Tapılan ümumi test sayı : 237

PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI BURAXILAN SƏHVİ GÖSTƏRİN:
A) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
B) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur
C) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
D) Problemin həlli müxtəlif fərziyyələr yaradır
E) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır
PEDAQOJİ TEXNOLOGİYA:
A) Düzgün cavab yoxdur
B) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu
C) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
D) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
E) Bütün cavablar doğrudur
“ŞƏXSİYYƏTYÖNÜMLÜLÜK” DEDİKDƏ KURİKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
B) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi
C) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
D) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi
E) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİNİN DÜZGÜN ARDICILLIĞINI MÜƏYYƏN EDİN: 1. Motivasiya 2. Qiymətləndirmə 3. Məlumat mübadiləsi 4. Tədqiqatın aparılması 5. Ümumiləşdirmə və nəticələrin çıxarılması 6. Məlumatın müzakirəsi 7. Yaradıcı tətbiqetmə
A) 1,4,3,5,7,6,2
B) 1,4,3,6,5,7,2
C) 1,3,4,2,5,7,6
D) 1,2,6,3,5,4,7,2
E) 1,2,4,3,6,7,5
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİDİR:
A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
B) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması.
C) Monoloji təlim
D) Problemin həlli prosesində biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi
E) Hafizəyə əsaslanan təlim
“Təhlil et, izah et, şərh et, nəticə çıxar” ifadələrini təfəkkürün hansı növünə aid etmək olar?
A) Yaradıcı təfəkkürə.
B) Tənqidi təfəkkürə
C) Biliyə
D) Məntiqi təfəkkürə
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇİN: 1. Bəhs və ya bölmənin sonunda keçirilir. 2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır. 3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir. 4. Yarımilin sonunda keçirilir. 5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 2,4,5
B) 1,3,5
C) 1,2,3
D) 2,3,4
E) 1,3,4
Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır? 1. Məzmun standartına əsasən dərslikdəki (müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq. 2. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək. 3. Tədris vahidlərinin və mövzuların ardıcıllığını, vaxt bölgüsünü müyyənləşdirmək. 4. İnteqrasiya imkanlarını və istifadə olunacaq mənbələri (resurslsrı) müəyyənləşdirmək.
A) 1, 2, 3
B) 1, 2, 4
C) 1, 3, 4
D) 2, 4, 3
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TƏDRİS İLİNİN HANSI MƏRHƏLƏSİNDƏ APARILIR?
A) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə təlimin istənilən mərhələsində
B) Bəhs və ya bölmənin sonunda fənni tədris edən müəllim tərəfindən aparılır
C) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik
D) Təlim prosesisinin əvvəlində
E) Yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır
DƏRSİN CARİ PLANLAŞDIRILMASINDA NƏZƏRDƏ TUTULMUR:
A) İş vərəqlərinin hazırlanması
B) Dərsin icmalının hazırlanması
C) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi
D) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi
E) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
SUMMATİV QİYMƏTLƏNDİRMƏ HANSI MƏQSƏDLƏ APARILIR?
A) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
B) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
C) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
D) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
E) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə
Summativ qiymətləndirmə şkalasına görə neçə faiz düzgün cavab verən şagird “4” qiymət alır?
A) (50% - 80%]
B) (60% - 80%)
C) (50% - 80%)
D) (60% - 80%]
DEKLARATİV BİLİK NƏDİR?
A) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
B) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir
C) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
D) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
E) Fənn üzrə məlumat xarakterli biliklərdir
MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD OLMAYANLARI GÖSTƏRİN: 1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir 2. Yeni təlim üsulları yaradır 3. Təlim proresində şagirdə obyekt kimi yanaşır 4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir 5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 1,3,5
B) 4,5
C) 1,2
D) 3,5
E) 1,2,4
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏNİN ƏSAS MƏQSƏDİ NƏDƏN İBARƏTDİR?
A) Tədris ilinin sonunda şagirdlərin nailiyyətlərini qiymətləndirmək
B) Şagirdlərin tədris vahidinin sonunda əldə etdikləri bilik və bacarıqların hansı səviyyədə olduğunu yoxlamaq
C) Təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıqlarının səviyyəsinin üzə çıxarılmasını təmin etmək
D) Şagirdlərin özünüqiymətləndirmə bacarığını inkşaf etdirmək
E) Şagirdlərin müvəffəqiyyəti barədə valideynləri məlumatlandırmaq
Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə.
B) Təhsilin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin və ya ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
C) Təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.
D) Şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə.
Uyğunluğu müəyyən edin? 1. Diaqnostik qiymətləndirmə 2. Formativ qiymətləndirmə 3. Summativ qiymətləndirmə a) Bu qimətləndirmənin nəticələri rəsmi qeyd olunmur. b) Bu qimətləndirmə davamlı və səmərəli əks-əlaqə mexanizmidir. c) Kiçik və böyük qiymətləndirmə formaları vardır.
A) 1b, 2c, 3a
B) 1c, 2a, 3b
C) 1a, 2b, 3c
D) 1b, 2a, 3c
Planlaşdırmanın neçə növü var?
A) 1
B) 4
C) 3
D) 2
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ HANSI MƏRHƏLƏDƏ APARILIR?
A) Bölmə və bəhslərin, yarımilin sonunda.
B) Tədris ilinin sonunda.
C) Hər ayın əvvəlində.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
REFLEKSİYA MƏRHƏLƏSİ NƏYƏ XİDMƏT EDİR?
A) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
B) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
C) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Tədqiqatın nəticələrini müzakirə etməyə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top