Tapılan ümumi test sayı : 206

Qalıqlı bölmə əməlində qismət 19, bölən 9 – dur. Bu bölmə əməlində bölünən ən çoxu neçə ola bilər?
A) 190
B) 183
C) 180
D) 170
E) 179
Bir ədədi 8 dəfə artırsan 48 olar. Bu ədədi 12 dəfə artırsan, neçə olar?
A) 96
B) 64
C) 84
D) 60
E) 72
3 – ə bölünən ən kiçik üçrəqəmli ədədlə 8- in hasili nəyə bərabərdir?
A) 110
B) 816
C) 850
D) 800
E) 806
Kamilə iki qələmə 18 manat pul verdi. Qələmlərdən biri o birindən 2 dəfə baha idi. Kamilənin aldığı qələmdən bahalısının qiyməti neçə manatdır?
A) 12 manat
B) 11 manat
C) 14 manat
D) 13 manat
E) 10 manat
Biri 92, digəri bundan 4 dəfə kiçik olan iki ədədin hasilini yüzlüklərə qədər yuvarlaqlaşdır – saq, neçə olar?
A) 2200
B) 1200
C) 2300
D) 2100
E) 2000
5 yüzlük neçə onluqdur?
A) 50
B) 5
C) 500
D) 10
E) 5000
Mən yüzlüklərinin sayı 2 olan ən böyük üçrəqəmli cüt ədədəm. Yüzlüklərə qədər yuvarlaqlaşsam, 300 olaram. Mən neçəyəm?
A) 294
B) 293
C) 296
D) 211
E) 298
184 və 154 ədədlərinin fərqini 3-ə bölün:
A) 19
B) 10
C) 12
D) 15
E) 20
Avtomobil yarışının iştirakçıları birinci gün 52 km yol getmişdilər. Bu, ikinci gün gedilən yoldan 4 dəfə çox idi. İdmançılar iki günə neçə kilometr yol getdi?
A) 78 km
B) 92 km
C) 120 km
D) 65 km
E) 60 km
Ulduz işarəsinin yerinə bərabərsizliyi doğru edən ən kiçik ədədi yazın: 830 + * > 830 + 293
A) 295
B) 290
C) 292
D) 254
E) 294
Feli birləşmə hansıdır?
A) qorxulu film
B) alma dərmək
C) dalğalı dəniz
D) alma ağacı
E) dərilmiş meyvə
Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isim hansı bənddə verilib?
A) şərq-qərb
B) künc-bucaq
C) top-top
D) sür-sümük
E) bacı-qardaş
Verilmiş şeir parçasında neçə isim var: Bu qala bizim qala, Həmişə bizim qala. Tikmədim özüm qalam, Tikdim ki, izim qala.
A) 4
B) 5
C) 3
D) 2
E) 1
İsmi birləşməni göstər.
A) evə baxan
B) məktəbə getmək
C) Fidan oxuyur
D) Quş uçur
E) evə baxan Təranənin qara qələmi
Əsas tərəfi sayla ifadə olunan söz birləşməsi hansı bənddə verilmişdir?
A) çoxlu qızılgül
B) uşaqlardan beşi
C) üç dost
D) az söz
E) dadlı dondurma
Hansı sözdə şəkilçi sözün kökündən əvvəl gəlir?
A) nadan
B) nazik
C) nahar
D) nadir
E) narazı
Sayla isim arasındakı söz hansı cümlədə düzgün işlədilməyib?
A) Anam mağazadan iki cüt corab aldı.
B) Nənə bazardan üç dəstə göyərti aldı.
C) Şamil on baş qoyunu otlağa apardı.
D) Ad gününə on nəfər qonaq gəldi.
E) Qardaşım mənə bir dənə kostyum bağışladı.
“Tapdalamaq” sözünün tələffüzü hansı bənddə düzgün verilib?
A) [tapdalamağ]
B) [tabdalamax]
C) [taftalamax]
D) [taptalamax]
E) [tapdalamax]
Hansı cümlədə sual əvəzliyi işlənib?
A) Bəs yolda onu görmədin?
B) Bu onun kitabıdır?
C) Biz niyə qazana bilmədik?
D) Orxan sənin kimi rəqs edə bilər?
E) Bağlamanı sizə çatdırdılar
Şəkilçisi fərqli tələffüz olunan sözü göstər.
A) evdən
B) çaydan
C) kəpənəkləri
D) kələmdən
E) balıqlarda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top