Tapılan ümumi test sayı : 237

AŞAĞIDAKILARDAN BİRİ TƏLİMIN TƏŞKİLİNƏ VERİLƏN TƏLƏBLƏRƏ DAXİL DEYİL:
A) Yekun qiymətləndirmənin aparılması
B) Şagirdyönümlülük
C) Təlimdə bərabər imkanların yaradılması
D) Pedaqoji prosesin tamlığı
E) Fəaliyyətin stimullaşdırılması
TƏHSİL STANDARTI:
A) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir
B) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur
C) Təhsilalanların kompetensiyalarının məcmusudur
D) Şagird nailiyyətlərinin keyfiyyət göstəricisidir
E) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarıdır
MƏZMUN XƏTTİ NƏDİR?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
B) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
C) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
D) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir
E) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
KURİKULUMUN ƏSAS XÜSUSİYYƏTİ:
A) Qiymətləndirmə mexanizmləri müəyyən edilmişdir.
B) İnteqrasiya sistemli xarakter daşımır.
C) Bilikyönümlüdür
D) Müəllimyönümlüdür
E) Fənyönümlüdür.
FƏNN KURİKULUMUNUN STRUKTURUNA AİD OLMAYANI SEÇİN:
A) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
B) Fənn üzrə ümumi təlim nəticələri
C) Tədris planı
D) Məzmun standartlarının şərhi
E) Təlim strategiyaları
KURİKULUM NƏDİR?
A) Şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən sənəddir
B) Müəllim fəaliyyətinin planlaşdırılmasına və idarə edilməsinə kömək edən sənəddir
C) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün zəmin yaradan sənəddir.
D) Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.
E) Təlimin məzmunu ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir
SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDLƏRİ:1. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək.2. Sinfin ilkin səviyyəsini müəyyənləşdirmək.3. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək.4. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək.5. Təlimin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin, tədris ilinin sonunda) şagirdlərin nailiyyətlərini qiymətləndirmək.
A) 1, 2, 3
B) 2, 4, 5
C) 1, 4, 5
D) 2, 3, 5
E) 1, 3, 5
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇIN:1. Bəhs və ya bölmənin sonunda keçirilir.2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.4. Yarımilin sonunda keçirilir.5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 1,2,3
B) 2,3,4
C) 2,4,5
D) 1,3,5
E) 1,3,4
MÜƏLLİMLƏRİN İNNOVATİV FƏALİYYƏTİNIN NƏTİCƏSİNƏ AİD OLANLARI GÖSTƏRİN:1. Təhsilin keyfiyyəti yüksəlir.2. Təhsildən yayınma halları artır.3. Təhsil müəssisəsinin nüfuzu artır.4. Şagirdlərin kompetensiyasıartır.5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir.
A) 2, 3, 5
B) 1, 2, 3
C) 1, 3, 4
D) 2, 3, 4
E) 1, 3, 5
Azərbaycan Respublikasında hansı təhsil formaları tətbiq olunur?
A) özəl, qeyri-formal, informal
B) formal, fərdi, informal
C) formal,qeyri-formal, informal
D) formal və qeyri-formal
VERİLƏNLƏRDƏN ALT – STANDARTIN FUNKSİYALARINI SEÇİN: 1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır 2.Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır 3.Təlimdə inteqrativliyi təmin edir 4.Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir 5.Təlimin məzmununun davamlı inkişafını təmin edir
A) 2,4,5
B) 1,3,5
C) 1,2,5
D) 1,2,3
E) 1,3,4
MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD DEYİL:
A) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır
B) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir
C) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir
D) Təlim proresində şagirdə obyekt kimi yanaşır
E) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
NƏYƏ GÖRƏ MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ MƏQSƏDƏUYĞUN OLMALIDIR? 1. Tədqiqatı dərsin nəticələrinə istiqamətləndirir. 2. 45 dəqiqə ərzində dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirməyə imkan yaradır. 3. Dərsi maraqlı edir, dərs vaxtında qurtarır. 4. Şagirdlərdə idrak fəallığı oyadır.
A) 2,4
B) 3,4
C) 2,3
D) 1,2
E) 1,4
AŞAĞIDAKILARDAN BİRİ ƏSAS STANDARTIN FUNKSİYASIDIR:
A) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
B) Təlim üsullarının seçilməsini təmin edir. Təlimdə inteqrativliyi təmin edir
C) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
D) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
BİLİK KATEQORİYASINA AİD OLANI SEÇİN.
A) Ünsiyyət
B) Psixomotor
C) Emosional-affektiv
D) Deklarativ
E) İdraki
MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏNİN NÖVLƏRİ:
A) Yarımillik, illik, summativ
B) Diaqnostik, formativ, illik
C) Formativ, şifahi, praktik
D) Yarımillik, illik, diaqnostik
E) Diaqnostik, formativ, summativ
MÜASİR QİYMƏTLƏNDİRMƏYƏ AİD EDİLƏ BİLMƏZ:
A) Şagirdlərin yarımillik qiymətlərinin çıxarılmasında formativ qiymətləndirmə əsas rol oynayır
B) Məzmun standartlarının reallaşdırılma səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilir
C) Qiymətləndirmə təhsil keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır
D) Qiymətləndirmə tədris prosesinin bütün mərhələlərində tətbiq edilir
E) Şagirdin nailiyyətləri qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir
FƏNN KURİKULUMUNA AİD DEYİL:
A) Məzmun xətləri
B) Ümumi təhsilin məzmunu
C) Məzmun standartlarına verilən şərhlər
D) Fənn üzrə ümumi təlim nəticələri
E) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİ DEYİL:
A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
B) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
C) Təfəkkürə əsaslanması
D) Dialoji təlimə üstünlük verilməsi
E) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi
Milli kurikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) Tələbyönumluk
B) Subyektivlik
C) Şəxsiyyətyönümlük
D) nəticəyönümlükr
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top