Tapılan ümumi test sayı : 162

Xitab haqqında verilmiş fikirlərdən biri səhvdir:
A) Söz birləşmələri ilə ifadə olunan xitablar quruluşca mürəkkəb sayılır.
B) Xitablar cümlə üzvləri ilə məna cəhətdən əlaqədə olsa da, qrammatik cəhətdən əlaqədə deyil.
C) Cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir.
D) Təyinlə işlənib-işlənməməsi baxımından geniş və müxtəsər olur.
E) Cümlənin əvvəlində, ortasında və ya sonunda işlənməsindən asılı olmayaraq özündən sonra həmişə vergül qoyulur.
“Güclüsünüz” sözünün fonetik təhlilindəki doğru fikirləri göstərin.
1. [güjdüsüz] şəklində tələffüz olunur.
2. Sözdə incə, dodaqlanan, qapalı 4 sait səsişlənmişdir.
3. Vurğusu ikinci hecadadır.
4. Sözün hecaları güc-lü-süz şəklindədir.
5. Ahəng qanunu pozulmamışdır.
6. Kar qarşılığı olmayan bir cingiltili samit işlənmişdir.
A) 2,4,5
B) 2,4,6
C) 2,3,6
D) 1,3,4
E) 1,3,5
Sözlərdən birinin yazılışında səhvə yol verilmişdir:
A) ala-toranlıq
B) aqrar-sənaye
C) aparat
D) antena
E) akasiya
Cümlələrdən birində ismi xəbər işlənmişdir.
A) Mən oxumağı xoşlayıram.
B) O, yolu asta -asta gedirdi.
C) Hər bir insanın arzusu çoxdur.
D) Sən gözlə, mən gələcəyəm.
E) Sənə doğru gəlmədi.
Leksikologiyada öyrənilmir?
A) məcazi məna
B) çoxmənalı sözlər
C) həqiqi məna
D) omonimlər
E) ahəng qanunu
Felin quruluşca növləri haqqında fikirlərdən biri səhvdir:
A) Sadə fellər bir kökdən ibarət olur
B) Sadə fellərə hər cür söz dəyişdirici şəkilçi əlavə edib onları müxtəlif qrammatik formalara salmaq olmur
C) Düzəltmə fellər, əsasən, isimdən və sifətdən düzəlir
D) Azərbaycan dilində hərəkət bildirən mürəkkəb söz yoxdur
Biri çoxmənalı sözdür.
A) tabaşir
B) silgi
C) otaq
D) lövhə
E) müəllim
Sözlərdən biri omonim kimi işlənə bilər.
A) qalaq
B) bilək
C) buruq
D) qalıq
E) dalaq
Hansı sözdə uzun saitlə vurğu eyni hecadadır?
1.sonra
2.alim
3.mömin
4.bəzi
5.musiqi
A) 2,5
B) 3,4
C) 1,4
D) 2,3,4
E) 1,2,4
Hansı söz alınma deyil?
A) bayaq
B) tibb
C) qənimət
D) müjdə
E) rütbə
”qüssəli” sözünün leksik təhlilindəki səhvi göstərin.
A) Ümumişlək sözdür.
B) Sözün kökü alınmadır.
C) Sinonimi qəmli, kədərli sözlərdir.
D) Omonim söz deyil.
E) Antonimi yoxdur.
Biri köhnəlmiş sözdür.
A) məhrəba
B) lapdan
C) yazı
D) eyzən
E) becid
Məntiqi ardıcıllığı tamamlayın.
yetərsay, əyləc, nəfəslik ...
A) girvənkə
B) televizor
C) cangüdən
D) Kəndxuda
E) etimologiya
“üz” sözünün leksik təhlilindəki səhvi tapın.
A) Sinonimi var
B) Omonim kimi işlənə bilir
C) Milli mənşəli sözdür
D) Təkmənalı sözdür
E) Ümumişlək sözdür
Sözlərdən biri əsl Azərbaycan mənşəli termindir.
A) Fel
B) müxəmməs
C) mübaliğə
D) qoşma
E) təcnis
“bax ? dı”. Burada sual işarəsinin yerinə hansı şəkilçini yazsaq, düzəltmə söz alınar?
A) –ıl
B) –malı
C) –ar
D) –acaq
E) –mış
Sözlərdən birinin tərkibində üç leksik şəkilçi var.
A) normallaşır
B) qanunsuzluqdan
C) ağartı
D) bağlatdırmalıyıq
E) dinləməmişik
Biri sadə sözdür?
A) çatla
B) saatsaz
C) laməkan
D) ilahi
E) əzabkeş
Səsdüşümü hadisəsi baxımından ardıcıllığı tamamlayın.
tövbə səhvsiz, xoşbəxtlik ...
A) dostluq
B) ailə
C) lənət
D) müştəri
E) avtobus
Hansı frazeoloji birləşmənin mənası səhv verilmişdir.
A) gözü kəlləsinə çıxmaq - qorxmaq
B) göz ağartmaq - acıqlanmaq
C) burnunun ucunda danışmaq- mızıldanmaq
D) gözdə-qulaqda olmaq - ayıq olmaq
E) dilini saxlamaq – susmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top