Tapılan ümumi test sayı : 1487

Yük qoşqusunda adamların daşınmasına icazə verilir?
A) Qadağandır.
B) İcazə verilir, əgər onlar yükü müşayiət edirlərsə.
C) İcazə verilir, ancaq oturacaq yerləri olduğu halda.
Əyləci (tormoz sistemi) və sükan idarəsi nasaz olan avtomobili adi üsulla yedəyə almağa icazə verilir, əgər bu avtomobilin faktiki kütləsi yedəyə alan avtomobilin faktiki kütləsinin 50%-indən artıqdırsa?
A) İcazə verilir, ancaq sürət saatda 30 kilometrdən artıq olmamalıdır.
B) Qadağandır.
C) İcazə verilir.
Yan qoşqulu motosikletləri yedəyə almağa icazə verilir?
A) Xeyr.
B) Bəli.
Buzlu yol şəraitində yedəyə almağa icazə verilir, əgər yedəyə alan nəqliyyat vasitəsində əyləc (tormoz sistemi) və sükan idarəsi saz vəziyyətdədirsə?
A) Sərt yedəyə alma və ya qismən yükləmə yolu ilə icazə verilir.
B) Hər bir halda icazə verilir.
C) Qadağandır.
Hansı hallarda elastik yedəyə alma qadağan edilir?
A) Ancaq buzlu yol şəraitində.
B) Sadalanan bütün hallarda.
C) Ancaq məhdudiyyətli görünmə şəraitində.
D) Ancaq dağ yollarında.
Birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında nə qədər məsafənin qalmasını təmin etməlidir?
A) Qaydalar bu məsafəni təyin etmir.
B) 4 metrdən 6 metrə qədər.
C) 4 metrə qədər.
Elastik yedəyə alma halında birləşdirici hissə nəqliyyat vasitələri arasında nə qədər məsafənin qalmasını təmin etməlidir?
A) 4 metrə qədər.
B) 4 metrdən 6 metrə qədər.
C) Qaydalar bu məsafəni təyin etmir.
Yedəyə alan minik avtomobilində sərnişinlərin daşınmasına icazə verilir?
A) İcazə verilir, ancaq sərt birləşdirici ilə yedəyə alma zamanı.
B) İcazə verilir.
C) Qadağandır.
Sərt birləşdirici ilə yedəyə alınan avtobusda sərnişinlərin daşınmasına icazə verilir?
A) İcazə verilir, ancaq sutkanın işıqlı vaxtı.
B) İcazə verilir.
C) Qadağandır.
Yedəyə alınan minik avtomobilində sərnişinlərin daşınmasına icazə verilir?
A) İcazə verilir.
B) Qadağandır.
C) İcazə verilir, ancaq sərt və elastik birləşdiricilərlə yedəyə alınan zaman.
Yaşayış məntəqəsindən kənarda ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
A) Ancaq faraların işıqlarının qısamüddətli yandırılıb-söndürülməsindən.
B) Sadalanan hər bir siqnaldan.
C) Ancaq səs siqnalından.
Siz arxa duman fənərlərindən istifadə edə bilərsiniz:
A) Ancaq sutkanın qaranlıq vaxtı.
B) Hər iki sadalanan hallarda.
C) Ancaq məhdud görünmə şəraitində.
Dayanma və ya durma zamanı "Avtoqatar" tanınma nişanı yandırılmalıdır:
A) Ancaq sutkanın qaranlıq vaxtında süni işıqlandırmanın olmadığı yerlərdə.
B) Ancaq məhdud görünmə şəraitində.
C) Sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində, süni işıqlandırmanın varlığından asılı olmayaraq.
Sutkanın qaranlıq vaxtı hansı hallarda nəqliyyat vasitəsini işıq siqnalları söndürülmüş vəziyyətdə duracağa qoymağa icazə verilir?
A) İşıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə.
B) Bütün hallarda icazə verilir.
C) Bütün hallarda bu, qadağandır.
Sutkanın işıqlı vaxtında yaşayış məntəqəsində ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
A) Ancaq səs siqnalından.
B) Sadalanan hər bir siqnaldan.
C) Ancaq faraların işıqlarının qısamüddətli yandırılıb-söndürülməsindən.
Sutkanın işıqlı vaxtında mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Qabarit işıqlar.
B) Faraların yaxın işıqları və ya duman faraları.
C) Yaxın və ya uzaq işıqlar.
Sutkanın işıqlı vaxtında xüsusi olaraq ayrılmış zolaqda nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Qabarit işıqlar.
B) Faraların yaxın işıqları və ya duman faraları.
C) Yaxın və ya uzaq işıqlar.
Sutkanın işıqlı vaxtında təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Faraların yaxın işıqları və ya duman fənərləri.
B) Qabarit işıqlar.
C) Yaxın və ya uzaq işıqlar.
Sutkanın işıqlı vaxtında nasaz nəqliyyat vasitəsini yedəyə alan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Qabarit işıqlar.
B) Yaxın və ya uzaq işıqlar.
C) Faraların yaxın işıqları və ya duman fənərləri.
Sutkanın işıqlı vaxtında uşaq dəstələri daşıyan zaman hansı hallarda faranın yaxın işıqları yandırılmalıdır?
A) Ancaq mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən zaman.
B) Uşaq dəstələri daşınılan bütün hallarda.
C) Ancaq məhdud görünmə şəraitində.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top