Tapılan ümumi test sayı : 162

"fəryad deyildir", "şadlıqdır",  "rahatlıqdır"  sözləri haqqında verilənlərdən yalnız biri doğrudur:
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)
A) Hər üç söz sifətdən düzəlmiş isimdir.
B) Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
C) Biri isim, digərləri isə sifətdir.
D) Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
E) Heç birinin sinonimi yoxdur.
Hansı sözün leksik mənası səhv göstərilmişdir?
A) məftun – vurğun, valeh
B) məzuniyyət – işləyən adama istirahət üçün verilmiş müəyyən vaxt
C) məzəmmət – tərif
D) məzlum – zülmə məruz qalan
E) mətin – möhkəm, sarsılmaz
“İçəridəki” sifətinin morfoloji təhlilindəki səhvi göstərin.
A) Düzəltmə sifətdir.
B) Hansı? sualına cavab verir.
C) Adi dərəcədədir.
D) İki şəkilçi – bir leksik, bir qrammatik şəkilçi qəbul etmişdir.
E) Zərfdən düzəlib.
Cümlələrdən birində həmcins mübtədalar məsdər tərkibləri ilə ifadə olunmuşdur:
A) Ya öyrədən, ya öyrənən, ya dinləyən, ya da elmi sevən ol, amma beşincisi olma.
B) Bir şeyi həqiqətən bilmək onu anlamaqla olur.
C) Elmi əvvəlcə dinləmək, bundan sonra onu düşünmək və mənimsəmək, daha sonra isə anlamaq lazımdır.
D) Kasıblıqda sərvət olan, zənginlikdə isə zinət olan elmə yiyələnmək əsl səadətə çatmaq deməkdir.
E) Elmdə digərlərindən üstün olana yaraşan əməldə də onlardan üstün olmağıdır.
Hansı sözlərin tələffüzü düzgün verilməmişdir?
1. [tərriyəcək]
2. [seans]
3. [na:mə:lum]
4. [marağnan]
5. [yüzdüx’]
6. [ovsunnamax]
A) 1,4,6
B) 3,5,6
C) 1,4,5
D) 1,2,4
E) 2,3,5
Sıraların hansında "q" hərfi ayrı-ayrılıqda {q}, {ğ}, {x}, {k} səslərini ifadə edir?
A) aşiq, aşıq, əqidə birliyi
B) haqqında, toqqa, aşıq havası
C) əqrəba, anlaşıqlı, balıqqulağı
D) məxluq, natiq olmaq, artıq-əskik
E) üfüq xətti, uşaq, qənimət
Hansı sözü iki mənada başa düşmək olar?
A) düşüncə
B) əlcək
C) səngər
D) sürü
Sözlərdən neçəsi düzəltmədir?
dinlə, başla, gözlə, bəslə, ağla, yaxala, işarələ, qarşıla
A) 6-sı
B) 4-ü
C) 8-i
D) 3-ü
E) 5-i
“Əhməd Cavad Hüseyn Cavid Mikayıl Müşfiq bir sözlə dövrünün ziyalısı olan məşhur sənətkarlarımız 30-cu illərdə represiya dövründə faciəli surətdə qətlə yetirilmişlər” cümləsində hansı durğu işarələri buraxılmışdır?
A) 3 vergül, 2 tire
B) 4 vergül, 3 tire
C) 4 vergül, 1 defis
D) 2 vergül, 2 tire
E) 3 vergül, 2 defis
Söhbət hansı cümlədən gedir?
1. Xəbər əsasında formalaşır.
2. Mübtədası təxmin olunsa da, bərpa oluna bilir.
3. Xəbəri III şəxsin cəmində olur.
A) müəyyən şəxsli cümlə
B) şəxssiz cümlə
C) ümumi şəxsli cümlə
D) adlıq cümlə
E) qeyri-müəyyən şəxsli cümlə
Həm sadə, həm də düzəltmə sözlərin verildiyi cərgəni tapın.
