Tapılan ümumi test sayı : 162

Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda "q-ğ" əvəzlənməsi baş vermir?
A) bıçaq
B) vərəq
C) oraq
D) daraq
E) maraq
”böyüklüyü” sözündə neçə leksik şəkilçi var?
A) 3
B) 2
C) 1
D) 4
Məntiqi tapın:                                                                       yol  -351                                                                                nar  -427                                                                              yara-3272                                                                        rayon-?
A) 34110
B) 5253
C) 12345
D) 72354
Mübtəda rolunda çıxış edən o, bu əvəzliklərindən sonra hansı köməkçi nitq hissəsi gələrsə mübtədadan sonra vergül qoyular?
A) modal söz
B) nida
C) qoşma
D) ədat
E) bağlayıcı
Mən düşünürəm, demək, mən varam.(R.Dekart)Bu cümlədə neçə əsas, neçə köməkçi nitq hissəsi var?
A) 5 əsas
B) 4 əsas, 1 köməkçi
C) 2 əsas, 2 köməkçi
D) 3 əsas, 2 köməkçi
Hansı sözdə bitişdirici samit işlənib?
A) körpülərin
B) əlcəyin
C) Səlimin
D) körpünün
E) sənətin
Nəyə görə zərflik və təyin cümlənin qrammatik əsası hesab edilir?
A) mənalarına görə
B) bunların heç biri qrammatik əsas deyil
C) əsas nitq hissəsi olduğuna görə
D) cümlədə roluna görə
E) suallarına görə
Frazeoloji birləşmələrdən birinin mənası düzgün deyil:
A) Vecinə almamaq - saymamaq
B) Ürəyi ağzına gəlmək- ölmək
C) ələ vermək- təslim etmək, satmaq
D) Mat qalmaq- son dərəcə təəccüblənmək
Məsdər nə zaman cəmlənə bilər?
A) I şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etdikdə
B) Felin xüsusiyyətini qəbul etdikdə
C) cəmlənə bilmir
D) III növ təyini söz birləşməsinin əsas tərəfi olduqda
"Poema" sözünün fonetik təhlili hansı cərgədə səhvdir?
A) "p"kar ,"m"cingiltilidi
B) Sözdə 5 hərf, 5 səs var
C) Ahəng qanunu pozulub
D) Söz 3 hecadan ibarətdir
E) Vurğu son hecaya düşür
Sözlərin mənşəyini nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın.
neologizm, əlifba, vurğu, sinonim, fel, ...
A) Sintaksis
B) ədat
C) bağlayıcı
D) intonasiya
E) morfologiya
Nümunədə işlənməmişdir:
Yuxudur ömrün üçdə biri,
İşləyirik üçdə birini,
Yerdə qalır üçdə biri.
İstəyirsən yaşa,
istəyirsən yat. (Fikrət Sadıq)
A) düzəltmə fel
B) sadə isim
C) kəsr sayı
D) qeyri-müəyyən miqdar sayı
E) III növ təyini söz birləşməsi
“Əsəbiləşdirmək” sözünün tərkibinə görə təhlilinə uyğun tərkibli sözləri seçin.
1. yelləncəkdəkilər
2. mənimsədildi
3. çəkisizlikdə
4. əmimgildəkilər
5. yaralılardan
6. qısqanclığın
A) 1,2
B) 4,5
C) 2,3
D) 1,4
E) 5,6
Şəxs əvəzlikləri ilə qeyri-müəyyən əvəzliklərin oxşarlığı haqqında hansı fikir yanlışdır?
A) Xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəriola bilirlər.
B) Hər ikisi hallanır, mənsubiyyətə görə dəyişir.
C) Cəmlənmə imkanları hər ikisində məhduddur.
D) Hər ikisi ismin yerində işlənir.
E) Cümlədə, əsasən, mübtəda və tamamlıq olurlar.
Buradakı fellərin zamanlarını işlənmə ardıcıllığı ilə göstərin.
1. keçmiş zaman
2. gələcək zaman
3. indiki zaman
Demərəm, Məcnunam, çölə düşmüşəm,
Ya sellərə dönmüş gözlərimdə su.
Ancaq çox yerlərə aparır məni
Sizi bircə dəfə görmək arzusu.
A) 1,2,3
B) 3,1,2
C) 2,1,3
D) 2,3,1
E) 3,2,1
Fellərdən biri icbar növdədir:
A) bildir
B) sevdir
C) güldürmə
D) qaldır
E) alışdır
Sözlərin mənşəyini nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın:                                                                neologizm, əlifba, vurğu, sinonim, fel, .......
A) Morfologiya
B) Ədat
C) Sintaksis
D) İntonasiya
E) Bağlayıcı
Feldən düzəlmiş fel hansıdır?
A) qorxutmaq
B) ağardılmışdır
C) sancı
D) birləş
Felin hansı zamanlarının şəxs şəkilçiləri eynidir?
A) qeyri-qəti gələcək və indiki zaman
B) indiki və nəqli keçmiş zaman
C) şühudi keçmiş və qəti gələcək zaman
D) nəqli keçmiş və qəti gələcək zaman
Asılı tərəfi sifət olan I növ təyini söz birləşmələrini seçin.
1. ipək yaylıq
2. körpə gülüşü
3. cəsur ürək
4. sonuncu sual
5. həmin müəllim
6. igid əsgər
A) 1,3
B) 3,6
C) 3,4
D) 4,5
E) 2,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top