Tapılan ümumi test sayı : 206

Sözlərdən biri səhv yazılıb.
A) sinifdə
B) şəklin
C) fəslə
D) oğula
E) ömürün
Hansı cümlədə işarə əvəzliyi işlənmişdir?
A) O, maraqlı rəvayətləri toplayır.
B) Uşaqlar onu alqışladılar.
C) Biz axşam görüşəcəyik.
D) Bu rəssamın işlərini sərgiyə qoymaq lazımdır.
E) Bu, müəllimin kitabıdır.
Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub?
A) Sarayın hər tərəfindən səslər ucaldı
B) İş insanın cövhəridir
C) Oğuz eli bir gün yaylağa köçdü
D) Aytən anasından çay istədi.
E) Güllü payız səyahətindən razı qalmışdı
Hansı cərgədə verilmiş sözlər eyniköklü deyil?
A) güllü, güldan
B) uçuq, uçqun
C) ovçu, ovlaq
D) sökük, söküntü
E) yağlı, yağıntı
Cümlələrin birində “sarı” sözü köməkçi nitq hissəsidir.
A) Xalçanın naxışında sarı rəng çox idi.
B) Tibb bacısı xəstənin əlini sarıdı
C) Lalə sarı çiçəklərdən dəstə bağladı .
D) Sənan dayısına sarı qaçdı
E) Bağdakı sarı çiçəklərin ətri hər tərəfə yayılmışdı
Gül sözünə hansı şəkilçiləri artırsaq, düzəltmə söz alınar? 1. -dan  2. -lər  3. – ün  4. -lük  5. -çü  6. – ə
A) 1, 4, 5
B) 2, 3, 6
C) 2, 3, 4
D) 1, 3, 5
E) 1, 5, 6
Aşağıdakılardan hansında inkar şəkilçisi işlənib?
A) Onun atası qazmaçıdır.
B) Məmməd dondurma aldı
C) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar
D) Əynində yun jaket vardı.
E) O, vurma əməlini yaxşı bilmir.
Hansı cümlədə mürəkkəb söz yoxdur?
A) Ağaxan qardaşına ağacdələn haqqında danışdı
B) Həsən xan dost-tanışın yanında sayseçmə atları ilə fəxr edirdi.
C) Karlson özünün başqa qabiliyyətlərindən də danışıb yoruldu.
D) Balam, sən çox xoşbəxt adamsan.
E) O, havada bir neçə dövrə vurdu, sonra düz Balaca ilə üzbəüz havada dayandı.
Hansı bənddəki sözlər kar qarşılığı olmayan cingiltili samitlərdən ibarətdir?
A) anbar, ehtiyac
B) həyət, zəng
C) zınqırov, hədəf
D) çoban, armud
E) Ləman, narın
Hansı cümlədəki “maral” sözündə vurğu I hecaya düşür?
A) Maral, sən də məsələləri həll et!
B) Maralın buynuzları ağaca ilişdi.
C) Müəllim marala aid maraqlı film göstərdi.
D) Maral tez Tülkünün yanına qaçdı
E) Maral qardaşını əzizləyir, onun bir sözünü iki eləmirdi
ABAB7 : AB misalında qismət və qalığın hasili neçədir ? Eyni hərflər eyni rəqəmləri göstərir
A) 7007
B) 7100
C) 7000
D) 707
E) 7070
64b üç rəqəmli ədədi 4-ə və 5- ə qalıqsız bölünərsə, b ədədini tapın.
A) 8
B) 1
C) 0
D) 5
E) 2
 20000 manat pulu neçə ədəd 20 manatlıq əskinasla düzəltmək olar ?
A) 100
B) 300
C) 50
D) 1000
E) 500
A) 96
B) 45
C) 27
D) 72
E) 63
Vuruqlarından biri 452, digəri isə 75 olan hasili minliklərə qədər yuvarlaqlaşdırsaq, neçə olar?
A) 33000
B) 34000
C) 40000
D) 32000
E) 30000
Qayıq stansiyasında 12 üçyerlik, 29 ikiyerlik və 15 dördyerlik qayıq var idi. Bütün bu qayıqlarda bir dəfəyə cəmi neçə adam üzə bilər?
A) 154
B) 156
C) 158
D) 152
E) 158
x:24=2 • 3 olduqda, 9 • x – 17 = ifadəsinin qiyməti nəyə bərabərdir?
A) 1279
B) 1278
C) 1313
D) 1289
E) 1300
İki ədədin hasili 12, qisməti 3- dür. Bu ədədlərin cəmini tapın.
A) 12
B) 8
C) 9
D) 11
E) 10
Nailə 28 stəkanı hər birində 6 ədəd olmaqla sinilərə yığdı. Nailə sonuncu siniyə neçə stəkan qoydu?
A) 9
B) 5
C) 6
D) 3
E) 4
Toy məclisi üçün 350 nəfərlik stol açılıb. Təbrik üçün 170 nəfər qohumlar, bundan 28 nəfər çox dostlar gəlib. Neçə nəfərə yer çatmayacaq?
A) 17
B) 198
C) 15
D) 20
E) 18
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top