Mən elə oxlanmadım,                                                                    Bir də duram gəzinəm.                                                               Bayatının hansı misralarında əvəzlik var?
A) I və III misralarda
B) I və II misralarda
C) III və IV misralarda
D) yalnız III misrada
Tapşırığı tamamlayın:                                                 (səhər-hər) (cənnət-cən)=?
A) hərə
B) cəhrə
C) tən
D) sənət
Bayrağımızın rəngləri, təqvimdə bayramların qırmızı rənglə işarə olunması, nişan üzüyü hansı yazı növünə nümunədir?
A) şəkli(piktoqrafik)
B) hərfi(fonoqrafik)
C) əşyəvi
D) fikri(ideoqrafik)
Hansı sözdə iltisaqilik  prinsipi  üç dəfə pozulub?
A) çiynimizdəki
B) oğlumgil
C) oğlumdakı
D) nakişi
Kitabı qələmi dəftəri pozanı bir sözlə çantanı bura gətir cümləsində hanı durğu işarələri buraxılmışdır?
A) 4 vergül, 1 qoşa nöqtə, 1 nöqtə
B) 4 vergül, 1 tire, 1 nöqtə
C) 5 vergül
D) 3 vergül, 1 qoşa nöqtə, 1 tire, 1 nöqtə
Ta...ça, bo...ça, ba...ça. Nöqtələrin yerinə aşağıdakı hərflərdən hansılar yazılmalıdır?
A) x, x, x
B) x, ğ, ğ
C) ğ, x, x
D) x, x, ğ
Sözlərdən biri digərləri ilə eyniköklü deyil:
A) yazdırmaq
B) yazıçı
C) yazlıq
D) yazışmaq
E) yazılmaq
Sadə sifətlərdən hansılar yalnız azaltma dərəcəsində olur?
A) kar, etnik
B) qara, uzun
C) ayaqyalın, göy
D) şirin, soyuq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top