Tapılan ümumi test sayı : 1487

Hərəkət sürətinin birdən (qəfildən) artırılması ilə əlaqədar sürüşmə baş verdikdə sürücü qazın pedalına necə təsir etməlidir?
A) Pedalı sıxmağı azaltmalıdır.
B) Pedalın vəziyyətini dəyişməməlidir.
C) Pedalı sıxmağı gücləndirməlidir.
Sürüşkən yolda kəskin tormozlamanı necə yerinə yetirmək lazımdır?
A) İlişmə muftasını (ötürməni) ayırmadan tormoz pedalını tez-tez sıxmaqla.
B) İlişmə muftasını (ötürməni) ayırıb tormoz pedalını axıra kimi sıxmaqla.
Hansı tormozlama üsulu sürüşkən yolda avtomobilin manevr etmə qabiliyyətini saxlamağa imkan verir?
A) Təkərlərin tam blakirovkası (sürüşməsi) ilə.
B) Təkərləri blakirovka etmədən mühərriklə tormozlama.
Səthi quru olan asfalt-beton örtüklü yolda hərəkət edərkən çiskin yağış yağmağa başlayırsa, sürücü nə etməlidir?
A) Sürəti dəyişmədən hərəkəti davam etdirməlidir.
B) Sürəti azaltmalı və xüsusilə ehtiyatlı olmalıdır.
C) Nə qədər ki, yağış güclənməyib, sürəti artırmaqla böyük məsafə qət etməyə çalışmalıdır.
Düz yolda saatda 60 kilometr sürətlə hərəkət edərkən Siz qəflətən yolun böyük olmayan sürüşkən sahəsinə çıxırsınız. Bu halda nə etmək lazımdır?
A) Sürəti və trayektoriyanı dəyişmədən hərəkəti davam etdirmək.
B) Yavaşca tormoz vermək.
Su sahəsini keçdikdən sonra tormozun effektivliyini tez vaxtda bərpa etmək məqsədi ilə sürücü nə etməlidir?
A) Duracaq tormozun dəstəyini azca dartmaqla hərəkəti davam etdirməlidir.
B) Hərəkəti aşağı sürətlə, tormoz vermədən davam etdirməlidir.
C) Hərəkəti davam etdirməlidir və tormoz pedalını tez-tez sıxmaqla (qısa müddətli) tormoz kalodkalarının üzlüklərini qurutmalıdır.
Qarlı torpaq yolda hərəkət etmək üçün sürücü nə etməlidir?
A) Yolun vəziyyətindən asılı olaraq sürəti və ötürmələri dəyişməlidir.
B) Kəskin dayanmalar və dönmələr etmədən əvvəlcədən seçilmiş aşağı ötürmədə hərəkət etməlidir.
Avtoqatarın qoşqusu döngədə hansı tərəfə yerdəyişmə edir?
A) Döngənin mərkəzinə doğru.
B) Yerdəyişmə etmir.
C) Döngənin mərkəzindən əks tərəfə.
Sürücünün hansı hərəkətləri döngədə yaranan mərkəzdənqaçma qüvvəsinin azalmasına səbəb ola bilər?
A) Hərəkət sürətini artırması.
B) Dönmə radiusunu azaltması.
C) Hərəkət sürətini azaltması.
Döngədə mərkəzdənqaçma qüvvəsi hərəkət sürətinin artması ilə necə dəyişir?
A) Sürətin artmasına müvafiq olaraq artır.
B) Dəyişmir.
C) Sürətin artmasının kvadratına bərabər olaraq artır.
Hansı hallarda minik avtomobili döngələrdə aşmağa qarşı daha davamlıdır?
A) Sərnişinlərsiz, amma yuxarı baqajdakı yük ilə.
B) Sərnişinlərlə, amma yüksüz.
C) Yüksüz və sərnişinlərsiz.
Sərt enişdə ilişmə muftasının (ötürmələrin) ayrılması ilə uzun müddətli tormozlama nə ilə təhlükəlidir?
A) Şinlərin naxışlarının yeyilməsi artır.
B) Tormoz mexanizminin detallarının yeyilməsi artır.
C) Tormoz mexanizmləri qızır və tormozlanmanın effektivliyi azalır.
Sərt enişdə avtomobilin mühərriklə tormozlanması zamanı sürücü hansı şərtlərə görə ötürməni seçməlidir?
A) Eniş nə qədər sərtdirsə, ötürmə də yüksək olmalıdır.
B) Eniş nə qədər sərtdirsə, ötürmə də aşağı olmalıdır.
C) Ötürmənin seçimi enişin sərtliyindən asılı deyil.
Yük avtomobilinin arxasınca təhlükəsiz distansiyada uzun müddət hərəkət etdikdən sonra onu ötmək üçün şans yaranır. Bu halda Siz nə etməlisiniz?
A) Ötülən avtomobilə maksimum yaxınlaşırsınız, qarşı hərəkət zolağına çıxirsınız və ötürsünüz.
B) Hər iki varianta icazə verilir.
C) Qarşı hərəkət zolağına çıxırsınız və bundan sonra ötülən avtomobillə bərabərləşərək onu keçirsiniz.
Yoxuşda hərəkətə başlayan zaman hansı anda duracaq tormozun dəstəyini buraxmağa başlamaq lazımdır?
A) Hərəkətə başlama ilə eyni vaxtda.
B) Hərəkətə başlayandan sonra.
C) Hərəkətə başlayana kimi.
Avtomobilin sağ təkərləri yolun sağındakı yumşaq yaş torpağa çıxdığı halda məsləhət görülür:
A) Tormozdan istifadə etməməklə avtomobili astaca yolun hərəkət hissəsinə qaytarmaq.
B) Tormoz verməklə tam dayanmaq.
C) Tormoz verməklə avtomobili astaca sola döndərmək.
Gecə vaxtı küləkli qar yağmurunda hansı xarici işıq cihazlarının qoşulması yolun ən yaxşı görünməsini təmin edir?
A) Faraların yaxın işıqları ilə birgə duman faraları.
B) Faraların uzaq işıqları ilə birgə duman faraları.
Sutkanın qaranlıq vaxtı yoxuşun zirvəsinə yaxınlaşanda sürücüyə məsləhət görülür ki, faraların uzaq işığını yaxın işığa keçirsin:
A) Həmişə yoxuşun zirvəsinə yaxınlaşdıqda.
B) Ancaq qarşıdan gələn nəqliyyat vasitəsi göründükdə.
Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan avtomagistralda faranın yaxın işıqları ilə hərəkət edən yük avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
A) Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
B) Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda işıqlandırılmayan yolda faranın yaxın işıqları ilə hərəkət edən minik avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
A) Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
B) Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top