Tapılan ümumi test sayı : 237

Dərsin cari planlaşdırılmasında nəzərdə tutulmur:
A) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
B) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi.
C) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi.
D) Dərsin icmalının hazırlanması
E) İş vərəqlərinin hazırlanması
Şagirdlərdə mənəvi tərbiyənin əsas metodu:
A) Cəzalandırmaq
B) İnandırmaq
C) Tapşırıq vermək
D) Danlamaq
E) Bütün cavablar doğrudur
Müəllimin innovativ fəaliyyətinə aid deyil:
A) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır.
B) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir.
C) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
D) Təlim proresində şagirdə obyekt kimi yanaşır.
E) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir.
İdrak taksonomiyası üzrə səviyyə və təlim nəticələrini uyğunlaşdırın: 1. Bilik   a) dəyişir,nümayiş etdirir 2. Anlama   b) müəyyən edir,sadalayır 3. Tətbiqetmə   c) fərqləndirir,izah edir 4. Analiz   d) ayırır, müəyyən edir
A) 1-b, 2-c, 3-a, 4-d
B) 1-b, 2-c, 3-d, 4-a
C) 1-b,2-c,3-d,4-a
D) 1-c, 2-b,3-d,4-a
E) 1-b,2-d,3-a,4-c
Deklarativ bilik nədir?
A) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
B) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir.
C) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
D) Fənn üzrə məlumat xarakterli biliklərdir.
E) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
Biri fənn kurikulumunun strukturuna aid deyil:
A) Təhsilin məzmunu
B) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
C) Təlim strategiyaları
D) Fənn üzrə ümumi təlim nəticələri
E) Məzmun standartlarının şərhi
Məzmun xətti nədir?
A) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
C) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
D) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
E) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
Aşağıdakılardan biri əsas standartın funksiyasıdır:
A) Təlim üsullarının seçilməsini təmin edir.
B) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
C) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
D) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
E) Təlimdə inteqrativliyi təmin edir.
“Nəticəyönümlülük”dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
B) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi
C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması
D) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi
E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
FORMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDİ:
A) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
B) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
C) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
D) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
E) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ NƏ VAXT APARILIR?
A) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində
B) Tədris ilinin sonunda
C) Bölmə və bəhslərin, yarımilin sonunda
D) Təhsil səviyyələrini başa vurarkən
E) Hər ayın əvvəlində
TƏLİM STRATEGİYALARINA AİD OLMAYANI GÖSTƏRİN:
A) Fənn üzrə təlimin təşkilinə verilən tələblərin təsviri
B) Planlaşdırmaya dair nümunələr
C) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
D) Məzmun standartlarının şərhi
E) Sinifdənkənar tədbirlərin təşkil edilməsi
PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI TEZ-TEZ MÜŞAHİDƏ OLUNAN SƏHVİ GÖSTƏRİN:
A) Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa çalışır
B) Problemin həlli xüsusi tədqiqat tələb etməlidir
C) Problemin həlli müxtəlif fərziyyələr yaradır
D) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir
E) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
NƏ ÜÇÜN MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ ƏQSƏDƏUYĞUN OLMALIDIR?
A) Dərsin vaxtında başa çatmasına kömək edir
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır
C) Şagirdlərdə idrak fəallığı oyadır
D) Tədqiqat prosesini çətinləşdirir
E) Tapşırıqları düzgün yerinə yetirməyə kömək edir
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN xÜSUSİYYƏTİDİR:
A) Hafizəyə əsaslanır
B) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
C) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması
D) Avtoritar metoda əsaslanır
E) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması
CARİ PLANLAŞDIRMADA ƏN ÇOX BURAXILAN SƏHV hANSIDIR?
A) Dərslikdəki materialı mənimsətmək
B) Dərsin təlim nəticələrinə uyğun tapşırıqlar hazırlamaq
C) İş vərəqlərini hazırlamaq
D) Dərsdə reallaşdırılacaq alt-standartları müəyyənləşdirmək
E) Dərsin təlim nəticələrini müəyyənləşdirmək
TƏLİM PROSESİNDƏ TAKSONOMİYALAR NƏYƏ XİDMƏT EDİR?
A) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək
C) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək
D) Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq
E) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək
TƏRBİYƏ SİSTEMİNİN KOMPONENTİ DEYİL:
A) Tərbiyəvi işin forma və üsulları
B) Tərbiyənin prinsipləri
C) Tərbiyənin məqsədi
D) Tolerantlığın formalaşdırılması
E) Tərbiyənin məzmunu
PEDAQOJİ TEXNOLOGİYA:
A) Öyrənilən elm sahəsində ideyalar məcmusudur
B) Pedaqoji fəaliyyətin nəticəsidir
C) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir
D) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur
E) Müəllimin qarşısına qoyulan tələblərdir
TƏHSİLALANLARIN MƏNƏVİ TƏRBİYƏSİNDƏ ƏSAS METOD:
A) Tapşırıq vermək
B) Tənbeh etmək
C) Nəzarət etmək
D) İnandırmaq
E) Məsuliyyətli işə cəlb etmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top