Tapılan ümumi test sayı : 206

Mürəkkəb zərfləri müəyyənləşdirin. 1. oğrun-oğrun   4. yaza- yaza 2. birdən-birə   5. görər-görməz 3. birə-beş   6. gedə-gedə
A) 2, 5, 6
B) 4, 5, 6
C) 2, 4, 5
D) 1, 2, 3
E) 1, 3, 5
“Mənim yazdıqlarım hamının diqqətini cəlb etdi” cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?
A) təsriflənən feil
B) isim
C) III növ təyini söz birləşməsi
D) feili sifət
E) feili sifət tərkibi
Omonim qoşmaların verildiyi cərgəni müəyyənləşdirin.
A) ötrü, dək, cən
B) tərəf, qarşı, qabaq
C) savayı, ayrı, özgə
D) barəsində, qədər, kimi
E) haqqında, sarı, üçün
“O, yalnız sənin kimi düşünür” cümləsinin morfoloji təhlili ilə bağlı doğru olmayan fikri müəyyənləşdirin.
A) Cümlədəki feil təsriflənən, təsirli, təsdiq, məlum növdədir.
B) Cümlədə 2 şəxs əvəzliyi işlənmişdir
C) Əvəzliklərdən biri yiyəlik haldadır.
D) “Yalnız” sözü burada ədatdır, sifətlə omonimdir.
E) Cümlədə iki köməkçi nitq hissəsi işlənmişdir.
         
A) B
B) A
C) E
D) D
E) C
Hansılar mürəkkəb söz birləşməsi hesab olunur? 1. mənim haqqımda kitab 2. sənin kimi düşünən 3. sahilə qədər yol gedən 4. evə qədər yol 5. anam məni gözləyərkən 6. onun əziz övladı
A) 2, 3, 5
B) 3, 5, 6
C) 1, 2, 4
D) 2, 4, 6
E) 1, 3, 5
Sözlərdəm neçəsi həm omonim, həm də çoxmənalı kimi başa düşülə bilər? yol, yar, burun, boğaz, diş, baş, kök
A) heç birini
B) 4
C) 6
D) 1
E) hamısını
Hansı sözün yazılışı ilə tələffüzü arasındakı fərqli məqamların sayı daha çoxdur
A) çəmənlikdə
B) hünərlə
C) ebonit
D) ədalətlə
E) təəccüblə
           
A) 1, 3, 5
B) 4, 5
C) 1, 2
D) 2, 3, 4
E) 3, 4, 5
Qeyri-müəyyən əvəzliklərdən ibarət cərgəni müəyyənləşdirin.
A) hamı, hərə, hər nə
B) filnakəs, nə, kimi
C) filan, hər kəs, heç nə
D) mən, sən, heç kim
E) öz, hər, filan
Hansı cümlədə sifətin isimləşməsinə aid nümunə var?
A) Körpələr heç zaman anasız yatmaz.
B) Gözəllik hər adamda olmaz.
C) Tənəli baxışlarla üzümə baxırdı.
D) Usta Zeynal onunla razılaşmadı.
E) Onun əlində dəri çanta var idi.
Omonim frazeoloji birləşmə hansı bənddədir?
A) Səndən ötrü burnumun ucu göynəyir.
B) Üz verirsən, astar istəyir.
C) Yaman yorulmuşduq.
D) Əlidən gözüm su içmir.
E) Ondan heç vaxt xoşum gəlməyib.
Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir.
A) həftəlik
B) əyrilik
C) düzlük
D) yaxşılıq
E) gözəllik
         
A) B
B) A
C) D
D) C
E) E
Vurğuya görə məntiqi ardıcıllğı tamamlayın. 1. kamera  2. dizel  3…..
A) lupa
B) ölgünləşmək
C) mexanika
D) fərəh
E) defis
“Xoşniyyətli” sözünün fonetik təhlili ilə bağlı doğru olmayan fikirləri müəyyənləşdirin. 1. Vurğusu “dissertasiya” sözünün vurğusu ilə eyni yerdədir. 2. Yazılışı ilə tələffüzü arasındakı fərqli məqamların sayı “danmaq” sözündəki fərqli məqamların sayı qədərdir. 3. Sözdə qarşılığı olmayan bir samit səs var. 4. Ahəng qanununa tabe deyil.
A) 1, 2, 4
B) 3, 4
C) 2, 3, 4
D) 2, 4
E) 1, 2
Aşağıdakı cümlələrdən biri quruluşuna görə digərlərindən fərqlidir.
A) Artıq beş ildir, onu görmürəm
B) Nə qədər oxudusa da, bilmədi
C) Ana tezdən durmuş, çayı dəmləmişdi.
D) Hərçənd eşitdi, ancaq əhəmiyyət vermədi
E) İstəyirəm, sənlə gələm.
“Elə” sözünün işlənmə ardıcıllığı hansı variantda düzgün verilmişdir? 1. Elə sən də mənim tayımsan. 2. Mənimlə elə danışma. 3. Elə hərəkəti mənə xoş gəlmədi.
A) ədat, əvəzlik, əvəzlik
B) əvəzlik, əvəzlik, əvəzlik
C) əvəzlik, ədat, ədat
D) ədat, zərf, sifət
E) ədat, sifət, zərf
Aşağıdakı cümlələrdən biri nəqli cümlədir.
A) Hamımız sənə arxayınıq.
B) Bütün işlərin öhtəsindən gəldinmi?
C) Ah, nələr duyuram onun səsində
D) Təbiəti qoruyaq.
E) Bəs sən mənimlə razılaşmadın?
Hansı cümlədə feldən düzələn isim işlənib?
A) Sərçə çörək qırıntılarını dimdiklədi.
B) O, uçuq evdə yaşayır.
C) Aysel müəllimin dediklərini kitabçaya qeyd etdi.
D) Qırıcı təyyarələr səmada göründü.
E) Hamı uzaqdan gələn oğlana baxırdı.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top