Tapılan ümumi test sayı : 237

Pedaqoji texnologiya:
A) Pedaqoji fəaliyyətin nəticəsidir.
B) Müəllimin qarşısına qoyulan tələblərdir.
C) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir.
D) Öyrənilən elm sahəsində ideyalar məcmusudur.
E) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur.
Fənyönümlü kurikuluma aid olan fikri müəyyən edin. 1.Şagirdlərin həyati bacarıqlarının inkişafı ön plana keçir 2.Elm sahəsi və mükəməl anlayışlar sistemini əhatə edir 3.İnsanın gələcək həyat fəaliyyətində lazım olacaq praktiki bacarıq və vərdişlər əhatə edilir 4.Biliklərin möhkəmliliyi və davamlılığı artır. 5.İnsanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür. 6.Biliklərin həcmi və miqdarı əsas rol oynayır.
A) 1,2,3 2
B) 1,2,4
C) 2,4,6
D) 1,3,5
E) 1,3,4
Bu üsulun məqsədi problemin həlli yollarını araşdırmaq,səmərəli həll yolu tapılması ilə bağlı qərarlar qəbul etmək qabiliyyəti inkişaf etdirməkdir. Bu hansı üsuldur?
A) Beyin həmləsi
B) Auksion
C) Klaster
D) Anlayışın çıxarılması
E) Ziqzaq
Fərziyyələri yoxlamaq və tədqiqat sualına cavab tapmaq üçün faktların axtarılması. Bu dərsin hansı mərhələsinə aiddir?
A) yaradıcı tətbiqetmə
B) nəticə və ümumiləşdirmə
C) informasiya mübadiləsi
D) tədqiqatın aparılması
E) informasiya müzakirəsi
Təlim amilləri dedikdə nə başa düşülür?
A) Təlim prosesinin gedişinə və nəticələrinə təsir edən səbəblər
B) Təlimin təşkilinin başlıca formaları
C) Didaktik prinsiplərin sistemli təsnifatı
D) Təlimin müasir növləri
E) Təlim texnologiyalarının xarakteristikası
Tənqidi təfəkkürə aid olanı seçin:
A) Ümumləşdir, əsas ideyanı seçib ayır.
B) Öz şəxsi izahını ver, problemi müəyyən et, fərziyyələr irəli sür.
C) Mahiyyət və mənasını ifadə et.
D) Dəyişiklik etməklə yarat, quraşdır.
E) Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et.
Pedaqoji texnologiya:
A) Müəllimin qarşısına qoyulan tələblərdir.
B) Öyrənilən elm sahəsində ideyalar məcmusudur
C) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir.
D) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur.
E) Pedaqoji fəaliyyətin nəticəsidir.
Məntiqi təfəkkürə aid olan variant müəyyən edin.
A) proqnozlaşdırmaq, müqayisə et ,analoqunu tap
B) nəticə çıxartmaq, əlaqə yaratmaq
C) proqnoz vermək,simvol şəklində təsvir etmək
D) səhvləri tapmaq, faktlari uydurmadan seçib ayırmaq
E) məsləhət vermək,doğru və yanlışı müqayisə etmək
Aşağıdakılardan yanlış olanı seçin.
A) Kontekstual bilik hər hansı prosesdə əldə edilən yeni informasiyanın tətbiq edilməsi ilə əldə olunan biliklərdir
B) Təlim strategiyası məqsədə çatmaq üçün müəyyən olunmuş istiqamətdir
C) Standartın fəaliyyət komponenti mövzunu müəyyən etməyə imkan verir
D) Deklarativ bilik məlumat xarakterli biliklərdir
E) Standartın fəaliyyət komponenti təlim strategiyalarını müəyyən etməyə imkan verir
Fənyönümlü kurikuluma aid olan fikri müəyyən edin. 1.Şagirdlərin həyati bacarıqlarının inkişafı ön plana keçir 2.Elm sahəsi və mükəməl anlayışlar sistemini əhatə edir. 3. İnsanın gələcək həyat fəaliyyətində lazım olacaq praktiki bacarıq və vərdişlər əhatə edilir 4.Biliklərin möhkəmliliyi və davamlılığı artır. 5.İnsanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür. 6.Biliklərin həcmi və miqdarı əsas rol oynayır.
A) 1,2,4
B) 1,2,3
C) 1,3,5
D) 1,3,4
E) 2,4,6
Diaqnostik qiymətləndirmə nəyə xidmət edir? 1. şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən-ləşdirməyə, 2. müəllimin təlim strategiyalarının seçilməsinə 3. şagirdin bilik və bacarığını formalaşdırmasına 4.bilik və bacarıqların təlim nəticələrinə istiqamətlənməsinə 5. şagirdə fərdi yanaşmanın təmin edilməsinə 6. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa.
A) 2,3,4,5
B) 1,2,4,6
C) 1,2,5,6
D) 2,3,4,6
E) 1,2,3,5
Uyğunluğu müəyyən edin. 1.Fəndaxili inteqrasiya 2.Fənlərarası inteqrasiya 3.Fənnüstü inteqrasiya a. İnteqrasiyanın ən yüksək səviyyəsi olmaqla təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. b. İki və ya daha artıq fənnin əhatə etdiyianlayış,bilik,bacarıq,prinsiplərin sintezidir c. Bu səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar
A) 1-c,2-b,3-a
B) 1-c,2-a,3-b
C) 1-a,2-b,3-c
D) 1-b,2-a,3-c
E) 1-a,2-c,3-b
Tənqidi təfəkkürə aid olanı seçin:
A) Mahiyyət və mənasını ifadə et
B) Ümumləşdir, əsas ideyanı seçib ayır.
C) Öz şəxsi izahını ver, problemi müəyyən et, fərziyyələr irəli sür.
D) Dəyişiklik etməklə yarat, quraşdır.
E) Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et.
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 2
B) 5
C) 4
D) 3
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
B) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
C) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
D) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Məzmun
B) Keyfiyyət
C) Vaxt
D) Kəmiyyət
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
B) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
C) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
D) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
B) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
C) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
D) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
Summativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) bölmə və hər mövzunun sonunda
B) bölmə və bəhslərin, yarımilin sonunda.
C) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq.
D) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almaq məqsədilə.
B) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə
C) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə
D) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top