A) tərbiyəvi, yoxla, mənəvi
B) sarsıntı, on birinci, bugünkü
C) əxlaqi, gözəllik, içimizdəki
D) yazıçı, açıqürəkli, şirindil
E) yoxsul, nadinc, yaşa
İsimləşmiş feli sifət tərkibinin işləndiyi cümləni müəyyənləşdirin.
A) Gözəl görən, gözəl düşünən kəslər həyatlarından ləzzət alarlar.
B) Sözündə heç vaxt yalan olmayan, üzündə isə həmişə incə bir təbəssüm olan rəfiqəmi çox sevirəm.
C) Əxlaqı gözəl olan insan hər yaşda gözəldir.
D) Etdiyimiz səhvləri bir daha təkrarlamamağa çalışmalıyıq.
E) Öz qüsurları ilə məşğul olanların başqalarının qüsurlarını araşdırmağa zamanı olmaz.
Hansı cərgədəki sözlərdə vurğu son hecaya düşmür?
A) impuls, təcil
B) elan, afişa
C) enerji, qüvvə
D) epiqraf, epiloq
E) gigiyena, qlükoza
Qeyri-müəyyənlik bildirən təsirlik hala aid edilmiş fikirlərdən biri yanlışdır:
A) II növ təyini söz birləşməsinin I tərəfi kimi çıxış edə bilir.
B) Xüsusi qrammatik şəkilçisi yoxdur.
C) Təsirli feldən əvvəl işlənir.
D) Nə? sualına cavab verir.
E) Cümlədə qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində işlənir.
“şəhər əhalisi o gözəl insanı ləyaqətlə qarşıladı” cümləsindəki isimlər hansı haldadır? Ardıcıllığı ilə göstərin.
A) yiyəlik, təsirlik, təsirlik
B) yiyəlik, adlıq, adlıq
C) adlıq, təsirlik, təsirlik
D) yiyəlik, adlıq, təsirlik
E) adlıq, adlıq, təsirlik
Tamamlayın: elan, reklam, bildiriş, .....
İstinad : bilikli.net
A) nota
B) afişa
C) ərizə
D) bəyanat
Davam etdirin:
dağıntı, tikinti, ....
A) sarsıntı
B) süzüntü
C) axıntı
D) söküntü
Verilmiş cümlələrdən biri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir:
A) Uşaqların imtahana gəlməkdə məqsədləri bu idi ki, “Galaxy” kursuna qəbul olsunlar.
B) Lazımsız həyəcana qapılıb narahat olmayın, çünki suallar məktəbdə keçdiyiniz mövzular əsasında hazırlanmışdır.
C) Sualları cavablandırarkən diqqətli olun ki, doğru variantı asanlıqla seçə biləsiniz.
D) O şagird ki uğur qazanacağına inanaraq məsuliyyətlə çalışır, istədiyinə nail olacaq.
E) Əziz şagirdlər, ilk öncə sizə uğurlar arzu edərək bildiririk ki, imtahan müddəti 3 saatdır.
Verilmiş nümunədə işlənmiş köməkçi nitq hissələrini müəyyənləşdirin.
- Buludmu olsam, gəmimi yoxsa?
Balıqmı olsam, yosunmu yoxsa?
- Nə o, nə o, nə də o.Dəniz olmalı, oğlum,
Buluduyla, gəmisiylə, balığıyla, yosunuyla!
(Nazim Hikmət)
1. qoşma
2. bağlayıcı
3. ədat
4. modal söz
5. nida
A) 1,2,3
B) 1,2,4
C) 3,4,5
D) 2,3,5
E) 1,4,5
Kökün daxili dəyişməsi nəticəsində yaranmış ərəb mənşəli qohum sözlərin cərgəsini müəyyənləşdirin.
A) dərk, idrak, müdrik
B) zikr, fikir, şükür
C) kəlam, kəlmə, kələm
D) kitab, məktəb, mədrəsə
E) söhbət, müsahibə, mühasib
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top