Tapılan ümumi test sayı : 206

Yalnız baş üzvlərdən ibarət cümləni seçin.
A) Boyunbağı ona çox yaraşırdı.
B) Dünən qar yağırdı.
C) Ülkərin anası bağça müdiridir.
D) Sinif otağını təmizlədilər.
“Beşguşəli” sözünün tərkibi hansı sxemə uyğundur?
A) say + fel + şəkilçi
B) say + isim + şəkilçi
C) sifət+isim+şəkilçi
D) say + sifət + şəkilçi
E) isim + isim + şəkilçi
Hansı cümlədə keyfiyyət bildirən sifət var?
A) Məktəbin həyətində böyük futbol meydançası var
B) Quzular yaşıl çəməndə otlayır.
C) Anam dadlı xörəklər bişirir.
D) Ağıllı düşmən, ağılsız dostdan yaxşıdır.
E) O zolaqlı heyvan pələngdir.
Quruluşuna görə dördündən biri fərqlidir.
A) yaylaq
B) məktəbli
C) sirdaş
D) ovçu
E) yaylıq
Sual cümlələrinin biri sual əvəzliyinin köməyi ilə yaranıb.
A) Məgər sən bunları öyrənməmişdin?
B) Səni buraya kim göndərib?
C) Əhməd oğlunu tanıya bilmirsən?
D) Su yaxşıdırmı, təmizdirmi?
E) Bizi yeyəcəklər?
Hansı sırada cümlə üzvləri kim? necə? nəyə? nə etdi? suallarına cavab verir?
A) Balaca Ülkər anasına baxıb güldü.
B) Güllü əlini armuddan çəkdi.
C) Uşaqların biri təəccüblə soruşdu.
D) Qız heyrətlə ağaca baxdı.
E) Ovçu bu mənzərəyə təəccüblə baxdı.
Omonimlərdən ibarət cərgəni seçin:
A) əl, əqrəb, şirin
B) bit, daş, al
C) ayaq, acı, aş
D) düz, diş, ətək
E) burun, baş, göz
Vaqif onları ad gününə dəvət etdi- cümləsində əvəzlik hansı cümlə üzvünün yerində işlənib?
A) zərflik
B) təyin
C) xəbər
D) mübtəda
E) tamamlıq
Mürəkkəb cümlə hansı bənddə verilib?
A) Biz uşaqlarla həyətdə oynadıq, çox əyləndik.
B) Sürücü maşını yolun kənarında saxladı
C) Uşaqlar meşədə göbələk yığdılar, çiçək topladılar.
D) Çanta Kamilin əlindən yerə düşdü, Kamil utandı
E) Anam Səkinəni evə çağırdı, ona çörək almasını tapşırdı
Biri omonim deyil.
A) şam
B) cəza
C) daş
D) yol
E) yaş
Cümlələrin birində zərf işlənmişdir.
A) Yaşlılar daşlı-kəsəkli yolla gedirdilər.
B) Naxçıvan qədim şəhərdir.
C) Bunu eşidən elçi geri qayıtdı.
D) Qərib quşun yuvası olmaz.
E) Arif məktəbə getdi.
Hansı sıradakı sözlərin hamısı düz yazılıb?
A) faciyə, həyacan, samavar
B) məhşur, təbaşir, əskər
C) sümbül, panbıq, çiələk
D) böyürtkən, rəsmxət, şənbə
E) lanpa, corap, zəmbil
Aşağıdakılardan hansında inkar şəkilçisi işlənib?
A) O, vurma əməlini yaxşı bilmir.
B) Əynində yun jaket vardı.
C) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar.
D) Məmməd dondurma aldı.
E) Onun atası qazmaçıdır.
“Alov torpaq səngəri keçə bilmədi” cümləsində işlənmiş söz birləşməsini göstərin.
A) səngəri keçə
B) alov bilmədi
C) keçə bilmədi
D) alov torpaq
E) torpaq səngəri
Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?
A) təbii
B) kitab
C) mütaliə
D) müəyyən
E) məqsəd
Hansı söz səhv yazılıb?
A) eyib
B) ümumilli
C) nəfis
D) ləziz
E) boyun
Əksmənalı sözləri seçin.
A) çirkin-çirkli
B) dağ, bağ
C) gözəl, qəşəng
D) oturur, əyləşir
E) yaş, quru
“Qardaş” sözünün əvvəlinə hansı sözü əlavə etsək, mürəkkəb söz alınar?
A) qonşu
B) dayı
C) yoldaş
D) qohum
E) əmi
Hansı cümlədə “aslan”sözü böyük hərflə yazılmalıdır?
A) Yaqub öz kitablarını aslana bağışladı.
B) Heyvanxanaya iki aslan gətirmişdilər.
C) Meşədə aslanın nəriltisi hər yerə yayıldı.
D) O, aslanın pəncəsindən xilas olmağa çalışırdı.
E) Aqil albomda aslan şəkli çəkmişdi.
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABABAB : AB = 1000
B) ABABAB : AB = 10001
C) ABABAB : AB = 10000
D) ABABAB : AB = 10111
E) ABABAB : AB = 10101
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top