Tapılan ümumi test sayı : 1487

Sutkanın işıqlı vaxtında hansı hallarda faraların yaxın işıqlarının yandırılması tələb olunmur?
A) Birtərəfli hərəkət olan yolda geriyə hərəkət edərkən.
B) Uşaq dəstələrini daşıyan zaman.
C) Təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan zaman.
D) Motosikletdə hərəkət zamanı.
E) Mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən zaman.
Siz duman faralarından istifadə edə bilərsiniz:
A) Hər iki sadalanan hallarda.
B) Ancaq məhdud görünmə şəraitində.
C) Ancaq sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində yaxın və ya uzaq işıqlarla birgə.
Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahələrində hərəkət edərkən duman faralarından istifadə etmək olar:
A) Ancaq yaxın və ya uzaq işıqlarla birgə.
B) Həm ayrıca, həm də faraların yaxın və ya uzaq işıqları ilə birgə.
C) Ancaq yaxın və ya uzaq işıqlardan ayrıca.
Məhdud görünmə şəraitində hərəkət edərkən duman faralarından istifadə etmək olar:
A) Ancaq yaxın və ya uzaq işıqlarla birgə.
B) Həm ayrıca, həm də faraların yaxın və ya uzaq işıqları ilə birgə.
C) Ancaq yaxın və ya uzaq işıqlardan ayrıca.
Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində dayanarkən və ya durarkən Siz nə etməlisiniz?
A) Yaxın işıqları yandırmalısınız.
B) Qabarit işıqları yandırmalısınız.
C) Qəza dayanma nişanını quraşdırmalısınız.
Gözləri işıqdan qamaşan sürücü hərəkət zamanı nə etməlidir?
A) Səs siqnalı verib dayanmalıdır.
B) Sağa dönüb dayanmalıdır.
C) Qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaldaraq nəqliyyat vasitəsini dayandırmalıdır.
Siz uzaq işıqları yaxın işıqlara keçirməyə borclusunuz, əgər qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsü buna ehtiyac olduğunu işıqlarını yandırıb-söndürməklə bildirirsə?
A) Borclu deyilsiniz.
B) Borclusunuz, qarşıdan gələn nəqliyyat vasitəsinə qədər olan məsafədən asılı olmayaraq.
C) Borclusunuz, əgər qarşıdan gələn nəqliyyat vasitəsinə qədər olan məsafə 150 m-dən azdırsa.
Qarşıdan gələn nəqliyyat vasitəsinə azı nə qədər qalmış uzaq işıqlar yaxın işıqlara keçirilməlidir?
A) 300 m.
B) Sürücü özü təyin edir.
C) 150 m.
Süni işıqlandırılan tunelə daxil olduqda hansı xarici işıq cihazları yandırılmalıdır?
A) Yaxın və ya uzaq işıqlar.
B) Yaxın işıqlar və ya qabarit işıqlar.
C) Xarici işıq cihazlarının qoşulmasına ehtiyac yoxdur.
D) Ancaq qabarit işıqlar.
Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda uzaq işıqlarla hərəkət edərək qarşıda gedən nəqliyyat vasitəsinə çatdıqda Siz nə etməlisiniz?
A) Uzaq işıqları yaxın işıqlara keçirməlisiniz.
B) Uzaq işıqları söndürüb qabarit işıqları saxlamalısınız.
C) Hər iki varianta icazə verilir.
Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahələrində hərəkət edərkən hansı işıq cihazlarından istifadə olunmalıdır?
A) Ancaq uzaq işıqlardan.
B) Ancaq yaxın işıqlardan.
C) Yaxın və ya uzaq işıqlardan.
Yaşayış məntəqələrində sutkanın qaranlıq vaxtı yolun süni işıqlandırılmış sahələrində hərəkət edərkən hansı işıq cihazlarından istifadə olunmalıdır?
A) Ancaq yaxın işıqlardan.
B) Yaxın işıqlardan və ya qabarit işıqlardan.
C) Ancaq qabarit işıqlardan.
Sürmə təlimi verən sürücülərə qarşı hansı tələb qoyulur?
A) Sürücülük staji lazım deyil.
B) Azı 3 il sürücülük stajına malik olmalıdır.
C) Azı 5 il sürücülük stajına malik olmalıdır.
Yaşayış zonasında nəqliyyat vasitələrinə hansı maksimal sürətlə hərəkət etməyə icazə verilir?
A) 10 km/s.
B) 60 km/s.
C) 20 km/s.
Yaşayış zonasında nəqliyyat vasitələrinə qadağandır:
A) Ancaq sürmə təlimi keçmək.
B) Ancaq saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək.
C) Bütün sadalanan hərəkətlər.
D) Ancaq mühərriki söndürmədən durmaq.
Yaşayış zonasından çıxarkən hansı hallarda digər nəqliyyat vasitələrinə yol verməlisiniz?
A) Ancaq "Yol verin" nişanı olduqda.
B) Ancaq digər nəqliyyat vasitələri Sizə sağdan yaxınlaşdıqda.
C) Bütün hallarda.
Yollarda sürmə təlimi zamanı sürməni öyrənən şəxs hansı tələblərə cavab verməlidir?
A) Sadalanan bütün tələblərə cavab verməlidir.
B) Yaşı 18-dan az olmamalıdır.
C) Yol hərəkət qaydalarını bilməlidir.
D) İdarəetmə üzrə ilkin vərdişləri olmalıdır.
Yaşayış zonası olan ərazidə piyadalar harada hərəkət edə bilərlər?
A) Ancaq səkilərdə.
B) Səkilərdə və bir sırada yolun hərəkət hissəsinin qırağı ilə.
C) Həm səkilərdə, həm də hərəkət hissəsində.

Hansı trayektoriyalarda sağa dönməyə icazə verilir?

A) Ancaq A.
B) Ancaq Б.
C) Dönmə qadağandır.
D) Hər biri ilə.

Hansı trayektoriyalarda sağa dönməyə icazə verilir?

A) Hər biri ilə.
B) Ancaq A.
C) Dönmə qadağandır.
D) Ancaq Б.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top